Konvergensiya və divergensiya prosesi.
Makrotokamül əslində mikrotokamüldə olduğu kimi irsiyyət, dəyişkənları əhatə edərək uzun zaman ərzində baş verir. Makrotokamül mikrotəkamüldan ciddi fərqlərlə ayrılmır, çox vaxt makrotəkamül mikrotəkamülün əmələ gəlməsinə başlanğıc verir.
Növəmələgəlmə hadisəsində konvergensiya, divergensiya, aromorfoz, idioadaptasiya, degenerasiya proseslərinin əhəmiyyəti böyükdür.
Canlılar aləminin əsas elementi olaraq hər bir növ uzun müddətli təkamül nəticəsində əmələ gəlir və əlverişli şərait olduqda digər coğrafi ərazilərə yayılir. Filogenetik inkişaf qanunlarına əsasən növdaxili dəyişkənlik inkişafın ilk mərhələlərində növün daxilində başlanır, sonra isə növmüxtəlifliyinə ayrılması baş verir. Zaman keçdikcə növlər daha çox divergensiyaya uğrayır və yeni növlərə çevrilir. Divergensiya təbiətdə növəmələgəlmə prosesində əsas amildir. Sonrakı inkişaf nəticəsində növlər cinslərdə, cinslər isə fəsilələrdə birləşdirilir. Divergensiyanın əksi olan inkişaf prosesində uzun zaman ayrılmış, artıq qohum olmayan növlərin quruluşunda yenidən oxşar əlamətlər müşahidə olunur. Bu oxşarlıq prosesi əlamətlərin yaxınlaşması - konvergensiya adlanır və eyni mühit şəraitinə uyğunlaşma əlamətləri kimi təzahür edərək inkişaf etməyə başlayır. Konvergensiya prosesi oturaq həyat tərzi keçirən su heyvanlarında qohumluq və təsnifat mövqeyindən asılı olmayaraq oxşar quruluş əlamətlərinə, bədənin şüalı simmetriya forması almasına, ağız ətrafında çıxıntıların inkişaf etməsinə, passiv qidalanmaya gətirib çıxarır. Substrata yapışma ilə əlaqədar anal dəliyi bədənin üst tərəfinə doğru yerini dəyişir, bağırsaq ilgək forması alır, qeyri-cinsi çoxalma xüsusiyyəti inkişaf edir. Bu heyvanlar müxtəlif sistematik qruplara aid olmasına baxmayaraq oxşar əlamətlər qazanır. Bağırsaqboşluqlular, çoxqıllı qurdlar, briozoylar, poqonoforlar və assidilər bu cür quruluş xüsusiyyəti qazanmış heyvanlara aid edilir. Konvergensiya hadisəsi endoparazit həyat tərzi keçirən heyvanlar arasında da müşahidə olunur. Qreqarinlərdə bədənin ön hissəsində sahibin bağırsaq divarına yapışmaq üçün qarmaqlarla təchiz olunmuş epimerit inkişaf edir. Lentşəkilli qurdlarda qarmaqlarla təchiz olunmuş başcıq hissə də eyni vəzifəni yerinə yetirir. Aromorfoz -orqanizmdə mühitə uyğunlaşma nəticəsində baş verən morfofizioloji tərəqqi olub, orqanizmin həyat fəaliyyətini, mühit dəyişmələri zamanı davamiyyət intensivliyini artırır. Aromorfoz növün quruluş səviyyəsinin, mühit dəyişmələrinə davamlılığının artması nəticəsində digər areallara yayılmasına səbəb olan keyfiyyət dəyişkənliyidir. Növün klinial dəyişkənliyi aromorfozun təzahürüdür, klinial dəyişkənlik (klin-əyilmə) mühit amillərinin tasirilə fasiləsiz, tədricən baş verən dəyişkənlikdir. Klinial dəyişkənlik növdaxili dəyişkənlikdir, klinial dəyişkənlik populyasiya sistematikasında əlamətin ya böyüməsi, ya da kiçilməsi ilə müşahidə olunur. Məsələn, cənubdan şimala tərəf getdikcə bal arılarında xortumun kiçilməsi klinial dəyişkənlikdir.
Dostları ilə paylaş: |