Kateqoriyaların ierarxiyası, ali taksonlar


Həlqəvi qurdlar tipi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə36/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   32   33   34   35   36   37   38   39   ...   95
heyvan qisaldmis

Həlqəvi qurdlar tipi, təyin olunma metodları


Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş for­ma­la­rı olub, ali qurdlar adlanırlar. Bədən öl­çü­ləri 0,5 mm-dən 2-3 m-ə qədər uzun­luqda olur. On­lar dənizlərdə, şirin sularda, tor­paqda yayılaraq 9000-dən çox nö­­vü vardır.

Həlqəvi qurdların xarici quruluşunda əsas əla­mət bədəni­nin buğumlu və ya metamerli olmasıdır. Bədən az və ya çox miqdarda bu­ğumlar­dan ibarətdir. Bu buğumluluq, həmçinin, daxi­li hissədə də vardır ki, o da arakəs­mə­lər (dis­sepi­mentlər) adlanır. Bə­zi formalarda xarici bu­ğum­luluq daxili arakəs­mə­lərə uyğun gəldiyi halda, bəzi formalarda bu qanunauyğunluq pozulur. Bə­də­nin bu­ğumları bir çox formalarda quruluş­la­rına görə bir-birinə oxşardır və ona gö­rə də bu homonom buğumluluq adlanır.

Həlqəvi qurdların bədənində bir-birindən fərqlənən üç hissəni ayır­­maq müm­­kündür. Onlardan biri prostomimum adlanan baş, ikin­ci­si buğumlu göv­də, üçün­cü piqidium adlanan dal (anal) hissədir.

Həlqəvi qurdlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir. Dəri-əzələ kisəsi ku­tikula, epiteli, uzununa və həlqəvi əzələlərdən təşkil olun­muşdur. Həlqəvi qurd­­ları səciyyələndirən xüsusiyyətlərdən biri də on­larda selom adlanan ikinci bə­dən boşluğunun olmasıdır. Boşluq da ara­kəsməli olub, buğumludur. Bununla ya­na­şı baş və dal tərəfdə olan bəzi buğumlar müstəsna olmaqla hər bir buğu­mun da selomik kisəsi vardır. Həlqəvi qurdların bədən boşluğu digər qurd­lar­dan fərqli olaraq xüsusi divara malikdir.



Həzm sistemi bədənin ön hissəsinin qarın tərəfində yerləşən ağız dəliyi ilə baş­lanır. Ağız dəliyi udlağa, udlaq orta bağırsağa, o da dal ba­ğır­sağa açılır. Dal ba­ğır­sağın sonunda anus dəliyi yer­ləş­mişdir. Həzm sisteminin divarı mürək­kəb quru­luş­ludur və orada həzm vəziləri, əzələlər və s. yaxşı inkişaf etmişdir. Ba­ğır­saq qan-da­mar sistemi ilə əlaqəlidir. Bəzi formaların orta bağırsağında dərin çı­xıntılar - «tif­lozol» vardır ki, onlar bağırsağın səthini geniş­ləndi­rə­rək həzmə kömək edir.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin