Rostrumun uzunluğu başın ucundan gözün önünə qədər olan məsafədir.
Başın uzunluğu başın ucundan qəlsəmə qapağının sonuna qədər olan məsafədir.
Təyinetmə zamanı balıqların dəstələrindən asılı olaraq, digər əlamətlər də nəzərə alınır: bığların uzunluğu, qarın və anal üzgəcləri, döş və qarın üzgəcləri arasındakı məsafə və s.
Balıqların sistematikasını tərtib etmək üçün onların toplanması və işlənməsi qaydalarını bilmək lazımdır. Toplanma zamanı balıq zədələnməməli, keyfiyyətli ixtioloji material hazırlanmalıdır. Balığı fiksə etmək üçün onu tutduqdan sonra tezliklə formalin məhlulunda üfüqi vəziyyətdə yerləşdirmək, üzgəclərinin açıq qalmasını təmin etmək lazımdır. Diri balığı fiksə etdikdə, o formalin məhlulu udur və öz normal formasını saxlayır. Balığın təbii rəngini uzun müddət saxlaması üçün Dorostayski məhlulundan istifadə olunur. Məhlulu qaynar suda həll etmək lazımdır. Balığın skeleti 70%-li spirtdə saxlanılır. Son zamanlar balığın təbii rəngini saxlamaq üçün Yosida (Uoshida 1962) məhlulundan istifadə olunur. Bu məhlul balığın bədəninə yeridilir və qarın boşluğunda olan qazların çıxarılması təmin olunur. Bundan sonra balıq saxlamaq üçün fiskəedici məhlul olan qaba yerləşdirilir.
Balıqlar sinifüstlüyünü sistemləşdirərkən T.S.Rass və Q.U.Lindberq (1971) tərəfindən verilən təsnifatdan istifadə olunur:
Dostları ilə paylaş: |