Kardiologiya



Yüklə 431,39 Kb.
səhifə330/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   326   327   328   329   330   331   332   333   ...   679
696) Kiçik qan dövranında durğunluğun baş verməsini təyin edən və çox vaxt sol mədəciyin dolma təzyiqinə uyğun gələn hansı hemodinamik göstərici əsas parametr hesab olunur?
A) ağciyər arteriyasının pərçimlənmə təzyiqi

B) sol mədəciyin atım fraksiyası

C) ürək indeksi

D) arterial təzyiq

E) mərkəzi venoz təzyiq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 554
697) Ağciyər arteriyasının pərçimlənmə təzyiqi sol mədəcik çatışmazlığı olan pasientlərdə nəyi əks etdirir?
A) mərkəzi venoz təzyiqin həddini və sağ mədəciyin qlobal sistolik disfunksiyasını

B) sol mədəciyin son sistolik həcmini və dilatasiya dərəcəsini

C) horizontal vəziyyətdə yuxarı boş venada hidrostatik təzyiqi

D) mərkəzi venoz təzyiqi

E) ağ ciyər - kapillyar axının vəziyyətini və ağciyər ödeminin baş vermə riskini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 554.
698) Miokard infarktlı xəstələrdə hansi klinik vəziyyətlərdə ürəyin sol şöbələrinin və aortanın kateterizasiyası göstəriş deyil (yanaşı ürəyin sağ şöbəsinə də kateterin qoyulmasıyla)? (ÜVS –ürək vurqularının sayı).
A) sağ mədəciyin miokard infarktına şübhə olduqda

B) mədəciklər arası çəpərin cırılması olan kəskin miokard infarktlı xəstələrdə

C) ürək və/və ya damar çatışmazlığı ilə müşaiyət olunan uzun müddətli supraventrikulyar taxikardiyalarda (ÜVS – dəq.120 - 150)

D) sol mədəciyin ön - çəpər miokard infarktında

E) kəskin miokard infarktın gedişini ağırlaşdıran arterial təzyiqin nəzərəçarpan yüksəlməsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 555 - 556
699) Hansı dəyişiklik hipokinetik tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov şərik müəllif., 1989 il., modifikasiyası)? (Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi).
A) Oliqouriya (30 ml/saat az)

B) Üİ - 3, 0 L/dəq./m2 - dan çox

C) AAPT yüksəlmişdir - 20 - 22 mm c.süt - dan böyük və ya bərabərdir

D) Dəri örtüyü və selikli qişalar kəskin avazımış, hətta göyərmişdir

E) Orqanların periferik hipoperfuziyası əlamətləri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563
700) Hipovolemik tip hemodinamikalı kəskin miokard infarktlı xəstələrdə hansı dəyişikliklər qeyd olunmur (V.Q. Popov şərik müəllif., 1989 il., modifikasiyası)? (MVT - mərkəzi venoz təzyiq, AT - arterial təzyiq).
A) Sistolik AT - nın 90 mm c.süt. - dan və nəbz təzyiqin 30 mm c.süt - dan aşağı olması

B) MVT - nın 5 sm su. süt. - dan az, tonusdan düşmüş periferik venalar və taxikardiyanın olması

C) Ağciyər üzərində yaş xırıltılar və diqər durğunluq əlamətlərinin olması

D) Psixiki pozğunluqlar: oyanıqlıq, huşun qaranlıqlaşması, karlaşması

E) Ağciyər arteriyasında diastolik təzyiqin enməsi (9 mm c. süt. - dan az)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin