Kateqoriyaların ierarxiyası, ali taksonlar


Bağırsaqboşluqlular tipi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə33/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
heyvan qisaldmis

Bağırsaqboşluqlular tipi, təyin olunma metodları


Bağırsaqboşluqlular tipinə aid olan heyvanlar sadə quruluşlu çoxhücey­rə­lilərdir. Bağır­saqboşluqlular ikili təbiətə malik hey­vanlardır. Vaxtilə Aristotel də göstər­miş­dir ki, bağırsaqboşluqluların qi­dalanması, xarici qıcıqlara cavab ver­məsi heyva­ni xüsusiyyət, sadə qu­ruluşlu olmaqla, substrata yapışaraq otu­raq həyat tərzi keçir­məsi isə bitkiyə oxşarlıq əlamətidir. Bağırsaqboşluqluların ək­sə­riyyəti ra­di­­al və ya şüalı simmetriyalı quruluşa malikdir. Yüksək inkişaf et­miş formalar­da (mərcan polip­lə­rində) ikiyansimmetriya və ya bilaterial sim­met­­­ri­ya da müşahidə olunur.

Bağırsaqboşluqluların bədəni iki qatdan ibarətdir. Xarici qatı ek­to­derma, daxili isə entoderma adlanır, hər iki qatın arasında bağır­saq­boşluqluların inki­şaf səviy­yəsindən asılı olaraq, nazik elastiki löv­hə­cik – bazal membranı (hidra­larda, də­niz hidroid poliplərində) və ya mezoqley (hidromeduzalarda, ssifome­duzalar­da, mərcan poliplərin­də) inkişaf etmişdir.

Bağırsaqboşluqlular sadə quruluşlu olsalar da onlarda çox müx­tə­lif­lik mü­şa­hidə olunur. Bu müxtəliflik əsasən mü­rək­kəb koloniyanın əmələ gəlməsi və bir-birinə oxşamayan polip və me­duza formalarının olması ilə əlaqədardır (şə­kil 52). Polip formalar kisəşəkilli olub, oturaq həyat tərzi keçirir. Meduza isə çətir və ya dairəşəkillidir və aktiv üzmək qabiliyyətinə malikdir.

Bağırsaqboşluqlular üçün səciyyəvi xüsusiyyətlərdən biri onlar­da dalayı­cı hü­ceyrələrin olmasıdır. Bu hüceyrələr bağırsaqboşluqlula­rın müdafiə olun­ma­­sında və şikarların tutulmasında iştirak edir.

Bu tipə aid olan heyvanlarda bir boşluq vardır ki, buna qastral boş­luq de­yi­lir. Bu boşluğun olmasına görə də onlara bağırsaqboşluq­lu­lar adı verilmiş­dir.

Bağırsaqboşluqluların həzm sistemi sadə quruluşlu olub, ağız ad­lanan də­liklə başlanır. Ağız qastral boşluğa açılır. Qida qastral boş­luq­da həzm olunur. Bu­­nunla yanaşı bağırsaqboşluqlularda hüceyrəda­xi­li də həzm baş ve­rir. Qastral boş­luq­­da həzm olunmayan qida hissəcikləri və ifrazat məhsulları da ağız də­liyi vasitəsilə xaric olunur. Hidroidlərdən fərqli olaraq meduzalarda me­zoqleyin yax­şı inkişaf etməsilə əlaqədar boşluqda həlqəvi və radial kanallar sistemi var­dır. Ona görə də bu boşluq qas­­­tro­vas­kulyar boşluq adlanır.

Süngərlərdən fərqli olaraq bağırsaqboşluqlularda sinir hüceyrə­lə­­ri vardır. Sa­­də quruluşlu formalarda sinir hüceyrələri diffuz xarak­ter­lidir, meduzalarda isə sinir hüceyrələri müəyyən yerlərdə toplana­raq daha mürəkkəb quruluşlu olur.

Cinsi çoxalmasına görə bağırsaq­boşluqluların əksəriyyəti müx­tə­lifcinsli, bir qismi də hermafroditdir. Hidroidlər kimi sadə quru­luş­lu formalarda cinsi məh­­sullar ektodermada, ssifoidlər, mərcan polip­lə­ri kimi daha yüksək quru­luş­lu formalarda isə entodermada inkişaf et­mişdir.

Bağırsaqboşluqluların 9000-ə qədər növü vardır. Onlar 3 sinfə ayrılırlar:


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin