KAŞ valideynləRİm biLƏYDİ! (Valideynlər üçün)



Yüklə 2,16 Mb.
səhifə33/39
tarix22.04.2017
ölçüsü2,16 Mb.
#15238
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

Sual: Körpə ilə ata arasında hər hansı bioloji əlaqə varmı? 16

Cavab: Bəli, belə bir əlaqə var. Çünki körpə atanın genlərini daşıyır. Körpədə müşahidə edilən əksər xüsusiyyətlər ataya məxsusdur. Bu oxşarlıqlar onların arasındakı əlaqəni asanlaşdırır. Körpənin inkişafının atanı qəlbən sevindirməsi uyğun bioloji rabitədən danışır. Əksər atalar nəsil imtiyazlarını daşıya biləcək övlad arzulayırlar. Elə bu səbəbdən də əksər atalar ilk körpənin oğlan olmasını arzulayırlar. Ataların öz övladına “mənim balam” deyə müraciət etməsinin kökləri yalnız psixoloqlara aydındır. 16

Sual: Körpənin geyim və qidalanması ilə ata məşğul ola bilərmi? 16

Cavab: Əlbəttə ki! Ata körpəsinə qulluq etməli və bu işə hələ doğuşdan əvvəl başlamalıdır. Mən öz yoldaşına kömək edən, onu bir çox işlərdə əvəz edən kişiləri çox görmüşəm. Belə atalar öz körpəsinə daha yaxın olur. Valideynlərin həmfikirliyi, normal doğuş üçün ərin əlindən gələni əsirgəməməsi atanı körpəyə daha çox bağlayır. Bu insanlar ata olmaqdan ləzzət və iftixar duyurlar. 16

Adət-ən`ənəyə görə, atanın körpəyə qulluğu gözlənilmir. Məhz bu səbəbdən də bir çox kişilər atalıq ləzzətindən məhrum olurlar. Hamıya elə gəlir ki, atanın vəzifəsi ailənin ehtiyaclarını ödəmək və övladları tərbiyə etməkdir. Kaş, gələcək nəsillər atadan körpəyə qayğı da umaydı. Belə bir dəyişiklik körpələrə xeyir gətirərdi. 16

Mənim fikrimcə, atanın körpəyə qulluğunun böyük əhəmiyyəti var. Bu iş körpənin psixoloji durumunu yaxşılaşdırmaqla yanaşı, işi ağır olan ananın ərindən razılığının səbəblərindəndir. Ana hiss edir ki, o, tək deyil və bir çox narahatlıqlar təbii şəkildə aradan qalxır. 16

Sual: Övladımı başqasına tapşıra bilərəmmi? Bu iş körpəyə zərər vurarmı? 17

Cavab: Körpəni bir şərtlə başqasına tapşırmaq olar ki, həmin şəxs məs`uliyyət hiss etmiş olsun, körpənin fiziki və psixoloji sağlamlığı qayğısına qalsın, onun hisslərini təhrik etsin. Zənnimcə, arabir körpədən uzaqlaşmaq lazımdır. Körpə üçün arabir başqaları ilə qalmaq faydalıdır. Bu ayrılığın müddəti körpənin yaşından və körpənin onunla qalmış adama münasibətindən asılıdır. 17

Sual: Körpəyə qulluğu kimə tapşırmaq olar? 17

Cavab: Körpənin fiziki ehtiyaclarını, demək olar ki, hamı tə`min edə bilər. Bizi daha çox körpənin psixoloji ehtiyacları narahat edir. Çünki psixoloji ehtiyaclar inkişaf zamanı körpənin şəxsiyyətinə daha çox tə`sir edir. Uşaq üçün seçilmiş dayə səmimi, ağıllı, təcrübəli, mehriban və ən mühümü körpəyə dost olmalıdır. Bu xüsusiyyətlərə malik insanı tanımaq çətin deyil. Yaxşı olar ki, dayəliyə yaramayan adamlar haqqında danışaq. Təmizlik məsələsində həddi aşıb ifrata varan adamlardan çəkinmək lazımdır. Çünki belə adamlar təmizliyi körpənin ruhi rahatlığından üstün tuturlar. Məsələn, sizə hakim olmaq istəyən nənələr üçün çox vaxt ana-övlad əlaqəsi mühüm görünmür. Qəmgin və zəif iradəli insanlar körpənin hisslərini lazımınca təhrik edə bilmir. Geniş dünyagörüşü, təcrübəsi, bu sahədə lazımınca mə`lumatı olanlar uyğun iş üçün heç də ən münasib hesab olunmur. 17

