1294) Atrioventrikulyar proksimal III dərəcəli blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Mədəcik yığılmalarının sayı dəq. 40 - 60 arasında tərəddüd edir
B) Tam əlaqəsiz qulaqcıq və mədəcik ritmləri (atrioventrikulyar dissosiasiya)
C) Р - Р və R - R intervalları daimidir, lakin R - R Р - Р - dən böyükdür
D) QRS mədəcik kompleksləri denişlənməyib, ensizdir
E) QRS mədəcik komplekslərinin genişlənməsi və deformasiyaya uğraması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.248
1295) Hiss dəstəsinin sağ ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil.
A) Sol döş (V5, V6) və I, aVL aparmalarında genişlənmiş, çox vaxt diş - diş olmuş S dişini olması
B) М - şəkilli görünüş almış QRS kompleksi, eyni zamanda R' > r şəklində olması
C) V1 (bəzən III) aparmasında RS - T seqmentinin depressiyası və mənfi və ya ikifazalı (–+) asimmetrik Т dişinin olması
D) QRS kompleksinin davamiyyətinin 0, 11 san qədər cüzi artması
E) V1, V2 - sağ döş aparmalarında (bəzən III və aVF - da) rSR' və ya rsR' tipli QRS kompleksi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.254
Dostları ilə paylaş: |