771) Xroniki ürək çatışmazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?
A) sağ mədəcik çatışmazlığı
B) təkcə sağ qulaqcıq çatışmazlığı
C) sol mədəcik çatışmazlığı
D) eyni zamanda həm sol, həm də sağ mədəciyin çatışmazlığı
E) təkcə sol qulaqcıq çatışmazlığı
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии” 1999, Оливия В. Эдейр “Секреты кардиологии ” 2008.
772) “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) ExoKQ
B) koronar damarların angioqrafiyası
C) EKQ
D) FonoKQ
E) R-müayinəsi
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
773) Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?
A) amiodaron və antiaqreqantlar
B) Ca (+2) antaqonistləri və aspirin
C) metabolik preparatlar
D) ürək qlikozidləri və diuretiklər
E) antiaqreqantlar və nitratlar
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
774) Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?
A) sol mədəciyin qovma fraksiyası 40 %-dən artıq olduqda
B) xəstənin istəyindən asılı olaraq
C) hər zaman
D) arterial tromboemboliya və ya sol mədəcikdə tromb olması dəqiq müəyyən edildiyi zaman
E) ürək ritminin ekstrasistoliya tipli pozulması olduqda
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н.“ Кардиомиопатии ” 1999.
775) Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?
A) xroniki ürək çatışmazlığının terminal mərhələsində
B) AÇF inhibitorlarının qəbulu mümkün olmadıqda
C) sol mədəciyin diastolik disfunksiyası zamanı
D) sol mədəcikdə tromb aşkar edildikdə
E) sol mədəciyin qovma fraksiyası 35%-dən az olduqda
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
776) Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?
A) norma daxilində olur
B) yüksəlir
C) azacıq yüksəlir
D) norma daxilində olur, yüksəlir
E) aşağı düşür
Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
777) Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?
A) dilatasion kardiomiopatiya
B) restriktiv kardiomipatiya
C) hipertrofik kardiomiopatiya
D) hipertrofik və restiktiv kardiomiopatiya
E) sadalananların hamısı
Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Горбачев В. В. “Клиническая кардиология ” 2007.
778) Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?
A) sağ mədəciyin aritmogen displaziyası
B) dilatasion kardiomiopatiya
C) hipertrofik kardiomiopatiya
D) miokardit
E) restriktiv kardiomiopatiya
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
779) Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?
A) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında, virus miokarditi zamanı xəstələrin əksəriyyətində
B) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında
C) virus miokarditi zamanı xəstələrin əksəriyyətində
D) dilatasion kardiomiopatiyanın terminal mərhələsində
E) hipertrofik kardiomiopatiyalı xəstələrin müəyyən hissəsində
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
780) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?
A) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir
B) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur
C) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur
D) adətən EKQ-də dəyişiklik olmur
E) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
781) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?
A) ürək qlikozidləri və sidikqovucular
B) AÇF inhibitorları və spironolakton
C) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri
D) periferik vazodilatatorlar ( prazorin, apressin )
E) nitratlar və antiaqreqantlar
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
782) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?
A) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası
B) hipertrofik kardiomiopatiya
C) dilatasion və hipertrofik kardiomiopatiya
D) dilatasion kardiomiopatiya
E) sağ mədəciyin aritmogen displaziyası
Ədəbiyyat: Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
783) Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?
A) hipertrofik kardiomiopatiya
B) hipertrofik və dilatasion kardiomiopatiya
C) restriktiv kardiomiopatiya
D) miokardit zamanı
E) dilatasion kardiomiopatiya
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
784) Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?
A) hərarətin kəskin yüksəlməsi, üşütmə, güclü tərləmə
B) başgicəllənmə, tərləmə, quru öskürək
C) ürək nahiyəsində qısa müddətli yandırıcı ağrılar, boğulma tutmaları, qorxu hissi
D) yorğunluq, təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində diskomfort
E) əsəbilik, yuxunun pozulması, baş ağrıları
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
785) Hipertrofik kardiomiopatiya nədir?
A) Revmatik mənşəli aortal stenozu olan xəstələrdə sol mədəciyin hipertrofiyası
B) Hipertoniya xəstəliyi nəticəsində sol mədəciyin hipertrofiyası
C) ÜİX zamanı ürək əzələsinin hipertrofiyası
D) Ürək əzələsinin hipertrofiyası nəticəsində sol mədəciyin yalnız diastolik funksiyasının pozulması
E) Sol mədəciyin miokardının dilаtasiyasız birincili hipertrofiyası
Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
786) Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?
A) fonokardioqrafiya
B) elektrokardioqrafiya
C) exokardioqrafiya
D) döş qəfəsinin R-qrafiyası
E) sfiqmoqrafiya
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
787) Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?
A) böyüyür
B) kiçilir
C) yalnız xəstəliyin terminal mərhələsində kiçilir
D) əhəmiyyətli şəkildə böyüyür
E) dəyişilmir
Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
788) Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?
A) venadaxili 5% qlükoza
B) panangin
C) spironolakton
D) diqoksin
E) AÇF inhibitorları
Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
789) Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?
A) Streptokok
B) Koksaki–B virusu
C) Pnevmokok
D) Poliomielit virusu
E) Stafilokok
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
790) Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?
A) məxmərək
B) infeksion sarılıq
C) qızılca
D) su çiçəyi
E) difteriya
Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
791) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?
A) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi
B) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı
C) ağrıların döş sümüyünün arxasında lokalizasiyası
D) küt, sıxıcı ağrılar
E) ağrıların 30 dəqiqədən çox davam etməsi
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
792) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?
A) I-ci tonun ikiləşməsi
B) perikardın sürtünmə küyü
C) qalosistolik küy
D) çapma ritmi
E) plevro-perikardial küy
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
793) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?
A) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması
B) birbaşa perikard boşluğuna yeridilməsi
C) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası
D) parenteral yolla
E) peroral qəbul
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
794) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?
A) Prednizolon
B) Furosemid
C) Nifedipin
D) Heparin
E) Aspirin
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч.Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр.150
795) Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?
A) üzüqoylu uzandıqda
B) arxası üstə uzandıqda
C) bədəni dairəvi hərəkət etdirdikdə
D) nəfəs almada
E) qabağa əyildikdə
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
796) Kəskin perikarditlərdə ağrı sindromunu azaltmaq üçün hansı dərman qrupları ilkin seçim sayılır?
A) nitratlar
B) spazmolitiklər
C) qlükokortikosteroidlər
D) qeyri-steroid iltihabəleyhinə dərmanlar
E) narkotik analgetiklər
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
797) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?
A) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması
B) Öküz ürəyi
C) Xroniki böyrək çatmazlığı
D) Sol mədəciyin atım fraksiyası <50%
E) Hipertonik krizlər
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
798) Hansı törədici miokarditin inkişafına səbəb olmur?
A) Xlamidilər, aktinomisetlər
B) Spiroxetlər, rikketsilər
C) Göbələk
D) Parazitlər
E) Virus, bakteriya
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
799) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?
A) Tromboembolik fəsadlar
B) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi
C) Ensefalopatiya
D) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar
E) Stenokardiya tutmaları
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
800) Perikarditlərin əsas səbəbi hansıdır?
A) İonlaşdırıcı radiasiya
B) Birləşdirici toxumanın diffuz xəstəlikləri
C) Qeyri-infeksion (aseptik) perikardit
D) Autoimmun perikardit
E) İnfeksion perikardit
Ədəbiyyat: Q.E.Roytberq,A.B. Strutinskiy "Daxili xəstəliklər" 2007
801) İnfeksion endokardit zamanı obyektiv müayinə nəticələrinə hansılar aiddir
A) Dəridə düyünlü səpgilər
B) Myüsse simptomu
C) Hiperemiya
D) Dəri örtüklərinin solğunluğu, arıqlama, “təbil çubuqları” şəklində barmaqlar
E) Müsbət “venoz ” nəbz
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007
802) Mitral qapaq çatışmazlığının kliniki əlamətlərinə hansı aiddir?
A) “Bildirçin” ritmi
B) Zirvədə I tonun zəifləməsi və zirvədə sistolik küy
C) Zirvədə diastolik küy
D) Zirvədə İ tonun güclənməsi
E) Mitral qapağın açılma tonu
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy " Daxili xəstəliklər",2007
803) Mitral qapağın çatmazlığı olan xəstələrdə EKQ müayinə nəticələrini göstərin
A) Hər iki qulaqcığın hipertrofiyası
B) Sol qulaqcığın hipertrofiyası
C) Hər iki mədəciyin hipertrofiyası
D) Sol qulaqcığın və sol mədəciyin hipertrofiyası
E) Sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: V.X. Vasilenko “Qazanılmış ürək qüsurları”1998
804) Mitral stenozun kliniki əlamətlərinə hansılar aiddir ?