Dayə seçimində əsas me`yar sizin şəxsi hisslərinizdir. İlk aylarda körpəsini özü saxlamış və bu körpənin ehtiyaclarından xəbərdar analar münasib adamı asanlıqla tanıya bilirlər. Onlar hiss edirlər ki, nə vaxt və hansı müddətə körpəni başqasına tapşırmaq olar. Siz hiss edə bilərsiniz ki, körpəni e`tibar edəcəyiniz şəxs onun rahatlığını tə`min edə bilər, yoxsa yox. Ən mühüm nöqtə körpənin həmin şəxsə münasibətidir. Bütün uşaqcanlı adamlar körpələrdə xoş hisslər yaradır. Əksinə, körpələr uşaqcanlı olmayanlara mənfi reaksiya göstərirlər. Əgər körpəni tapşıracağınız şəxsə körpənin münasibəti şübhə doğurursa, bu şübhələrə biganə qalmayın. 17

Sual: Körpə öz valideynini ona qulluq edən başqalarından seçə bilirmi? 18

Cavab: Bəli, körpə onu ağuşuna alan, ona süd verən ananın səsinə, hətta qoxusuna adət edir. Körpə öz valideynini başqalarından çox tez fərqləndirir. Bə`zi körpələr dörd-beş aylığında, bə`ziləri isə daha tez valideynini tanıyır. 18

Unutmaq olmaz ki, ananın doğuşdan sonra körpədən müəyyən müddət uzaq düşməsi körpənin bu hissini puça çıxara bilər. Əgər körpəni gündə bir adam saxlasa, əlbəttə ki, o öz valideyninə yaxşı baxmayacaq. Bu məsələyə diqqətli olmaq lazımdır. Körpənin öz ata-anasını tanıması çox mühümdür. İlkin dönəmlərdəki valideyn-övlad münasibətləri körpənin gələcəkdə başqaları ilə münasibətlərinin əsasını təşkil edir. Uşaqlıqda valideynini yaxşı tanımayan körpələr gələcəkdə başqaları ilə münasibət qurmaqda çətinlik çəkirlər. 18

Sual: Uzun ayrılıqda valideyn-övlad münasibətləri üçün zərərlidirmi? 18

Cavab: Sözsüz ki, ayrılıq körpədə tə’sir qoyur. Amma bu tə`sirin dərəcəsi körpənin yaşından asılıdır. Müşahidələr göstərir ki, ilk iki ildə körpədən bir gecə ayrılmaq əsaslı çətinliklər yaradır. Mütəxəssislərin fikrincə bu yaşda valideyndən uzaq düşən körpənin yuxusu pozulur. 18

Bə`ziləri elə düşünürlər ki, körpə bu ayrılığı hiss etmir. Amma bu yanlış təsəvvürdür. Kiçik körpədə çox gizli qavrayış hissləri mövcuddur. Körpə dərk edə bilmir ki, siz onu tərk etdikdən sonra hökmən qayıdacaqsınız. Onun düşüncəsinə görə, görmədiyi insan artıq yoxdur. Sizin görünüb-görünməməyiniz onun üçün mühümdür. Nə qədər ki, körpənin təsəvvüründə “indi” və “sonra” anlayışlarının fərqi yoxdur, onu ayrılığa hazırlaya bilməzsiniz. Körpə bu məsələni anlayanadək onu bir gecə belə tək qoymaq xoşagəlməzdir. Çünki o bütün ayrılıqları həmişəlik bilir. Uzun ayrılıq onu qorxudur və o elə zənn edir ki, siz artıq mövcud deyilsiniz. Bu hiss körpəyə əzab verir. 18

Sual: Demək, mən heç vaxt körpəmdən ayrıla bilmərəm? 18

Cavab: Aydındır ki, siz alış-veriş üçün evdən çıxmalı, müxtəlif ehtiyaclarınızı ödəmək üçün körpənizdən uzaqlaşmalısınız. Amma bu ayrılıq uzun çəkməməlidir. Çünki sizinlə olmağa adət etmiş körpə ondan ayrıldığınız vaxt darıxır. Başqaları ilə qalmağa vərdiş etmiş körpə üçün valideynlə olmaq bir o qədər də fərq etmir. Məşğul ana üçün bu hal çox münasibdir. Amma belə analar körpəsi ilə yaxın bağlılıqdan məhrum olurlar. 19

Siz uşaqla gizlənqaç oynadığınız vaxt onun sizi tapa bilməməsindən necə iztirab keçirdiyinə diqqət edin. Yəqin ki, bu oyun sizə ləzzət verir. Sizi tapa bilməyən körpə mə`yus olur. Diqqət edin ki, o sizi tapdığı vaxt necə ürəkdən qəhqəhə çəkir. O, sizi itirdiyi vaxt inanmır ki, bir daha tapa biləcək. Amma siz qəfildən peyda olduqda onun sevinci yerə-göyə sığmır. Bu oyun körpəyə öyrədir ki, valideyn gözə görünmürsə də, o var və tezliklə görünəcək. 19

Körpənizdən ayrılmamağınızı tövsiyə etmək asandır. Amma, çətin ki, kimsə bu tövsiyəyə əməl edə bilsin. Amma unutmamalısınız ki, körpəni uzun müddət tərk etməyiniz xoşagəlməzdir. 19

Sual: Körpəni zəruri ayrılığa necə hazırlamaq olar? 19

Cavab: Körpənin daimi yaxınlığa ehtiyac duyduğu dövrdə harasa getməyə məcbur olduğunuz vaxt onu evdə qoymağınız yaxşıdır. Bundan əlavə, onu tanıdığı adamla qoymaq məsləhətdir. Sizinlə çox vaxt bir yerdə olan adam bu iş üçün daha münasibdir. Körpəni hansısa tanışın evində qoyduqda tanımadığı mühit onu daha çox sıxa bilər. Şəraitlər müxtəlif olduğu üçün qəti bir söz demək çətindir. Məsələn, ola bilər ki, körpə tanıdığı adamla başqa bir evdə özünü daha rahat hiss etsin. Əlbəttə ki, bu hal körpənin öz evinizdə tanımadığı adamla qalmasından daha yaxşıdır. 19

Əgər uşaq dil açıb danışırsa və deyilən sözləri başa düşürsə onu bir həftə əvvəldən söhbət vasitəsi ilə qarşıdakı səfərə hazırlamaq olar. Körpə kiminlə qalacağını və nə vaxt qayıdacağınızı bilərsə daha rahat olar. Sözsüz ki, xoşladığı adamla qalacağını bilən körpə bir o qədər də narahat olmur. Hətta o bu ayrılıqdan ləzzət də ala bilər. Amma uşaq xoşlamadığı adamla qalarsa və bu adam onun ehtiyaclarını tə`min etmək iqtidarında olmazsa körpənin narahatlığı labüddür. 19

Sual: İmkan varsa, körpəni özümlə aparmağım vacibdir? 20

Cavab: Bəli, məsləhət görürəm ki, imkan varsa, körpənizi özünüzlə aparın. Valideyni ilə birlikdə gəzib, təzə mənzərələr görən, yeni səslər eşidən körpə müxtəlif yerlərə və şəraitlərə adət edir. Hətta bir neçə aylıq körpə müxtəlif şəraitlərə adət edə bilir. Körpəlikdə müxtəlif mühitlər görən uşaq gələcəkdə də fərqli şəraitlərə dözümlü olur. Məsələn, tam sakitlikdə yatmağa adət etmiş körpə kiçik bir səsdən oyanır. Demək, körpəni özünüzlə aparmağınız onu narahatlıqdan qurtarmaqla yanaşı, ona qiymətli təcrübələr də qazandırır. 20

Amma özünüzlə apardığınız körpənin tamamilə yad bir mühitdə yad adamlarla qoymağa məcbur olacaqsınızsa, onu evdə qoyub getməyiniz daha yaxşıdır. Özünüzlə götürdüyünüz körpəni yad mühitdə tək qoymağa məcbur olduqda onu əvvəlcə həmin mühit və ona nəzarət edəcək şəxslə tanış etməlisiniz. Qoy bu söhbətlər sizi çaşdırmasın. Mən, sadəcə, körpəni özünüzlə götürməyin faydalı və zərərli cəhətlərini nəzərinizə çatdırmaq istədim. Körpəni tərk etməzdən qabaq müəyyən qədər vaxt sərf edib, onu yeni mühit və yeni adamlarla tanış etmək zəruridir. 20

Sual: Dayə haqqında fikriniz nədir? 20

Cavab: Maraqlıdır ki, avtomobil çilingəri axtaranlar dayə axtaranlardan daha ehtiyatlı hərəkət edirlər. Hansı ki, körpəyə pis dayə seçilərsə, bütöv bir cəmiyyətə güclü zərbə vurulmuş olar. Gələcək nəslin mədəniyyəti bu günkü körpələrə münasibətdən çox asılıdır. Bə`ziləri belə hesab edirlər ki, dayə seçimi bir o qədər də əhəmiyyətli deyil. Amma mənim qəti qənaətim budur ki, dayəliyə kimi gəldi qəbul etmək olmaz. Bə`zi dayələr bu işdə fövqəladə bilik və iste`dada malik olduğu halda, çox dayələr uyğun sahədən xəbərsizdirlər. Körpənin saatlarla ağlamasına məhəl qoymayan dayələr var. Hələ mən körpənin oyuna olan ehtiyacına laqeydlikdən danışmıram. Əgər körpə bir dayədən qorxursa, həmin dayəyə ikinci dəfə uşaq tapşırmaq olmaz. Hətta körpəni onun qorxduğu yaxın adamla təklikdə qoymaq zərərlidir. 20

Sual: Münasib dayəni necə seçmək olar? 21

Cavab: Uşaqcanlı, körpənin qəlbinə yatan dayə tapdıqdan sonra ona tapşırmalısınız ki, siz evdən çıxmazdan bir qədər əvvəl sizə gəlsin. Körpənin dayə ilə tanış olması üçün bir saata qədər vaxta ehtiyac var. Dayəliyə tanış adam seçsəniz daha yaxşı olar. Tanış tapılmasa, bir müddət təzə dayə ilə birlikdə uşaqla olun. Qoy, uşaq hiss etsin ki, dayə sizə yaxın adamdır. Ümumiyyətlə, körpə istənilən bir adamla tanış olarkən sizin orada olmağınız daha münasibdir. Ən azı ona görə ki, körpə həmin şəxsdən qorxarsa, siz onu sakitləşdirərsiniz. Unutmayın ki, körpənin hər hansı bir şəxsə münasibəti sizin həmin şəxsə münasibətiniz əsasında formalaşa bilər. Əgər körpə əmin olsa ki, siz müəyyən bir şəxsi bəyənirsiniz, çox ehtimal, o da həmin şəxsi bəyənəcək. 21

Bəzi valideynlər evdən çıxmağa tam hazırlaşdıqdan sonra dayəni qəbul edib, heç bir tanışlıqsız körpəni ona e`tibar edirlər. Bu hal sizin körpəniz üçün çox ağrılıdır və o, dayəni birbaşa sevinclə qəbul edə bilmir. Hətta bə`zi valideynlər evdən çıxmazdan əvvəl uşağı yatırtmağa çalışırlar ki, o, valideynin gedişini hiss etməsin. Bu çox pis haldır. Əgər körpə siz qayıdanadək oyanıb, evdə yad adam görərsə, çox narahat olar. Körpə elə anlaya bilər ki, yatmaq sizdən ayrılmaq deməkdir. Bu körpə növbəti dəfə yatmaqdan qorxa bilər. Körpənin belə reaksiyası tam məntiqidir və müşahidələr bu həqiqəti təsdiqləyir. 21

Sual: Körpənin uşaq bağçasına verilməsinə münasibətiniz necədir? 21

Cavab: Gündüzlər uşaqları himayəyə götürən bağçalar həm yaxşı ola bilər, həm də pis. Bu mərkəzlərdə körpələr qrup şəklində hərəkət etdirilir, onlar üçün kollektiv oyunlar və ilkin tə`lim-tərbiyə proqramları nəzərdə tutulur. Sözsüz ki, istənilən cür nəzarət nəzarətsizlikdən yaxşıdır. Amma unutmaq olmaz ki, həmin mərkəzlərdə gün uzunu körpəyə cavabdeh olan dayələr bə`zən bu işi yetərincə bacarmırlar. 21

Çox vaxt valideynlər elə zənn edirlər ki, uşaq bağçalarına yalnız dayəliyi tam bacaran adamlar işə götürülür. Bu fikir heç də həmişə doğru olmadığından əsas məs`uliyyəti öz üzərinizə götürün. Uşaq bağçası ailəni əvəz edə bilməz. 22

Uşaq bağçalarının başqa bir mühüm xüsusiyyəti də var. Bir çox analar körpəni yıxılmaqdan, adi hadisələrdən qorumaqda ifrata varırlar. Onlar əslində körpəni ətraf aləmin qəribəliklərini anlamaqdan məhrum edirlər. Adətən, belə körpələr uşaq bağçasına daha çox maraq göstərirlər. 22

Sual: Qadın həm işləyib, həm də layiqli ana ola bilərmi? 22

Cavab: Mümkündür. Amma işləməyə məcbur olmayan, əri tərəfindən ehtiyacları ödənən qadın ən azı ilk on ayda körpəsini saxlamalıdır. Əgər bu müddət ərzində ana körpəyə qulluğu özünə yeganə vəzifə bilsə, bu qərar həm onun özü, həm də körpəsi üçün faydalıdır. Əslində, hamı gözəl başa düşür ki, körpəyə qulluq özü mühüm bir iş, peşədir. 22

Mən əminəm ki, bu dövrdə ana bütün vaxtını körpəyə sərf edib, uşaq məktəbə getdiyi zaman onunla qədərincə məşğul olarsa, övladının mə`nəvi inkişafına dəyərli sərmayə qoymuş olur. Sözsüz ki, bu sərmayədən gələcəkdə böyük faydalar götürüləsidir. Övladınızın çətinliklərə müqavimət tutumu günbəgün artır, o başqaları ilə isti münasibət qurmağı öyrənir. Unutmayın ki, bu gün övladınıza sərf etdiyiniz hər dəqiqənin əvəzini gələcəkdə neçə qat artıq alacaqsınız. Çünki düzgün tə`lim-tərbiyə nəticəsində övlad daha tez müstəqilləşəcək, öz iste`dad və imkanlarını daha tez işə salacaq. Körpəyə münasibətdə hər bir diqqətsizlik gələcəkdə qat-qat artıq diqqət tələb edəcəkdir. 22

Ananın nə vaxt fəaliyyətə başlaması onun peşəsindən, iş yerindən, dayədən, ananın iş vaxtından, analıq məs`uliyyətini yerinə yetirmək üçün imkandan asılıdır. 22

Sual: İşləyən ana üçün hər hansı bir proqram mövcuddurmu? 22

Cavab: İşləməyə məcbur olan ana vaxtını elə tənzimləməlidir ki, günorta evə gəlib körpəsini yedirə bilsin. Bu qayda körpə 2,5-3 yaşına çatanadək davam etməlidir. Kiçik fasilələrdə uşağa baş çəkmək onu tənha qoymaqdan daha yaxşıdır. Belə olsa körpə daha az narahatçılıq keçirər. Əgər ayrılıq uzun sürməsə, hətta körpə də bu ayrılığa dözə bilər. 23

Çalışdığım xəstəxananın işçilərindən biri məndən soruşdu:” Körpəm artıq on aylıqdır. Həftədə üç gün işləsəm, necə olar?” Ona tövsiyə etdim ki, əgər gündə bir neçə saat körpəsi ilə ola bilsə, həftədə beş gün də işləyə bilər. Bu həm körpə, həm də valideyn üçün çox yaxşıdır. Belə proqram şərait yaradır ki, ana körpəsini görüb, onu yedirtsin. 23

Zənnimcə, idarə və təşkilatlar evdə körpəsi olan işçiləri üçün xüsusi proqram tənzimləməlidir. Hər bir işləyən ana müəyyən fasilələrlə işdən çıxıb, körpəsi ilə görüşməli, öz analıq vəzifələrini yerinə yetirməlidir. Amma qəribədir ki, idarə və təşkilatlar öz işçilərinin ailə vəziyyətlərinə diqqət göstərmirlər. Kişilər uzunmüddətli mə`zuniyyətlərə göndərilir, parçalanmış ailənin necə görüşəcəyi barədə qətiyyən düşünülmür. Əminəm ki, idarə və təşkilatlar uyğun ehtiyacları nəzərə alsalar, ailənin psixoloji sağlamlığı nizamlanar, eləcə də, iste`falarla az rastlaşarıq. İdarə və təşkilatlar mə`zuniyyətə göndərdikləri işçinin ailə ilə bağlı xərclərini də nəzərə almalıdırlar. 23

Əgər uşaq xəstələnirsə, bu xəstəlik işləyən ana üçün problemlər yaradır. Heç bir ana xəstə körpəsini tənha qoyub işə getmir. Bunu hiss edən uşaq özünü xəstəliyə vurur ki, anasından ayrılmasın. Uşaq öz daxili ehtiyacını ödəmək istəyir. 23

Ailənin dolanışığı üçün işləməyə məcbur olan bütün analar uyğun problemlərlə üzbəüzdürlər. Tövsiyə edirəm ki, hətta işdən qalmalı olsanız belə, övladlarınızı tənha buraxmayın. 23

Sual: Ana işləməyə məcburdursa, onu kim əvəz edə bilər? 23

Cavab: Başqaları uşağınızın yanında qala bilsə də, sizi əvəz edə bilməz. Ana işləyirsə, bu iş analıq vəzifələrinin yerinə yetirilməsinə mane olmamalıdır. İşləyən analar iş rejimini elə qurmalıdırlar ki, gün ərzində bir neçə saat uşaqlarının yanında ola bilsinlər. 23

Təəssüf ki, bə`zi analar dolanışıq xərclərinin ağırlığından bütün günü işləməyə məcburdurlar. Onlar hiss və istəklərinə uyğun dayə seçməlidirlər. Ana üçün ən müqəddəs vəzifə övladının tərbiyəsidir. Bir müddət dayənin tərbiyə etdiyi uşaq yenidən ananın nəzarəti altına keçirsə, ana öz tərbiyə üsuluna üstünlük verməlidir. 24

Sual: Uşağı ata saxlaya bilərmi? 24

Cavab: Bəli! Amma maraqlıdır ki, uşaqlar haqqında yazılan əksər kitablarda atanın rolu qeyd olunmur. Beləcə, ata unudulur, onun uşağa münasibətdə funksiyaları məhdudlaşdırılır. 24

Hansı ki, atanın ailədə böyük rolu var. Ata da ana kimi ailədən ləzzət duyur. Yeni bir varlığa həyat vermək həyatın ən böyük təcrübələrindəndir. Atanın övlada tə`sir etmək, onu qorumaq, onun cəmiyyətdə yer tutmasına yardım göstərmək imkanları var. Övladın ataya məhəbbəti ata üçün misilsiz ləzzətdir. 24

Əksər atalar övladlarının xoş münasibətini müşahidə etdikdə rahatlıq tapırlar. Bu xüsusiyyət ata olmağın yalnız bir üstün cəhətidir. İnsan ata olmaqla öz uşaqlıq xatirələrini təkrarlamaq imkanı qazanır. Övladlar atalıq ləzzətini təcrübədən keçirmək üçün kişiyə verilmiş fürsətdir. Buna görə övladlara təşəkkür etmək lazımdır. Əfsus ki, bə`zi atalar bu fürsətdən yetərincə faydalanmırlar. 24

Bu xoşagəlməz hal bu günki mədəniyyətimizdən doğur. Cəmiyyətimizdə atalıq vəzifələrinə əhəmiyyət verilmir. Amma həyəcan təbili çalmağın vaxtıdır. Ana məhəbbətini dəyərli bildiyimiz kimi, ata məhəbbətini də dəyərli bilməliyik. Uşaqlar atanın məhəbbətindən, onun qucağında oynamaqdan, öpüşlərindən ləzzət alırlar. Üzümü bütün oxuculara tutub soruşuram: belə bir sevginin təbliği ilə rastlaşmısınızmı? 24

Bir sözlə, bizim cəmiyyətdə sözün əsil mə`nasında övlad atadan təcrid edilib. Guya, uşaq saxlamaq kişinin şəxsiyyətinə nöqsan gətirir. Əlbəttə ki, bu münasibət cəfəngiyyatdır. Hər bir ata övladına nəvaziş göstərməlidir. Hətta yaxşı ata azacıq ananı xatırladır. 24

Sözsüz ki, atanın vaxtı məhdud olduğu üçün o öz övladına lazımı qədər vaxt ayıra bilmir. Amma atanın az da olsa övladına ayırdığı vaxt çox dəyərlidir. Hətta az vaxt daha da şirin ola bilər. 25

Uşaq atası ilə təklikdə qalmaqdan ləzzət alır. Atanın öz övladlarını bir yerə yığıb onları gəzintiyə aparması böyük sevinc doğurur.Ümumiyyətlə, uşaqda öz valideynlərini ayrı-ayrılıqda tanımağa maraq var. 25

Sual: Atanın evdə olmaması hansı problemləri yarada bilər? 25

Cavab: Atasız uşaqlar üzərində aparılan elmi təhqiqatlar bu suala cavab verir. Müşahidələr göstərir ki, atadakı mehribanlıqla yanaşı güc və qüdrət xüsusiyyəti uşağın şəxsiyyətində daha tə`sirli olur. Qüdrətli ata tərbiyə prosesində daha müvəffəqdir. Ümumi fikir budur ki, uşağın cinsi tərbiyəsində atanın əvəzsiz rolu var. Atasız uşaq bir çox faydalı təcrübələrdən məhrumdur. 25

Araşdırmalar göstərir ki, uzun müddət ailədən uzaqlaşan ataların oğlan övladlarında qadın xüsusiyyətləri daha güclü olur. Bu xüsusiyyətlər ata evə qayıtdıqdan sonra da davam edir. Atadan ayrı yaşayan uşaqların əxlaq problemləri daha çoxdur. Onlar yalnız böyüklərlə yox, həm də öz yaşıdları ilə münasibət qurmaqda çətinlik çəkirlər. Körpəlikdə kişilik xüsusiyyətlərinin zəifliyi gələcəkdə kobud rəftara səbəb olur. 25

Maraqlıdır ki, kişilik qüdrəti zəif olan atanın evdə olub-olmaması bir o qədər də fərq etmir. Demək, söhbət fiziki üstünlükdən getmir. Bə`zən atanın evdə olmaması, evdə olub uşağa biganə qalmasından daha yaxşıdır. Hər hansı bir rolu oynaya bilməyən aktyor iste`dadlı bir aktyorun qarşısını alır. 25

Sual: Mənim övladım atasından hansı mə`lumatları toplaya bilər? 25

Cavab: Atanın öz övladına verə biləcəyi mə`lumat çoxdur. Övlad həyati dəyərlər haqqında zəruri bilikləri atadan alır. Atanın ana ilə rəftarını müşahidə edən övlad ərlik vəzifələrini öyrənir. Atanın başqa övladları ilə ünsiyyəti çox şeyi öyrədir. Əgər ailədə uşağın saxlanılmasında atanın rolu böyükdürsə, uşaq atadan bacı-qardaşlarına qulluq etməyi öyrənir. Uşaq daim sizin ona olan münasibətinizi araşdırır. Oğlan uşağı necə ata olmağı öyrənirsə, qız uşağı kişilərin necə varlıq olması ilə tanış olur. Atanın ana ilə münasibətləri qız övladın qadınlıq şəxsiyyətini formalaşdırır. 25

Övlad atanın hətta mahiyyəti qaranlıq olan xüsusiyyətlərindən də tə`sirlənir. Bə`ziləri öz ataları ilə az əlaqədə olduqlarından bu məsələyə daha çox diqqət yetirərək, öz övladlarına qarşı çox diqqətli olur və onlara kifayət qədər vaxt ayırırlar. 26

Dördüncü fəsil 27

Uşağın süddən ayrılması 27

Sual: Körpənin süddən ayrılmasının onun psixoloji inkişafı üçün əhəmiyyəti varmı? 27

Cavab: Körpənin ana döşündən və ya əmzikdən ayrılması onun öz müstəqillik yolunda atdığı ilk addımdır. Süddən ayrılmamış uşaq başqalarına bilavasitə möhtacdır. O, ayağa qalxıb özünə qida tapmaq imkanında deyil. Ona süd verilməsə məhv olar. 27

Uşaq böyüdükcə ətrafdakı əşyalara əl gəzdirərək, öz bacarığını nümayiş etdirir. Süddən ayrılmaq körpə üçün ən böyük azadlıqdır. 27

Unutmamalıyıq ki, körpənin bacardığı yeganə iş əmməkdir. Bu ehtiyac ödənmədiyi vaxt o əsəbləşir, ağlayır. 27

Süddən ayrılmaq uşaq üçün ruhi zərbə də ola bilər. Südəmər körpəyə fincandan süd içirərkən onun əmmək həvəsi ödənməmiş qala bilər. Körpəni o zaman süddən ayırmaq olar ki, o, əmməklə rahatlandığı kimi, fincandan süd içməklə də rahatlana bilsin. 27

Sual: Uşağın əmmək istəyi fitridirmi? 27

Cavab: Uşaq anadan olduğu an əmməyi bacarır və dünya ilə ilk əlaqəsini ağız vasitəsi ilə yaradır. Bu mövzuları Freyd kimi elmin dolanbaclarında özünü itirmiş yazıçıların kitablarından öyrənmək lazım deyil. Sadəcə, öz körpənizi diqqətlə müşahidə edin. Əgər barmağınızı onun ağzına salsanız (lütfən əvvəlcə əllərinizi yuyun) barmağınızın böyük bir qüvvə ilə somurulduğuna şahid olacaqsınız. O, ağzına qoyulan hər şeyi əmir. Demək, bu fitri istəkdir. Körpənin əmmə iste`dadı təvəllüddən qabaqkı dövrə də aid ola bilər. Ana bətnində barmağını somuran körpənin rentgen müşahidəsi bu fikri təsdiqləyir. 27

Sual: Əmmək istəyinin körpə üçün faydası nədir? 27

Cavab: Bu meyl hesabına körpənin ana döşündən qidalanması asanlaşır. Əmmək meyli zəif olanlar öz orqanizmlərinin tələbini ödəməkdə çətinlik çəkirlər. Təsadüfən əli üzünə toxunan uşaq dərhal ağzını açır və əlini ağzına salıb əmməyə başlayır. Demək, əmmək istəyi köklü bir reaksiyadır. Bütün başqa reaksiyalar köklü reaksiya üçün səbəb olur. Əlinizi körpənin ağzına yaxın olan bir nöqtəyə vurun. O, dərhal başını həmin nöqtəyə tərəf yönəldir. Əmmək istəyi qidalanma üçün göstərilən cəhddir. Bəşəriyyət bu fitri yaddaşlar sayəsində bu günədək sağ qalıb. 27

Sual: Körpənin döşdən süd əmməsi ilə əmzikdən əmməsi arasında fərq varmı? 28

Cavab: Əslində uşaq ilk əvvəl aclığını doyurmaq üçün yox, əmmək meylini ödəmək üçün əmməyə başlayır. Yemək istəyi sonradan formalaşır. Bə`zi uşaqlar kifayət miqdarda qidalandıqdan sonra belə, əmmək istəyir. İlk günlərdə əmməklə süd yemək arasında elə bir əlaqə müşahidə olunmur. Təcrübəyə əsasən, əmmək istəyi yeyilmiş südün miqdarı ilə əlaqədardır. Yaxşı olar ki, körpə öz əmmək istəyini boş əmziklə yox, süd yeməklə ödəsin. Yə`ni körpə əmmək istəyi ödənənə qədər süd yesə daha yaxşıdır. Əgər sizin körpəniz kifayət qədər qidalandıqdan sonra sakitləşmirsə, demək, onun əmmə ehtiyacı ödənməyib. Əgər o, əlini ağzına salıb əmirsə, onun ehtiyacını ödəmək üçün əmzikli süd butulkasından istifadə edə bilərsiniz. Körpəyə hər dəfə bir döşdən süd vermək lazımdır. Bu iş anaya narahatçılıq gətirirsə, o, xüsusi aparatla döşündəki südü sağıb, körpəsini butulkadan yedirdə bilər. 28

Bu yolda ən gözəl bələdçi körpənin rəftarıdır. Körpə doyduğunu ani bildirir. O, doyduqca süstləşir, xumarlanır. O, əmziyi buraxır, gülümsəyib yuxuya gedir. 28

Əmməyə ehtiyacı olan uşaq da öz istəyini aşkar biruzə verir. O, əsəbiləşir, əl-ayağını çırpır, rahat dayanmır. Bə`zi uşaqlar kifayət qədər qidalandıqdan sonra belə, yemək istəyirlər. 28

Sual: Əmzikdən istifadə etməyin zərəri varmı? 28

Cavab: Mən əmzikdən istifadəni məsləhət görməsəm də, onu tam rədd etmirəm. Xəstəlik və ya hər hansı başqa bir səbəbdən narahatçılıq keçirən körpəyə əmzik vermək faydalıdır. Amma yalnız ağlamasın deyə körpəyə əmzik vermək yanlış addımdır. Müşahidələrdən mə`lum olur ki, əmzikdən istifadə edən uşaqlar öz ətraflarına bir o qədər də maraq göstərmirlər. Hansı ki, uşaq ağladığı vaxt hərəkətə ehtiyac duyur və ətrafa göz gəzdirərək mə`lumat toplayır. Körpə ağlayan kimi onun ağzına əmzik qoymaq narahatçılıq keçirən yaşlı adamı ağrıkəsici ilə susdurmağa bənzəyir. Siz ağlayan körpəyə əmzik vermək əvəzinə onun narahatçılığının əsil səbəbini öyrənin. 28

Sual: Nə üçün mənim körpəm əlinə düşən hər şeyi ağzına aparır? 29


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin