Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Exokardioqrafiyanın dopler rejimi ilə kompleks istifadəsi zamanı hansı patoloji dəyişikliyi müəyyənləşdirmək mümkün deyil?



Yüklə 453,92 Kb.
səhifə22/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

902) Exokardioqrafiyanın dopler rejimi ilə kompleks istifadəsi zamanı hansı patoloji dəyişikliyi müəyyənləşdirmək mümkün deyil?
A) böyük qan dövranının venalarında durğunluq əlamətlərini

B) ağciyər arteriyasında sistolik və son diastolik təzyiqinin ölçülməsi

C) mədəciklər və qulaqcıqların morfometrik parametrlərinin ölçülməsi

D) dolayısıilə mərkəzi venoz təzyiqinin ölçüsünü

E) ağciyərlərin yuxarı paylarında və ya bütün şöbələrində venaların genişlənməsini
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
903) Xroniki ürək çatışmazlığı angiotenzin çevirici fermentin inhibitorunun öz effektivliyini ifa etməyən hal hansıdır?
A) koronar vazodilatasiya

B) sol mədəciyin diastolik rigidliyin artması

C) aritmiyaların əmələ gəlməsi riskinin azalması

D) sol mədəciyin diastolik rigidliyin azalması

E) böyrəklərdə, baş beyində, skelet əzələlərində regionar qan təhcizatının yaxşılaşması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 120 - 121
904) Venoz durğunluğa ağciyər arterial hipertenziyası əlamətləri qoşulduqda hansı rentgenoloji dəyişiklər meydana çıxmır (sol qulaqcıqda təzyiqin 18 mm c. süt - dən çox olduqda)?
A) ağciyərlərin periferiyasında ağciyər damar şəklinin zəifləməsi (kiçik arteriyaların nəzərə çarpan daralması və onların distal şöbələrinin elə bil “qırılması” hesabına)

B) ağciyərlərin kötüyünün intensiv homogen tündləşməsi və onların nəzərə çarpan genişlənməsi və ümumi şəklinin qeyri kəskin olması

C) ağciyər kötüyü arteriyasının və onun iri şaxələrinin güclü pulsasiyası və genişlənməsi

D) arteriola və kiçik arteriyaların genişlənməsi, ağciyər arteriyası və onun iri şaxələrinin daralması

E) B tipli Kerli xətlərinin meydana çıxması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 550 - 551
905) Ağciyər arteriyasının pərçimlənmə təzyiqi və mərkəzi venoz təzyiqi göstəricilərinin təyini üçün hansı müayinə metodunun aparılması məqsədə uyğundur?
A) exokardioqrafiya

B) tredmil testi

C) ürəyin sağ şöbələrinin kateterizasiyası

D) ventrikuloqrafiya

E) koronaroangioqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 551


906) Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?

A) cərrahi müdaxilə

B) ağciyərlərin süni ventilyasiyası

C) qlükokortikosteriodlər

D) analgetiklərin tətbiqi

E) trombolitiklər və antikoaqulyantların tətbiqi


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI
907) Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?

A) aşağı ətraf venalarının trombozu

B) sağ qulaqcıqda tromboz

C) yuxarı ətraf venalarının trombozu

D) çanaq venalarının trombozu

E) prostat vəzinin trombozu


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.

908) Aşağıdakılardan hansı funksional ortostatik hipotoniyanın səbəblərinə aid deyil?

A) venoz tonusun azalması

B) hipervolemiya

C) ürəyə gələn venoz qanın həcminin azalması

D) hipovolemiya

E) ümumi periferik damar müqavimətinin azalması


Ədəbiyyat: А.С.Сметнев, А.А. Гроссу, Н.М. Шевченко « Синкопальные состояния в кардиологии» , 2001.

909) Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

A) aortal çatışmazlığı olan

B) mitral stenozu olan

C) mitral stenozu və mitral çatışmazlığı olan

D) mitral çatışmazlığı olan

E) aortal stenozu olan


Ədəbiyyat: Н.М. Шевченко « Кардиология» , 2006.

910) Hansı antianginal prepara ortostatik hipotoniyaya səbəb ola bilər?

A) nifedipin

B) kaptopril

C) nitrosorbid

D) anaprilin

E) verapamil (finoptin)


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.

911) Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?

A) mezaton

B) plazmaəvəzedici məhlullar

C) ürək qlikozidləri

D) kalsium xlorid (və ya kalsium qlükonat)

E) efedrin


Ədəbiyyat: A.B. Baxşəliyev « Kliniki farmakologiya» , 2004.

912) Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?

A) ağızda quruluq

B) quru öskürək

C) ortostatik hipotoniya

D) bradikardiya

E) fotofobiya


Ədəbiyyat: Ю. Белоусов, В.С. Моисеев, В.К. Лепахин « Клиническая фармакология и фармакотерапия. Руководство для врачей », 2000.

913) Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?

A) vena daxilinə noradrenalinin yeridilməsi

B) vena daxilinə atropinin yeridilməsi

C) bütün cavablar düzdür

D) ürək qlikozidlərinin vena daxilinə yeridilməsi

E) vena daxilinə mayenin (reopoliqlükin, 5%-li qlükoza məhlulu) köçürülməsi


Ədəbiyyat: В.А. Михайлов « Руководство для врачей скорой помощи», 1989.

914) Arterial təzyiq düşərkən (qanaxma zamanı), baroreseptorların impulsasiyası azaldığı zaman sinir siteminin hansı təsiri üstünlük təşkil edir?
A) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm və damar tonusu yüksəlir

B) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir

C) simpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

D) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm artır, damar tonusu aşağı düşür

E) parasimpatik təsirlər—ürək vurğularının sayı, ürək atımı –dəqiqəlik həcm azalır, damar tonusu yüksəlir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52

915) Kəskin sol mədəсik çatışmazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?

A) diakarb

B) hiqroton

C) mannitol

D) furosemid

E) veroşpiron


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

916) Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

A) laziks

B) eufillin

C) morfin

D) heparin

E) dobutamin


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

917) Ağciyər ödemi zamanı dərman preparatıları hansı ardıcıllıqla yeridilməlidir?

A) morfin, laziks, nitratlar

B) laziks, pentamin, panangin

C) arfonad, strofantin, baralgin

D) nitratlar, eufillin, enalapril

E) eufillin, strofantin, laziks


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

918) Ağ ciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat məsləhət görülmür?

A) Enalaprilat

B) Furosemid

C) Labetolol

D) Nitroqliserin

E) Natrium nitroprussid


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 665
919) Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?

A) atropin

B) dopamin + natrium nitroprussid

C) kordiamin

D) strofantin

E) adrenalin


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

920) Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?

A) mədəciklərin fibrilyasiyası

B) beynə qansızma

C) kollaps

D) hipertonik kriz

E) qulaqcıqların səyriməsi


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

921) Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?

A) indapamid

B) furosemid

C) higroton

D) mannitol

E) diakarb


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

922) Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?

A) atenolol

B) xinidin

C) amiodaron

D) lidokain

E) novokainamid


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

923) Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?

A) 12 - 24 saat

B) 6 - 8 saat

C) 12 - 18 saat

D) 10 - 24 saat

E) 8 - 12 saat


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

924) Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?

A) arterial təzyiqin yüksəldilməsi

B) trombolizis

C) plazmaəvəzedicilərin yeridilməsi

D) neyroleptanalgeziya

E) miokardın revaskulyarizasiyası


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

925) Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?

A) ritm pozğunluğunun təcili aradan qaldırılması

B) plazmaəvəzedicilərin infuziyası

C) arterial təzyiqin yüksəldilməsi

D) neyroleptanalgeziya

E) trombolizis


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

926) Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn mədəcik ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?

A) kordaron

B) lidokain

C) metoprolol

D) verapamil

E) novokainamid


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

927) Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?

A) vena daxilinə noradrenalinin yeridilməsi

B) vena daxilinə ürək qlikozidlərinin yeridilməsi

C) vena daxilinə plazmaəvəzedicilərin yeridilməsi

D) vena daxilinə antikoaqulyatların yeridilməsi

E) bütün cavablar düzdür


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

928) Miokard infarktı zamanı kardiogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

A) sol mədəciyin cırılması

B) sağ mədəciyin miokard infarktı

C) perikardit

D) papilyar əzələ başının qırılması

E) mədəcikarası çəpərin yarılması


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

929) Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?

A) obzidan

B) ritmilen

C) novokainamid

D) propafenon

E) amiodaron


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

930) Kəskin sol mədəcik çatışmazlığı fonunda hipertonik krizlərdə aşağıdakılardan hansı istifadə olunmur?

A) kalsium antaqonistləri və beta-adrenoblokatorlar

B) kalsium antaqonistləri

C) beta-adrenoblokatorlar

D) vazodilatatorlar

E) sidikqovucular


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

931) Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?

A) vazodilatatorlar, sidikqovucular

B) vazodilatatorlar, qanqlioblokatorlar

C) beta-blokatorlar, qanqlioblokatorlar

D) beta-blokatorlar, vazodilatatorlar

E) vazodilatatorlar, beta-blokatorlar


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

932) Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?

A) kollaps

B) mədəciklərin fibrilyasiyası

C) ürəyin tamponadası

D) aortanın yarılması

E) ürəyin dayanması


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

933) Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?

A) hipotenziya

B) ümumi fikir yoxdur

C) qulaqcıqların səyriməsinin taxisistolik forması

D) qulaqcıqların səyriməsinin taxisistolik forması və ümumi fikir yoxdur

E) kəskin miokard infarktı


Ədəbiyyat: С.А. Крижановский « Клиническая фармакология», 2003.

934) Kəskin miokard infarktının durğunluq hemodinamik növündə yaranan ağciyər ödeminin müalicəsində hansının preparatın tətbiqi əks göstərişdir?

A) Nitroqliserin, Na nitroprussid

B) β-adrenoblokator

C) Morfin

D) Furosemid

E) Oksigen terapiyası


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566
935) Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?

A) talinolol

B) atropin

C) adrenalin

D) diltiazem

E) dobutamin


Ədəbiyyat: В.И. Метелица « Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных препаратов », 2005.

936) Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?

A) prednizolonun yeridilməsi

B) ürəyin qapalı masajı

C) defibrilyasiya

D) ağciyərlərin süni ventilyasiyası

E) adrenalinin yeridilməsi


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков « Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний », 2006.

937) Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?

A) bronxospazm

B) hipotenziya

C) hipertenziya

D) miokard infarktı

E) taxikardiya


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

938) Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?

A) atropin

B) eufillin

C) efedrin

D) adrenalin

E) izadrin


Ədəbiyyat: Ю.Р. Ковалев «Кардиология в вопросах и ответах», 2002.

939) Aterosklerozun konservativ müalicəsinin və ikincili profilaktikasının əsas məqsədi aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damardivarı tromblaşmanın başlamasının qarşısının alınmasıdır. Bunun üçün nələrin istifadəsi vacıb deyil?
A) antiaqreqant terapiyanın

B) anqiotenzinçevirici ferment inhibitorlarının

C) β - adrenoblokatorların

D) antioksidant müdafiəli fermentlərin

E) antianqinal preparatların
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
940) Aterosklerozlu xəstələrdə hidroksi - metilqlütaril (HMQ) - КоА - reduktazanın inhibitorlarının (statinlərin) müsbət effektinə nə aid deyil? (XS - xolesterin, ASL - aşağı sıxlıqlı lipoproteinlər, YSL – yüksək sıxlıqlı lipoproteinlər).
A) Xolesterinin sintezinin azalması nəticəsində ASL XS həddinin əhəmiyyətli enməsi

B) Xolesterinin sintezinin azalması nəticəsində YSL XS həddinin əhəmiyyətli enməsi

C) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin tutulması

D) Qan dövranında aşağı sıxlıqlı lipoproteinlərin utilizasiyası

E) ASL - reseptorların aktivliyinin artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 360
941) Hansı kliniki vəziyyətlərdə hidroksi - metilqlütaril (HMQ) – КоА - reduktaza inhibitorlarının qəbulu əks göstəriş deyil?
A) ətraflarda podaqraya uyğun dəyişiklik

B) qara ciyərin aktiv patoloji proseslərində

C) qara ciyər fermentlərinin səviyyəsinin ilkin yüksək olmasında

D) hamiləlik və döş əmizdirmə zamanı

E) preparatın komponentlərinə həssaslığın yüksək olmasında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
942) Hansı kliniki vəziyyətlərdə fibratların təyini göstəriş deyil?
A) xroniki piyelonefrit

B) xroniki qastrit

C) hipoproteinemiya

D) xroniki otit

E) hiperproteinemiya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365
943) Hansı klinik halda öd turşusunun sekvestrantlarıyla müalicə əks göstəriş deyil?
A) əhəmiyyətli hipertriqliseridemiyada

B) arterial hipertoniyada

C) hamiləlikdə

D) preparata yüksək həssaslıq olduqda

E) öd yollarının obstruksiyasında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 365


944) QT intervalının uzanması nə zaman rast gəlinir?

A) Ürək vurğularının sayının azalması

B) Ürək vurğularının sayının artması

C) Mədəciklərin erkən repolyarizasiya sindromunda

D) Ürək qlikozidləri ilə intoksikasiya zamanı

E) Anadangəlmə QT intervalının uzanma sindromu


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
945) QT intervalının qısalması nə zaman rast gəlinir?

A) Hipermaqneziemiya

B) Hipokalsemiya

C) Ürək qlikozidləri ilə intoksikasiya

D) Ürək vurğularının sayının artması

E) Uremiya fəsadlaşmasında


Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002 .
946) 2-ci sıradan olan AV birləşmədən əvəzedici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS 1 dəq-də 20-dən az

B) ÜVS 1 dəq-də 30-dan az

C) ÜVS 1 dəq-də 40-50

D) ÜVS 1 dəq-də 90-100

E) ÜVS 1 dəq-də 20-30


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
947) 5- ci sıradan olan Purkinye liflərindən əvəzləyici ritmin tezliyi neçəyə bərabərdir?

A) ÜVS dəq-də 20-30

B) ÜVS<30 1 dəq-də

C) ÜVS dəq-də 40-50

D) ÜVS<20 1 dəq-də

E) ÜVS dəq-də 60-80


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
948) Sol mədəcik ekstrasistolalarının xarakterizə edici amilləri:

A) Natamam kompensator pauza

B) EKQ də V1-6 aparmalarında QRS kompleksində hündür “R” dişlərinin qeydi

C) EKQ də V1-3 aparmalarında QRS kompleksində dərin “S”dişlərinin qeydi

D) EKQ də V1-3 aparmalarında QRS kompleksində hündür “R”dişi və V4-6 aparmalarında dərin “S” dişlərinin qeydi

E) EKQ də V1-6 aparmalarında QRS kompleksində dərin“S” dişlərinin qeydi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
949) His dəstəsi sol ön şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Kəskin sola, yuxarı

B) Önə və yuxarı

C) Aşağı, sağa

D) Sola, aşağı

E) Ön və arxaya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
950) His dəstəsi sol arxa şaxəsinin blokadası zamanı ürəyin elektrik oxunun istiqaməti:

A) Önə və yuxarı

B) Sola və aşağı

C) Sola və yuxarı

D) Sağa və aşağı

E) Önə və arxaya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 .
951) ExoKQ zamanı sol mədəciyin son–sistolik ölçüsü neçədir?

A) 38-56 mm

B) 36-48 mm

C) 32-36 mm

D) 42-56 mm

E) 22-38 mm


Ədəbiyyat: H.Feiqenbaum “Руководство по эхокардиографии”,5 издание,издательство Вивар,1999.
952) Əsasən hansı xəstəliklər zamanı rentqenolojı müayinədə aortanın uzanması və genişlənməsi müşahidə olunur?
A) aterosklerotik zədələnmə və arterial hipertenziyalarda

B) üçtaylı qapaq çatışmazlığında və mitral qapaqların prolapsında

C) ağciyər qapaqlarının çatışmazlığında

D) mitral qapaq çatışmazlığında və Botal axacağın bağlanmamasında

E) aorta qapaqlarının çatışmazlığında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
953) Xroniki ürək çatışmazlığının erkən mərhələlərində kliniki əlamətlərə görə diaqnoz qoymaq mümkün olmadıqda sadalanan instrumental müayinə metodlarının hansından istifadə olunması effektiv hesab olunmur (o cümlədən mədəciklərin gizli, simptomsuz sistolik disfunksiyaları zamanı)?
A) Exo KQ

B) Yüklənmə sınaqları

C) EKQ

D) Radionuklid müayinə metodları



E) Maqnit - rezonans tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: 1) Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. 2) А. Джонн Кэмм, Томас Ф.Люшер, Патрик В.Серруис. Болезни сердца и сосудов. Руководство Европейского общества кардиологов. Москва, «ГЭОТАР - Медиа», 2011, стр.873, 874
954) Aterosklerotik kardiosklerozlu xəstələrin rentgenoloji müayinəsi zamanı aortanın düz, sol ön çəp və sol yan proyeksiyasında hansı pozğunluq qeyd olunmur?
A) Rentqenoskopiyada pulsasiyanın zəifləməsi

B) Uzanması

C) Divarında kalsiumun toplanması

D) Genişlənməsi

E) Anevrizmatik qabarması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 332
955) Oxşar kliniki simptomlara (təngnəfəslik, taxikardiya və başqaları) malik və bu halda yüksək ürək atımlı xroniki ürək çatışmazlığının mümkün səbəbi hesab olunan hansı xəstəliyin nəticəsi qanın ümumi kliniki analizi ilə təstiqlənir?
A) Miokardit

B) Kardiomiopatiyalar

C) Anemiya

D) Mitral qapaq çatışmazlığı

E) Ağ ciyərlərin obstruktiv xəstəlikləri
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 92. .
956) Sidiyin ümumi analizi ilə təsdiqlənən hansı laborator nəticə xroniki ürək çatışmazlığında böyrəklərin zədələnməsi markeri hesab olunur və eyni zamanda nefrotik sindromun, kəskin və xroniki qlomerulonefritin və başqa ödem sindromlu böyrək xəstəliklərinin xarakter əlamətlərindən biri hesab olunur?
A) Mikrohematuriya

B) Proteinuriya

C) Makrohematuriya

D) Silindruriya

E) Leykosituriya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
957) Xroniki ürək çatışmazlıqlı xəstələrdə eyni zamanda diaqnostik test kimi istifadə olunan qanın biokimyəvi analizlərindən hansı nəticələri müalicə təyin olunduqda mütləq nəzərə alınmalıdır?
A) Qələvi fosfataza

B) Lg-E immunoqlobulinlər

C) Kortizol

D) Lipaza, amilaza

E) Elektrolitlərin disbalansı (Nа+, К+, Са2+, Мg2+ və s. )
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin