Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?



Yüklə 453,92 Kb.
səhifə23/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
958) Qanın biokimyəvi analizlərinin hansı nəticəsi xroniki ürək çatışmazlıqlı xəstələrdə şəkərli diabetin ola bilməsini təsdiq edir?
A) Üzüm turşusunun artması

B) Elektrolitlərin disbalansı (Nа+, К+)

C) Hiperqlikemiya

D) Dislipidemiya

E) Testosteronunun miqdarının artması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
959) Böyrək xəstəliyi olan xroniki ürək çatışmazlıqlı xəstələrdə qanın biokimyəvi analizlərinin hansı nəticələri xroniki böyrək çatışmazlığının başlanmasını təsdiq edir?
A) Qələvi fosfatazanın və lipidlərin miqdarının artması

B) Sidik cövhərinin və kreatininin miqdarının artması

C) Qalıq azotun və şəkərin miqdarının artması

D) Ümumi bilirubinin miqdarının artması

E) Elektrolitlərin disbalansı (dəmir, mis, fosfor)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
960) Qanın biokimyəvi analizinin hansı nəticələri koronar arteriyaların aterosklerozu və ürəyin işemik xəstəliklərini təsdiqləyir və çox güman ki, xroniki ürək çatışmazlığının səbəbidir? (XS- xolesterin, ASL –aşagı sıxlıqlı lipoproteinlər, YSL – yuxarı sıxlıqlı lipoproteinlər, TQ - triqliseridlər).
A) Lipaza və diastaza

B) Hiperlipidemiya (ümumi ХS, ХS ASL, ХS YSL, TQ, aterogenlik əmsalı)

C) Kreatinin və sidik cövhəri

D) Timol sınağı, tiroksin və triyodtironin

E) Xolinesteraza və qələvi fosfataza
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
961) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə qara ciyər funksiyasının pozğunluğunu təsdiq etmir? (АsАТ - аspartat-aminotransferaza, АlАТ - alanin-aminotrasferaza, QQTP - qamma-qlutamiltranspeptidaza, LDH - laktat-dehidroqenaza, KFK - kreatinfosfokinaza МВ fraksiyası).
A) Haptoqlobin Hp1-1 fenotipinin miqdarının artması

B) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

C) МВ KFK miqdarının dəyişilməsi

D) Hiperfermentemiya (АsАТ, АlАТ, QQTP)

E) LDH, KFK miqdarının dəyişilməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
962) Qanın biokimyəvi analizinin hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə hipertireozu və ya hipotireozu təsdiq edir? (ТТH - tireotrop hormon, Т4 - tiroksin, Т3 - triyodtironin, LDH - laktatdehidroqenaza, KFK - kreatinfosfokinaza МВ -fraksiyası).
A) Α-1- qlobulinlərin miqdarının artması

B) ТТH, Т3, Т4 miqdarının dəyişilməsi

C) Γ -qlutamiltranspeptidazanın miqdarının artması

D) Qara ciyərin çöküntü sınağının dəyişilməsi

E) LDH, KFK МВ miqdarının dəyişilməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
963) Sakit halda çəkilmiş EKQ-nin hansı nəticələri xroniki ürək çatışmazlığının əmələ gəlməsinin miokardın infarktından sonrakı kardioskleroz və ürəyin nasos funksiyasının zəifləməsi hesabına yaranmasını göstərir?
A) Taxiaritmiyalar, bradiaritmiyalar

B) Sağ mədəciyin hipertrofiyası

C) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)

D) Sinus taxikardiyası

E) Sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
964) Əgər xroniki ürək çatışmazlıqlı xəstələrdə ürəyin yığılma qabiliyyətinin zəifləməsi fonunda simpatik - adrenal sistemin aktivliyinin artması baş verirsə, onda sakit halda çəkilmiş EKQ - də nə görünər?
A) Keçirilmiş miokard infarktın EKQ əlamətləri (patoloji Q dişi)

B) Sol qulaqcığın hipertrofiyası əlamətləri

C) Səyrici aritmiya

D) Sinus taxikardiyası

E) Sağ mədəcik dilatasiyası əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
965) Sakit halda EKQ-nın hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə xəstənin vəziyyətinin ağırlaşmasının mümkün səbəbini təsdiq edir?
A) Nəzərə çarpan sinus taxikardiyası

B) Taxiaritmiyalar, bradiaritmiyalar

C) Sağ mədəciyin hipertrofiyasının əlamətləri

D) Hiss dəstəsinin sağ ayağcığının blokadası

E) Sol mədəciyin hipertrofiyası sistolik yüklənməsilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
966) Hansı xəstəliklər və pozğunluqlarda (xroniki ürək çatışmazlığlı xəstələrdə) sakit halda çəkilmiş EKQ-də sol mədəciyin hipertrofiyasının əlamətləri qeyd olunmur?
A) Arterial hipertenziyada

B) Sol mədəciyin diastolik disfunksiyasında

C) Sol qulaqcıq - mədəcik dəliyinin stenozunda

D) Ürəyin işemik xəstəliyində

E) Aortal qapağın qüsurlarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
967) Sakit halda EKQ-ın hansı nəticəsi sübut edir ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ağ ciyərlərin obstruktiv xəstəlikləridir və eyni zamanda bu ağciyər arterial hipertenziyasının əlamətidir?
A) Aparıcı qulagcıq ritminin miqrasiyası

B) Sol mədəciyin hipertrofiyası

C) Sinus aritmiyası

D) Hiss dəstəsinin sol ayagçığının tam blokadası

E) Sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
968) Döş qəfəsi orqanlarının hansı rentqenoqrafik nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrdə kicik qan dövranı hemodinamik pozğunluqlarının ağırlıq dərəcəsini təsdiq etmir? (AH - arterial hipertenziya).
A) Aortanın genişlənməsi və kalsinozu

B) Ürək belinin hamarlaşması

C) Hidrotoraks

D) Ağ ciyərlərdə venoz durğunluq və arteriolyar ağ ciyər AH əlamətləri

E) Kardiomeqaliya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
969) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ürəyin işemik xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

B) Mədəciklərarası cəpərin hipertrofiyası

C) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları

D) Perikard boşluğuna mayenin yığılması

E) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
970) Exokardioqrafiyanın hansı nəticələrı (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Mədəciklərin dissinxroniyası

B) Sol mədəciyin çıxış yolunun obstruksiyası

C) Qulaqcıqlararası cəpərin lipomatoz hipertrofiyası

D) Mitral qapağın ön sistolik hərəkəti

E) Perikard boşluğuna mayenin yığılması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94.
971) Exokardioqrafiyanın hansı nəticələri (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan ekssudativ perikarditi təsdiq edir?
A) Sol mədəciyin yığılma funksiyasının lokal pozğunluqları (asinergiyalar)

B) Sol mədəciyin hipertrofiyası və dilatasiyası əlamətləri

C) Mədəciklərarası cəpərin asimmetrik hipertrofiyası

D) Perikard təbəqələrin bitişməsi, qalınlaşması və digər göstəricilər

E) Sağ mədəciyin hipertrofiyasının əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
972) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) ürəyin xroniki işemik xəstəlikləri olan xəstələrdə xroniki ürək çatışmazlığının mümkün səbəbi olan arterial hipertoniya xəstəliyini təsdiq edir?
A) Sol mədəciyin kütləsinin artması

B) Sağ mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

C) Sol mədəciyin dilatasiyasının əlamətləri

D) Mədəcikarası çəpərin yalnız bazal şöbəsinin hipertrofiyası

E) Sol mədəciyin lateral və ön şöbələrinin hipokineziyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
973) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan hipertrofik kardiomiopatiyanı təsdiqləyir?
A) Sol və sağ qulagçığın böyüməsi

B) Sol mədəciyin reqional və ya qlobal yığılma funksiyasının azalması

C) Sol mədəciyin bütün divarlarının bərabər hipertrofiyası

D) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

E) Sol mədəciyin dilatasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
974) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) diastolik xroniki ürək çatışmazlığının mümkün səbəbi olan dilatasion kardiomiopatiyanı təsdiqləyir?
A) Sol mədəciyin hipertrofiyasız dilatasiyası əlamətləri

B) Mitral qapağın ön - sistolik hərəkəti fenomeni

C) Sol mədəciyin asimmetrik hipertrofiyası əlamətləri

D) Sol mədəciyin son - sistolik və son - diastolik həcmlərinin azalması

E) Mədəciklərarası çəpərin sol mədəciyin arxa divarına 1, 3/1 münasibətindən çox olması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
975) Exokardioqrafiyanın hansı nəticəsi (qan axınının dopler müayinəsi ilə) xroniki ürək çatışmazlığının mümkün səbəbi olan mövcud ürək qüsurlarını təsdiq edir?
A) Sol mədəciyin asimmetrik hipertrofiyasının əlamətləri

B) Sag mədəciyin aritmoqen kardiomiopatiyası

C) Qapaq zədələnmələri

D) Ağ ciyər və qara ciyər venalarında qan axınının xarakteri

E) Mədəciklərarası cəpərin və zirvənin lokal hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
976) Hansı rentqenolojı qöstəricilər ağ ciyər arteriyasının arterial hipertenziyasının əlamətləri hesab olunmur?
A) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin genişlənməsi

B) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin daralması

C) Sag mədəcik ölçülərinin böyüməsi əlamətləri

D) Ağ ciyər arteriyası kötüyünün və iri şaxələrinin pulsasiyasının güclənməsi

E) Periferik arteriyaların nəzərə çarpan daralması, hansılar ki, kiçilmiş, ”kəsilmış” halda görünür
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99

977) Lovastatinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?

A) Aşağı sıxlıqlı lipoprotein reseptorlarını azaldır

B) Bağırsaqlardan öd turşusunun sorulmasını azaldır

C) Yuxarı sıxlıqlı lipoprotein səviyyəsini artırır

D) Bağırsaqlardan xolesterinin sorulmasını azaldır

E) Xolesterinin sintezini inhibə edir


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

978) Xüsusi tədqiqatlara əsasən hiperlipidemiyası olan ÜİX -li şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü uzadır?

A) Statinlər

B) Asetil salisil turşusu törəmələri

C) Nikotin turşusu

D) Fibratlar

E) Hormonlar


Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000

979) Hipertoniya xəstəliyinin birinci mərhələsi üçün hansı əlamətlər səciyyəvi deyil ?

A) Hiperkinetik sindrom üstünlük təşkil edir, EKQ -də miokardın mülayim hipertrofiyasının əlamətləri qeyd edilir

B) Hədəf orqanların zədələnməsi

C) Arterial təzyiq 140/90 mm.c. bərabərdir,və ya çoxdur, zivrə vurğusu və ürəyin sərhədləri dəyişilməyib

D) Əsasən fəsadlaşmamış hipertonik krizlərin baş verməsi

E) Ürəyin I tonunun güclənməsi


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 566-638
980) Ağciyər hipertenziyasının müalicəsində ağciyər damarlarının relaksasiya məqsədi ilə hansı qrup dərmanlardan istifadə etmək lazımdır?

A) nitratlar

B) diuretiklər

C) Ca-kanallarının antaqonistləri

D) angiotenzinçevirici fermentin inhibitorları

E) beta-adrenoblokatorlar


Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний. 2006, том. VI.

981) EXOKQ zamanı sol mədəciyin son - diastolik ölcüləri neçədir?

A) 34 - 42 mm

B) 23 - 43 mm

C) 38 - 56mm

D) 25 - 38 mm

E) 34 - 45 mm


Ədəbiyyat: H. Feiqenbaum ”Руководство по эхокардиографии", 5 издание, издательство Вивар, 1999.
982) Qeyri-selektiv β-adrenoblokatorların təyini üçün mütləq əks göstəriş hansıdır?

A) Sinus taxikardiyası

B) Ürək çatışmazlığı

C) Gərginlik stenokardiyası

D) Bronxial astma

E) Sinus aritmiyası


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
983) Yüksək dozalarda selektiv β-adrenoblokatorlar necə təsir göstərir?

A) α1-adrenoreseptorlarına təsir edirlər

B) Yalnız β 2-adrenoreseptorlara təsir edir

C) Yalnız β -adrenoreseptorlara təsir edir

D) Vazodilatator effektinə malikdirlər

E) Hər iki β1 və β2-adrenoreseptorlara təsir edirlər


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
984) Qeyri-selektiv β-adrenoblokatorlar necə təsir göstərirlər?

A) β1 –adrenoreseptorları blokada edir, α2-adrenoreseptorları aktivləşdirirlər

B) α və β adrenoreseptorlara təsir edirlər

C) Heç bir cavab düzgün deyil

D) -adrenoreseptorları blokada edir, β1 –adrenoreseptorları aktivləşdirirlər

E) Hər iki β1 və β2-adrenoreseptorları blokada edirlər


Ədəbiyyat: Клиническая фармакология, Д.Р.Лоуренс, П.Н.Бенитт. Под редакцией проф. В.И.Метелицы, Том I и II, Москва «Медицина» 1993.
985) Aşağıda sadalanan β-blokatorlardan hansıları selektivdir?

A) Nebivolol, propranolol, atenolol

B) Bisoprolol, propranolol, nadolol

C) Bisoprolol, nebivolol, esmolol

D) Esmolol, nadolol

E) Nadolol, propranolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
986) Qeyri-selektiv β-adrenoblokatorlar hansılardır?

A) Propranolol, metaprolol, bisoprolol

B) Karvedilol, nadolol, nebivalol

C) Metaprolol, atenolol, bisoprolol, nadolol

D) Sotalol, nadolol, propranolol

E) Esmolol, metaprolol, nadolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
987) Hansı β-blokatorlar vazodilatasiya effektinə malikdirlər?

A) Karvedilol, labetalol, nebivalol

B) Atenolol, nebivalol, metaprolol

C) Nadolol, propranolol, atenolol

D) Karvedilol, nebivalol, bisoprolol

E) Propranolol, metaprolol, atenolol


Ədəbiyyat: Pациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
988) Qeyri-selektiv ən uzun müddətli təsir göstərən β-blokator hansıdır?

A) Nebivolol

B) Propranolol

C) Metaprolol

D) Nadolol

E) Bisoprolol


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
989) Qeyri-selektiv ən qısa təsirli β-blokator hansıdır?

A) Nadolol

B) Betaksolol

C) Bisoprolol

D) Propranolol

E) Karvedilol


Ədəbiyyat: Pациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
990) β-adrenoblokatorların yanaşı təsiri hansılardır?

A) AV-blokada, hiperqlikemiya, taxikardiya

B) Taxikardiya, QT-uzanma sindromu, bronxospazm

C) Bronxospazm, AV-blokada, Reyno sindromunun kəskinləşməsi

D) Atma fraksiyasının azalması, bronxodilatasiya

E) Qəbizlik, yuxusuzluq, hipertenziya


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
991) Kalium saxlayıcı diuretiklərin yanaşı təsirləri hansılardır?

A) Ginekomastiya, amenorreya

B) Hiperkaliyemiya, hiponatriyemiya

C) Hipokaliyemiya, hiperurikemiya

D) Hiperurikemiya, hiperqlikemiya

E) Ginekomastiya, hiperqlikemiya


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
992) Furosemidin istifadəsi hansı hallarda zəruridir?

A) Stenokardiya, şəkərli diabet

B) Şəkərli diabet, arterial hipertenziya

C) Arterial hipertenziya, qara ciyərin sirrozu

D) Arterial hipertenziya, xroniki ağciyər çatışmazlığı, nefrotik sindrom

E) Kəskin ürək çatışmazlığı, xroniki ürək çatışmazlığı, nefrotik sindrom


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
993) Hidroxlortiazidin istifadəsi üçün göstərişlər hansılardır?

A) Kəskin sol mədəcik çatışmazlığı, nefrotik sindrom

B) Ağciyər-ürək çatışmazlığı, qara ciyərin sirrozu

C) Xroniki ürək və böyrək çatışmazlığı, dislipidemiya

D) Nefrotik sindrom və şəkərli diabet

E) Essensial arterial hipertenziya, xroniki ürək çatışmazlığı


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
994) Aldosteronun antaqonistlərinin istifadəsinə göstərişlər hansılardır?

A) Xroniki böyrək çatışmazlığı

B) Kəskin ürək çatışmazlığı

C) Xroniki ürək çatışmazlığı

D) Arterial hipertenziya

E) Xroniki ağciyər çatışmazlığı


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
995) Gərginlik stenokardiyalı və keçirilmiş miokard infarktlı xəstələrdə hansı dərmanların faydası subutedici təbabət əsasında sübut olunmuşdur?

A) β-adrenoblokatorlar, Ca-antaqonistlər, nitratlar, metabolik dərmanlar

B) Antioksidantlar, metabolik dərmanlar (preduktal, riboksin)

C) Qeyri-selektiv β-blokatorlar (propranolol), kardioselektiv β-blokatorlar (atenolol, metaprolol), kalsiy antaqonistləri (diltiazem, verapamil), dezaqreqantlar (aspirin, plaviks)

D) Antiaqreqantlar, vitaminlər, antioksidantlar, metabolik dərmanlar

E) Nitratlar, metabolik preparatlar, β-blokatorlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
996) Stenokardiyalı xəstələrdə amlodipinin effektiv sutkalıq dozası hansıdır?

A) 2,5-10 mq

B) 5-7,5 mq

C) 5-10 mq

D) 2,5-5 mq

E) 10-20 mq


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005
997) Arterial hipertenziya ilə yanaşı stenokardiya zamanı preparatların seçim kombinasiyası hansılardır?

A) β-blokatorlar və Ca-antaqonistlər

B) Ca antaqonistlər və AÇF-inhibitorları

C) AÇF-inhibitorları və β-blokatorlar

D) β-blokatorlar və nitratlar

E) AÇF-inhibitorlar və nitratlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
998) Stenokardiya ilə yanaşı xroniki obstruktiv bronxit olduqda aşagıda sadalanan dərmanlardan seçim preparatı hansıdır?

A) Nitratlar

B) Ca antaqonistlər

C) AÇF-inhibitorları

D) Angiotenzin II reseptorlarının inhibitorları

E) β-blokatorlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей
999) Stenokardiya və şəkərli diabet tip 1 xəstələrində aşagıda sadalanan dərmanlardan hansına üstünlük verilir?

A) Qlükokortikosteroidlərə

B) β-adrenoblokatorlara

C) Ca antaqonistlərinə

D) α-adrenoblokatorlara

E) AÇF (angiotenzin çevirici ferment) inhibitorlarına


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1000) Xroniki durğunluq ürək çatışmazlığı zamanı hansı dərmanlara üstünlük verilir?

A) Dihidropiridin qrupu kalsium antaqonistəri, nitratlar

B) Ca - antaqonistlər, qeyri - selektiv β-blokatorlar

C) Selektiv β - adrenoblokatorlar, nitratlar

D) Verapamil, diltiazem

E) α - adrenoblokatorlar


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1001) Kəskin koronar sindrom zamanı ağrını aradan götürmək üçün hansı halda morfin inyeksiyasından istifadə olunmalıdır?

A) Əks göstəriş yoxdursa kəskin ağrı, ağrı ilə yanaşı ağciyər ödemi, narahatıq çox olduqda

B) Xəstədə prostat vəzin adenoması olduqda

C) Beyin daxili hepertenziya olduqda

D) Xəstə çoxyaşlı olduqda

E) Xəstədə qlaukoma olduqda


Ədəbiyyat: Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний, Том VI. Под общей редакцией Е.И.Чазова, Ю.Н.Беленкова, Москва, Издательство «Литтерра» 2005.
1002) Kəskin koronar sindromda hansı β-blokatorların faydası subutedici təbabət prinsiplərilə sübut olunmamışdır?

A) Asebutalol

B) Metaprolol

C) Atenolol

D) Nadolol

E) Bisoprolol


Ədəbiyyat: Клиническая фармакология, Д.Р.Лоуренс, П.Н.Бенитт. Под редакцией проф. В.И.Метелицы, Том I и II, Москва «Медицина» 1993.
1003) Kəskin koronar sindrom zamanı β-blokatorların istifadəsinə göstəriş nədir?

A) Sol mədəciyin sistolik , diastolik funksiyaları normal olan kəskin ürək çatışmazlığlı və reflektor sinus taxikardiyalı xəstələr

B) Tez-tez " Prinsmetal stenokardiyası " tutmaları və sol mədəciyin sistolik funksiyasının normal olması

C) Sol mədəciyin sistolik funksiyasının normal olması

D) Sol mədəciyin diastolik funksiyasının normal olması

E) Sol mədəciyin sistolik funksiyasının aşağı olması


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 490. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi " Kəskin Koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol " Bakı-2012, səh-29
Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin