1276) Keçiriciliyin pozulması ilə baş verən aritmiyalara aid deyil:
A) atrioventrikulyar blokada
B) sinoatrial blokada
C) aparıcı supraventrikulyar ritmin miqrasiyası
D) qulaqcıq daxili (qulaqcıqlararası) blokada
E) monofassikulyar mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 201
1277) Hansı aritmiya keçiriciliyin pozulmasına aid deyil?
A) WPW sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)
B) Sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)
C) İkişaxəli mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)
D) PQ intervalının qısalma sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)
E) Mədəciklərin asistoliyası
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.202
1278) Nəzərəçarpan sinus taxikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) RS - T seqmentinin çəp qalxan depressiyası (lakin izoxətdən aşağı 1, 0 mm - dən çox olmayaraq)
B) P dişinin formasının və qütbünün bir aparmadan digərinə doğru yavaş - yavaş dəyişməsi
C) T dişinin amplitudasının artması və ya azalması
D) P - Q(R) intervalının qısalması (lakin 0, 12 san az olmayaraq) və QT interval müddətinin qısalması
E) PI, PII, PaVF - ın amplitudalarının artması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
Dostları ilə paylaş: |