A) Başgicəllənmə və bayılma
B) Boyun nahiyəsində güclənmiş pulsasiya
C) Güclənmiş nəbz
D) Stenokardiya
E) Fiziki gərginlik zamanı təngnəfəslik (I-III f.s.), boğulma tutmaları, qanhayxırma
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
805) Mitral stenoz zamanı ürəyin auskultasiyasının nəticələri:
A) Güclənmiş I ton, diastolik küy zirvədə
B) Zirvədə sistolik küy
C) Aorta nöqtəsində sistolik küy
D) Zəıf I ton
E) Flintin diastolik küyü
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
806) Mitral stenozun EKQ əlamətlərinə hansılar aiddir?
A) His dəstəsi sol ayaqcığın blokadası
B) Sol qulaqcığın, sol mədəciyin hipertrofiyası
C) Sol qulaqcığın, sağ mədəciyin hipertrofiyası
D) Mədəcik paroksizmal taxikardiyası
E) Hər iki mədəciyin hipertrofiyası
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
807) Aortal stenozun klinik əlamətlərinə hansılar aiddir?
A) Zirvədə diastolik küy, aorta üzərində II tonun zəifləməsi
B) Zirvədə İ tonun güclənməsi
C) Zirvədə I tonun zəifləməsi, II qabırğaarası sahədə sağda güclü intensiv sistolik küy
D) Diastolik “pişik” mırıltısı
E) Zirvədə pansistolik küy
Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
808) Aortal stenozun elektrokardioqrafik diaqnostikasına hansılar aiddir?
A) Sağ mədəciyin hipertrofiyası
B) Hər iki mədəciyin hipertrofiyası
C) Hər iki qulaqcığın hipertrofiyası
D) His dəstəsi sağ ayaqcığının blokadası
E) Sistolik yüklənmə ilə sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
809) Trikuspidal qapaq çatışmazlığının EKQ əlamətlərinə hansılar aiddir ?
A) His dəstəsi sol ayaqcığının blokadası
B) Hər iki mədəciyin hipertrofiyası
C) Sağ mədəcik və sağ qulaqcığın hipertrofiyası
D) Hər iki qulaqcıq və sağ mədəciyin hipertrofiyası
E) Sol qulaqcıq və sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
810) Hipertrofik kardiomiopatiyalı və aritmiyası olmayan xəstələrdə müalicə seçimi hansıdır?
A) Verapamil, kordaron
B) Verapamil, ivabradin
C) Metoprolol,diltiazem
D) Metoprolol
E) Diltiazem
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
811) Daxildən xaricə doğru ürəyin qişalarını göstərin?
A) endokard, miokard, epikard
B) miokard, endokard, epikard
C) miokard, epikard, endokard
D) endokard, epikard, miokard
E) epikard, endokard, miokard
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
812) Normada qulaqcıq miokardının qalınlığı nə qədərdir?
A) 3-4 mm
B) 2-3 mm
C) 1-2 mm
D) 4-5 mm
E) 5-6 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
813) Mədəciklərin diastolik dolmasının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) qulaqcıq yığılmalarının mədəciklərin işi ilə sinxron olmaması (səyrici aritmiya, qulaqcıqların titrəməsi) zamanı
B) skelet əzələlərinin «nasos« funksiyası artarkən
C) psixoemosional gərginlik zamanı zamanı
D) müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində
E) işlək əzələlərdə vena tonusunun artması zamanı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
814) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?
1. ürək vurğularının sayı
2. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)
3. mədəciklərin yüksək, müxtəlif etioloqiyalı dilatasiyası, Frank-Starlinq qanununa görə, miokardın maksimal imkanlı gərginliyinin zəifləməsi ilə nəticələnir
4. aorta və ağ ciyər arteriyasinda qan təzyiqinin həddi
5. dövr edən qanın həcmi və qanın yapışqanlığı
A) 3, 4, 5
B) 2, 3, 5
C) 1, 3, 4
D) 1, 2, 4
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
815) Mədəciklərin diastolik funksiyasını nə müəyyənləşdirmir?
