Kardiologiya


) Hansı dəyişiklik hipovolemiyanın xüsusi hemodinamik əlaməti sayılmır? (AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi)



Yüklə 431,39 Kb.
səhifə331/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   327   328   329   330   331   332   333   334   ...   679
701) Hansı dəyişiklik hipovolemiyanın xüsusi hemodinamik əlaməti sayılmır? (AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi).
A) Mərkəzi venoz təzyiqin aşağı göstəriciləri (5 mm su süt. - dan az)

B) Auskultasiyada protodiastolik qalop ritminin eşidilməməsi

C) AAPT - nın aşağı düşməsi (9 mm c. süt. - dan az)

D) Ürək indeksinin aşağı düşməsi (1, 8 - 2, 0 l/dəq./m2 - dan az)

E) Sol mədəciyin dilatasiyası əlamətləri və auskultasiyada presistolik qalop ritminin eşidilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 564.
702) Kəskin sol mədəcik çatışmazlığı və davamlı arterial hipotenziya ilə fəsadlaşmış (kardiogen şok) miokard infarktlı xəstələrdə tam hemodinamik monitorinq aparmaq üçün hansı invaziv metoddan istifadə oluna bilər?
A) daxili vidaci venanın (arxa girişlə)

B) ürəyin sağ şöbəsinin (Svan –Hans kateteri ilə) və arterial kateterin quraşdırılması ilə

C) körpücükaltı venanın Seldinqer metodu ilə qoyulması və davamlı oksigenləşmə

D) körpücükaltı venanın (körpücüküstü girişlə)

E) daxili vidaci venanın (mərkəzi girişlə)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
703) Əgər kəskin sol mədəcik çatışmazlığı və kardiogen şokla fəsadlaşmış miokard infarktlı xəstələrdə arterial kateterin qoyulması mümkün deyilsə, onda hansı göstəricilərin təyininin əhəmiyyəti yoxdur?
A) Xəstənin ağırlıq dərəcəsinin, tənəffüs hərəkətlərinin sayının, ürək vurğularının sayının, ağciyərlərdə qan durğunluğunun auskultativ əlamətlərinin və periferik hipoperfuziyanın təzahürünün

B) Ritis koeffisentinin (əmsalın) ölçüsünün

C) Dinamik exokardioqrafik müayinələri nəticələrinin

D) Saatlıq diurezin miqdarının

E) Sistem arterial təzyiqinin və mərkəzi venoz təzyiqinin həddinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
704) Əgər kəskin sol mədəcik çatışmazlığı olan xəstədə sistolik AT normal və ya azacıq aşağıdırsa (100 - 110 mm c. süt. yuxarı), agciyər arteriyasında diastolik təzyiq (və ya AAPT) 18 - 20 mm c. süt. təşkil edirsə, boğulma və agciyərlər üzərində yaş xırıltılar müşahidə olunursa, lakin Üİ və MVT dəyişməsibsə və periferik hipoperfuziya əlamətləri yoxdursa, onda bu hal hansı hemodinamik tipə aiddir? (AT - arterial təzyiq, AAPT - agciyər arteriyasının pərçimləmə təzyiqi, Üİ - ürək indeksi, MVT - mərkəzi venoz təzyiq).
A) hipokinetik

B) durğunluq

C) hipovolemik

D) eukinetik

E) hiperkinetik
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
705) Ürək indeksi və MVT dəyişmədiyi halda, miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığının durğunluq hemodinamik tipində hansı müaliçə tədbirinin istifadəsi o qədər də vacib hesab olunmur? (MVT - mərkəzi venoz təzyiq).
A) morfin

B) nitroqliserin və ya natrium nitropussid

C) oksigen terapiyası

D) dobutamin

E) furosemid
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin