1270) Sinus taxikardiyasının intrakardial formasının daha tez - tez rast gəlinən səbəbləri hansı xəstəlik hesab olunmur?
A) hipotireoz
B) miokardın infarktı
C) kəskin miokardit
D) ağır stenokardik tutması olan ürəyin işemik xəstəliyi
E) xroniki ürək çatışmazlığı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1271) Sinoatrial düyünə toksik təsirin və ya parasimpatik aktivliyin üstünlüyü hesabına yaranan ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə nə aid deyil?
A) kəllədaxili təzyiqin artması
B) tənəffüs çatışmazlığı
C) β-adrenoblokatorların artıq dozada istifadəsi
D) hipotireoz
E) ürək qlikozidlərinin artıq dozada istifadəsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1272) Ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı pozğunluqlar aid deyil?
A) hiperkalsiemiya
B) metabolik alkaloz
C) miokardın infarktı
D) hipotermiya
E) obturasion sarılıq
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, 203 - 204
Dostları ilə paylaş: |