A) mədəciklərin aktiv diastolik boşalma sürəti (izovolümik boşalma fazasının davam müddətilə qiymətləndirilir)
B) mədəciklərin diastolik dolma strukturu (doppler- exokardioqrafik müayinələrin transmitral və ya transtrikuspidal qan axınının nəticələrinə əsasən qiymətləndirilir)
C) mədəciklərin son diastolik təzyiqinin həddi və qulaqcıqlardakı orta təzyiq
D) qulaqcıqların effektiv yığılması
E) mədəciklərin bir dəqiqə ərzində qovduğu qanın miqdarı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
816) Hansı xəstəliklər miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklərə aid deyildir? (AH - arterial hipertenziya).
1. miokardın nəzərə çarpan hipertrofiyası (eyni zamanda aortal stenozda, AH və başqaları)
2. idiopatik dilatasion kardiomiopatiya
3. miokardın toksiko - allergik zədələnməsi
4. hipo və ya hipertireoz
5. kəskin miokard infarktı
A) 1, 2, 4
B) 1, 4, 5
C) 2, 3, 5
D) 2, 4, 5
E) 2, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.61
817) Miokardın qan təhcizatının aşağı düşməsinə və sol mədəciyin işemik zədələnməsinə, ürək əzələsində coxsaylı funksional və morfoloji pozğunluqların əmələ gəlməsinə gətirib çıxaran əhəmiyyətli fəsadlara nə aid deyil?
A) Sol mədəciyin diastolik və sistolik disfunksiyası, həmçinin ritm və keçiricilik pozğunluqları
B) Miokardın müxtəlif şöbələrində postarteriolaların bərabər dilatasiyası
C) Hibernasiyalı (“yatmış”) və karlaşmış miokard
D) Diffuz aterosklerotik və ocağlı infarkdan sonrakı kardioskleroz
E) Kardiomiositlərin energetik təhcizatının zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
818) Mitral stenoz ən çox hansı xəstəliyin nəticəsidir?
A) sistemli qurdeşənəyi
B) revmatizm
C) ateroskleroz
D) revmatoid artrit
E) infeksion endokardit
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
819) Mitral qapağın üzvü çatışmazlığında requrqitasiya sindromu nədən ibarətdir?
A) zirvədə sistolik küy, I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu
B) III-cü tonun mövcudluğu
C) I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu
D) I-ci tonun zəifləməsi
E) zirvədə sistolik küy
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
820) Aortal qapaq stenozunun inkişafına nə səbəb ola bilər?
A) revmatizm, ateroskleroz, qapağın anadangəlmə patologiyası
B) qapağın anadangəlmə patologiyası
C) revmatizm
D) revmatizm, ateroskleroz
E) ateroskleroz
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
821) Aortal qapaq çatışmazlığının əsas səbəbi nədir?
A) döş qəfəsinin travması
B) sifilis
C) revmatizm
D) infeksion endokardit
E) ateroskleroz
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
822) Mitral stenoz zamanı ilkin simptomlardan biri hansıdır?
A) təngnəfəslik
B) mədəciklərin ritm pozğunluqları
C) səyrici aritmiya
D) periferik ödemlər
E) qaraciyər böyüməsi
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
823) Mitral stenozu olan xəstələrdə ürəyin ritm pozğunluqlarının daha çox müşahidə olunan növü hansıdır?
A) əciklərin paroksizmal taxikardiyası
B) qulaqcıqların paroksizmal taxikardiyası
C) sol qulaqcıq ritmi
D) atrioventrikulyar dissosiasiya
E) səyrici aritmiya
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
824) Aortal qapaq çatmamazlığı olan xəstələrdə nə müşahidə olunur?
A) sistolik qan təzyiqinin artması, diastolik təzyiqin enməsi
B) sistolik qan təzyiqinin dəyişməməsi və diastolik təzyiqin artması
C) nəbz təzyiqinin azalması
D) sistolik qan təzyiqinin enməsi, diastolik təzyiqin artması
E) sistolik və diastolik qan təzyiqinin dəyişməməsi
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
825) Hansı ürək qüsuru üçün bud arteriyası üzərində “ikili” Dürozye küyünün eşidilməsi xarakterikdir?
A) ağciyər arteriyasının qapaq stenozu
B) mitral qapaq çatışmazlığı
C) ağciyər arteriyasının qapaq çatışmazlığı
D) aortal qapaq stenozu
E) aortal qapaq çatışmazlığı
Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,
В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.
Dostları ilə paylaş: |