1099) Aşağıda göstərilənlərdən hansı plazminogeni plazminə çevirən inhibitorlara aid deyil?
A) urokinaza
B) Cl-esterazanın inhibitoru
C) α2-makroqlobulin
D) α2-antiplazmin
E) antitripsin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 537
1100) Diqoksinə aid olmayan xüsusiyyət aşağıdakılardan hansıdır?
A) simpatik aktivliyi azaltmaq
B) reninin sekresiyasını inhibə etmək
C) kardiomiositlərdə kalsiumun miqdarını azaltmaq
D) parasimpatik aktivliyi artırmaq
E) Na+, K+, ATF - azanı inhibə etmək
Ədəbiyyat: Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.891
1101) Miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığı zamanı furosemidin yeridilməsindən sonra onun diuretik təsirinin başlanması üçün təxminən neçə dəqiqə tələb olunur?
A) 30
B) 50
C) 60
D) 10
E) 40
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1102) Miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığı zamanı furosemidin vena daxilinə yeridilməsindən sonra peroral qəbuluna ehtiyac olarsa, onda onun sutkalıq dozasını göstərin?
A) 20 - 30 mq bir dəfə
B) 400 - 600 mq 2 dəfə
C) 40 - 80 mq bir dəfə
D) 200 - 300 mq 2 dəfə
E) 100 - 200 mq 2 dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1103) Hansı effekt nitroqliserinə aid deyil?
A) sol mədəciyin dolma təzyiqinin azalması
B) koronar perfuziyanın azalması
C) kiçik qan dövranında durğunluq əlamətlərinin azalması
D) venaların nəzərəçarpan dilatasiyası
E) önyüklənmənin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1104) Hansı effekt nitroqliserinə aid deyil?
A) sol mədəcikdə sonyüklənmənin artması
B) koronar damarların tonusunun azalması
C) damarların arteriolyar tonusunun azalması
D) koronar perfuziyanın artması
E) ümumi periferik damar müqavimətinin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1105) Yanaşı arterial hipertoniyalı ağ ciyər ödemi ilə fəsadlaşmış miokard infarktlı xəstələrdə hansı preparatın təyini məqsədə uyğundur?
A) propranalolun
B) prednizolonun
C) nitroqliserinin
D) natrium nitropussidin
E) furosemidin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565.
1106) Dobutamin hansı effektə malik deyil?
A) Damar tonusuna təsir etmə (α - adrenoreseptorlara)
B) β1 - adrenerqik reseptorları selektiv stimulyasiya edici
C) Sol mədəciyin dolma təzyiqini azaldıcı
D) Nəzərəçarpan inotrop
E) Ümumi periferik damar müqavimətini və ağciyər damar müqavimətini azaldıcı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566
1107) Dopamin hansı effektə malik deyil?
A) Nəzərəcarpan xronotrop təsir edici
B) Ümumi periferik damar müqavimətini və arterial təzyiqi artırıcı
C) Dəqiqəlik həcmi və vurğularının sayını artırıcı
D) Miokardın yığılma qabiliyyətini artırıcı
E) β1 - adrenerqik reseptorların selektiv stimulyasiya edici
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566.
1108) Sol mədəcik çatışmazlığı və kardiogen şok zamanı dopaminin vena daxilinə yeridilmə sürətini göstərin (mkq/kq/dəq.)
A) 15 - 20
B) 20 - 25
C) 5 - 10
D) 30 - 35
E) 1, 5 - 2, 0
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566
1109) Hansı effekt noradrenalinə aid deyil? (ÜPDM - ümumi periferik damar müqaviməti).
A) Mezenterial (bağırsaq) damarlarda qan təhcizatını azaldıcı
B) ÜPDM və sistem arterial təzyiqi artırıcı (aritmiyanın baş vermə riskini artırır)
C) Miokardın işemik zonasını və aritmiyaların baş vermə riskini azaldıcı
D) α1 - , α2 - və β1 - adrenoreseptorlara təsir edici
E) Böyrək damarlarında qan təhcizatını azaldıcı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566.
1110) Miokard infarktlı xəstələrdə hipovolemik şokun başlanğıc mərhələsində hansı preparatın istifadəsi məsləhətdir?
A) morfinin
B) natrium nitropursidin
C) dekstran 40
D) nitroqliserinin
E) furosemidin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 567
1111) Nəzərə alsaq ki, xəstələrdə SQ - nın kəskin dilatasiyası (50 mm qədər) və onun əsasən SM - nın dilatasiyası ilə birliyi zamanı sinus ritminin bərpası ehtimalı çox aşağıdır (səyriyici aritmiyanın residivləşmə ehtimalı isə çox yüksəkdir), onda hansı qrup preparatla taxisistolik səyriyici aritmiyanı normasistoliyə çevirmək olar? (SQ - sol qulaqcıq, SM - sol mədəcik)
A) kalium kanalları blokatorlarıyla
B) kalsium kanalları blokatorlarıyla
C) natrium kanalları blokatorlarıyla
D) qlikozidlərlə
E) β - adrenoblokatorlarla
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
1112) Mədəciküstü taxikardiya paroksizmləri zamanı adenozini hansı dozada (mq) sürətlə bolyusda venaya yeritməyi başlamaq lazımdır?
A) 12 - 14
B) 6 - 12
C) 2 - 4
D) 14 - 20
E) 1 - 2
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
1113) Aşağıda verilən hansı tip dislipoproteinemiya aterogenezdə daha çox əhəmiyyət kəsb edir?
A) II, ІІІ, ІV
B) I, III, V
C) IIb, III, V
D) I, IV, V
E) I, IIa, IV
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007, стр.331
1114) Aşağıda göstərilən hansı lipoproteidlər antiaterogen rol oynayır?
A) Yüksək sıxlıqlı lipoproteidlər
B) Çox aşağı sıxlıqlı lipoproteidlər
C) "Remnant” hissəciklər
D) Xilomikronlar
E) Aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1115) Ailəvi kombinə olunmuş hiperlipidemiya aşağıda göstərilənlərdən hansının artıqlığı ilə müşahidə olunur?
A) Triqliseridlər və cox aşağı sıxlıqlı lipoprtoteidlərin
B) Aşağı sıxlıqlı lipoprtoteidlər və ümumi xolesterinin
C) Orta sıxlıqlı lipoproteidlər və ümumi xolesterinin
D) Xilomikron və çox aşağı sıxlıqlı lipoprtoteidlərin
E) Yüksək sıxlıqlı lipoprtoteidlərin və apo-B-ın
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1116) Birincili ailəvi hiperxilomikronemiyanın diaqnostikasında aşağıda göstərilən hansı əlamətlər daha çox əhəmiyyət kəsb edir?
A) Buynuz qişanın lipoid ləkələri və hiperqlikemiya
B) Axilles vətərinin ödemi və sifətin şişməsi
C) Ovucun ksantomatozu, kəskin pankreatit
D) Buynuz qişanın lipoid qövsü, ksantomatoz səpkilər, hepatosplenomeqaliya, abdominal ağrı sindromu
E) Qaraciyər və dalağın böyüməsi, nefrotik sindrom
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1117) II tip dislipoproteidemiyası olan xəstələr üçün nə xarakterikdir?
A) Qaraciyər və dalağın böyüməsi
B) Uremiya
C) Qəfləti ürək ölümü
D) Pankreatit
E) Hipotireoz
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1118) Nikotin turşusunun qəbulu zamanı qan plazmasında hansı lipidlərin səviyyəsi artır?
A) Lipoproteid (α) - ın
B) Ümumi xolesterinin
C) Triqliseridlər və çox aşağı sıxlıqlı lipoproteidlərin
D) Aşağı sıxlıqlı lipoproteidlərin
E) Yüksək sıxlıqlı lipoproteidlərin
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 366, Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
1119) Nikotin turşusunun əlavə təsiri nə ilə əlaqədardır?
A) hipervitaminozla
B) hipovitaminozla
C) vazokonstriksiya
D) serotoninin artmasıyla
E) vazodilatasiya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 366, В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1120) Aşağıdakılardan hansı daha aterogen lipoproteid hesab edilir?
A) Yüksək sıxlıqlı lipoproteidlər
B) Xilomikronlar
C) Çox aşağı sıxlıqlı lipoproteidlər
D) Triqliseridlər
E) Aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
1121) Hansı göstəricilər zamanı UIX yaranma ehtimalı azdır ?
A) Yuxarıda göstərilən parametrlərin hamısı
B) Triqliseridlərin miqdarı 1,6 mmol/l azdır
C) YSLP XS 1,2 mmol/l azdır
D) Ümumi xolesterin 6,5 mmol/l çoxdur
E) Aterogenlik koeffisiyenti 3,0-3,5 vahiddən çoxdur
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1122) Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir ?
A) Hiperinsulinemiya
B) Təngnəfəslik
C) Aritmiya
D) Anginal ağrı
E) Aşağı ətraflarda ödem
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1123) Bronxoobstruktiv sindromla müşahidə edilən stabil gərginlik stenokardiya və qulaqçıq ekstrasistoliyası zamanı hansı preparatın təyini məqsədə uyğundur?
A) Amlodipin
B) Karvedilol
C) Verapamil
D) Nitrosorbit
E) Bisopralol
Ədəbiyyat: Г.Е. Ройтберг " Внутренние болезни . Сердечно-сосудистая система." М.Бином,2007.
1124) Əgər stenokardiya arterial hipertenziya ilə müşahidə olursa aşağıdaki dərmanlardan seçim preparatı hansıdır ?
A) Molsidomin
B) Anqiotenzin II reseptorlarının blokatoru
C) Nitratlar (monoterapiya kimi)
D) AÇF inhibitorları
E) Kalsium antaqonistləri
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1125) Supraventrikulyar aritmiyalar zaman antianqial preparatların seçimi hansıdır ?
A) Amlodipin
B) Verapamil, diltiazem
C) Metopralol, atenolol
D) Molsidomin
E) Nitratlar
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1126) Stenokardiya xəstələrində nitroqliserinin effektiv birdəfəlik dozası hansıdır ?
A) 20-40 mq
B) 0,25-0,5 mq
C) 40-50 mq
D) 5 mq
E) 10-20 mq
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1127) Stenokardiya xəstələrində izosorbid mononitratın effektiv birdəfədlik dozası hansıdır ?
A) 120-180 mq
B) 0,25-0,5 mq
C) 10-20 mq
D) 20-40 mq
E) 5 mq
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1128) Miokard infarktı zamanı qanda troponinlərin miqdarı necə saatdan sonra maksimal artır ?
A) 2 saatdan sonra
B) 3 saatdan sonra
C) 24-48 saatdan sonra
D) 5-6 satdan sonra
E) 2-3 saatdn sonra
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1129) Sol mədəciyin ön divarının yayılmış transmural miokard infarktının EKQ kriteriləri hansı aparmalarda qeyd edilir?
A) I, AVL, V3-V6
B) I, AVL, V5, V6
C) I, II, III, AVL, AVF, V3-V6
D) II, III, AVF, V7, V8, V9
E) I, AVL, V1-V6
Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004.
1130) Əgər tənəffüs çatışmazlığı ilə gedən kəskin koronar sindrom ağrılarda seçim preparatı hansıdır ?
A) Fentanil
B) Baralqin
C) Droperidol
D) Promedol
E) Analqin
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1131) Kəskin koronar sindromun əvvəlində istifadə olunan, ağrı sindromunu götürən və insan ömrünü uzadan preparatı və onun istifadəsini göstərin?
A) Nitroqliserinin yaxud nitrosorbidin nəzarət edilən (AT, UDS) infuziyası
B) Dihidropiridin kalsium antaqonistləri ilə monoterapiya
C) Metoprololun venadaxili qəbulu 100-200 mq dozada
D) Izosorbid 5 mononitratın təyini
E) Verapamilin venadaxili təyini
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1132) Kəskin koronar sindromla müşahidə edilən xəstələrdə hansı β - blokatorlarla müalicənin effekti təsdiq edilib?
A) Oksprenolol
B) Labetalol
C) Asetobutalol
D) Metoprolol
E) Sotalol
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1133) Kəskin koronar sindrom zamanı β-blokatorların təyinatına göstəriş hansıdır ?
A) Reflektor sinus taxikardiyası
B) Kəskin ürək çatışmazlığı
C) Nəzərə çarpan periferik simptomlar
D) Bradisistolik formalı səyrici aritmiya
E) Arterial hipotoniya
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1134) Kəskin miokard infarkt zamanı trombolitiklərlə terapiyanın tam əks göstərişlərinə hansılar aiddir?
A) Ağ ciyərlərin ödemi
B) Hipotoniya
C) Tam atrioventrikulyar blokada idioventrikulyar ritmlə
D) Insult, aortanın laylanan anevrizması
E) Səyrici aritmiya
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1135) Miokard infarktı və atrioventrikulyar ritmlə müşahidə edilən tam AV blokada zamanı xəstələrdə terapiya seçimi hansıdır?
A) Xolinolitiklərin təyini
B) β–blokatorların təyini
C) α –adrenostimulyatorların təyini
D) Digidropiridin grup kalsium antagonistlərinin təyini
E) Fenilalkilamin grup kalsium antagonistlərinin təyini
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1136) Miokard infarktı və mədəcik daxili blokadası olan xəstələrdə terapiya seçimi hansıdır?
A) Kalsium antaqonistlərinin təyini
B) Ürək qlikozidlərinin təyini
C) Əsas xəstəliyin müalicəsi
D) Xolinolitiklərin təyini
E) β–blokatorların təyini
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1137) Hansı preparat qeyri düz antikoaqulyantlara aiddir?
A) Heparin
B) Varfarin
C) Fraksiparin
D) Streptokinaza
E) Fondaparinuks
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1138) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə preparat seçimi
A) Adenozintrifosfat
B) Amlodipin
C) Novokainamid
D) Amiodaron
E) Nitrosorbit
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1139) Aterosklerozun erkən morfoloji əlamətləri hasıdır?
A) Fibroz pilək
B) Lipid nüvə
C) Divar ətrafı tromb
D) Kalsifikasiya
E) Piyli zolaq
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сГ.Е. Ройтберг Внутренние болезни. Сердечно-с
1140) Aortanın aterosklerozuna hansı əlamət aiddir?
A) Qəfləti ölüm
B) Aortanın anevrizması
C) Bağırsağın infarktı
D) Aritmiya
E) Barmaqların qanqrenası
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1141) Hiperlipidemiyaların hansı tipi aterogen sayılır?
A) VI tip
B) IV tip
C) V tip
D) I tip
E) VII tip
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1142) Hansı ürək damar xəstəlikləri zamanı gərginlik stenokardiyası rast gəlir?
A) Trikuspidal stenoz
B) Aorta dəliyinin stenozu
C) Xroniki miokardit
D) Dilyatasion kardiomiopatiya
E) Mitral qapağın çatmamazlığı
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1143) III funksional sinif stabil gərginlik stenokardiyası zamanı ağrı nə vaxt əmələ gəlir?
A) Sakitlikdə
B) Nəzərə çarpan fiziki iş zamanı
C) Düz yolda100-300 metr piyada gedərkən və I mərtəbəni qalxarkən
D) II mərtəbəyə qalxarkən
E) I mərtəbəyə qalxarkən və yaxud 500 metr-dən çox piyada gedərkən
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1144) Stenokardiyanı sübut edən EKQ əlamətləri hansıdır?
A) QRS kompleksini davamiyətinin 0,12-n çox artması
B) QR kompleksinin EKQ voltajının azalması
C) ST seqmentinin ətraf və döş aparmaların birində 1,0 mm çox olan depressiyası və anginal ağrı
D) Patoloji Q dişçiyinin qeyd edilməsi
E) ST seqmentinin I-III, V2-V6 aparmalarında qalxması və anqinal ağrı
Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
1145) Uzunmüddətli təsirə malik olan kalsium kanallarının antaqonistlərinə hansı aiddir?
A) Nifedipin
B) İzoptin
C) Amlodipin
D) Verapamil
E) Diltiazem
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
1146) Sinus bradikardiyası və atrioventrikulyar blokadaların müalicəsində antianqinal preparatın seçimi
A) Metoprolol, atenolol
B) Kalsium antaqonistlərin dihidropiridin qrup preparatları
C) Verapamil, diltiazem
D) Propranalol, nadolol
E) Nitrosorbid
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2002
1147) II funksional sinif gərginlik stenokardiyasının əlamətlərınə aşağıdakılardan hansı aiddir?
A) Sakitlik zamanı stenokardik tutma
B) Stenokardiya tutmaları nadir rast gəlir
C) Adi fiziki yükə nəzərə çarpan məhdudlaşma
D) Stenokardiya tutmaları yaranır 500 m çox düz yerdə piyada yol gedərkən və II mərtəbəyə çıxarkan
E) Adi fiziki aktivlik məhdudlaşmır
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1148) Avropa və Amerika kardioloji cəmiyyətlərin birləşmiş komitəsi tərəfindən Q dişli miokard infarktının diaqnostikasının kliniki kriteriləri hansıdır?
A) Döş qəfəsində anginal ağrı və diskomfort, EKQ–də ST seqmentinin qalxması və patolji Q dişçiyinin əmələ gəlməsi
B) EKQ-də patoloji Q dişçiyinin qeyd edilməsi,qanda protrombinin artması
C) Sidikdə mikroalbuminuriya
D) ST seqmentinin depressiyası və kardiospesifik fermentlərin yüksəlməsi
E) Xolesterinin qanda artması
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1149) Miokard infarktı zamanı qanda troponinin normallaşmasının müddəti nə qədərdir?
A) 3 həftədən sonra
B) 5-6 gündən sonra
C) 2-3 gündən sonra
D) 2 həftədən sonra
E) 8-12 gündən sonra
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1150) Sirkulyar miokard infarktının EKQ əlamətlərinə hansılar aiddir?
A) I, II, III, AVL, AVF, V1, V2
B) I, II, III, AVL, AVF, V3, V4,V5,V6
C) I, AVL, V1-V4
D) II, III, AVF, V7, V8, V9
E) I, AVL, V1, V2, V3, V4, V5, V6
Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004.
1151) Sol mədəciyin ST seqmentinin qalxması olmayan miokard infarktının EKQ kriteriləri hansıdır?
A) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxması və müsbət T dişçiyinin qeyd edilməsi
B) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxmsı və mənfi T dişçiyinin qeyd edilməsi
C) ST seqmenti izoxətdə və müsbət koronar T dişçiyinin qeyd edilməsi
D) Patoloji Q dişçiyinin qeyd edilməsi
E) ST seqmenti izoxətdə, mənfi koronar T dişçiyi və ST seqmentinin izoxətdən aşağı enməsi, koronar mənfi T dişçiyinin qeyd edilməsi
Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
1152) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?
A) Promedol
B) Morfin
C) Diklofenak
D) Analqin
E) Fentanil
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1153) Sağ mədəcik infarktı zamanı ağrı sindromunu götürmək üçün preparat seçimi hansıdır?
A) Analqin
B) Promedol
C) Diklofenak
D) Morfin
E) Fentanil
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1154) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?
A) 300 min V, sonra 1,2 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
B) 1,5 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
C) 500 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
D) 3 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhluluda 30-60 dəqiqə ərzində
E) 750 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
Dostları ilə paylaş: |