Kateqoriyaların ierarxiyası, ali taksonlar


Çoxqıllı həlqəvi qurdlar—



Yüklə 248,72 Kb.
səhifə38/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   34   35   36   37   38   39   40   41   ...   95
heyvan qisaldmis

1. Çoxqıllı həlqəvi qurdlar—Polychaeta

2. Exiuridlər—Echiurida

3. Azqıllı həlqəvi qurdlar—Olygochaeta

4. Zəlilər—Hirudinea

Həlqəvi qurdlar da digər heyvan qrupları kimi təyinetmə cədvəllərinə əsa­sən tezis və antitezis əsasında təyin olunur. Məsələn: bədən qurdvari­dir, bu­ğum­ludur, buğumlar əsasən homonomdur. Bədən üzərində az və çox miqdarda qıllar ola bilər (qılları olmayan növlər də mövcuddur).


  1. Yastı qurdlar tipi, təyin olunma metodları


Helmintologiya ən qədim tarixə malik elm sahələrindən biridir. Bu elm ba­rədə ilk məlumatlar b.e.ə. VI əsrə təsadüf edir. Məşhur Ebers papirusunda (b.e.ə. VI əsr) insanın parazit qurdları – xüsusən askarid və teniyalar barədə məlu­­matlar mövcuddur. Papirusda insanın qurd xəstəliklərinin müalicəsi və qurdların insan orqanizmində məhv edilməsi yolları da göstərilir.

Helmintologiya terminini elmə ilk dəfə Hippokrat (b.e.ə. 460-370) daxil etmiş, uşaqlarda askaridoz, tenioz və exinokokkoz əlamətlərini təsvir etmişdir. Lakin Hippokrat qurdlar və həşəratların sürfələrini ayırd edə bilməmişdir. Aris­to­telin sistematikasında da helmintologiya adı altında parazit qurdlar və həşərat sürfələri birləşdirilmişdir.

Helmintologiya zooloji sistematikada bir elm kimi: 1)XVII əsrin orta­larından XVIII əsrin ortalarına qədər - Françesko Redidən (1626-1698) K.Lin­ne­yə qədər inkişaf dövrünə; 2)XVIII əsrin ortalarından XIX əsrin ortalarına qə­dər - K.Linneydən Steyenstrup və Kyuxenmeysterə qədərki dövr; 3)XIX əs­rin ortalarından XX əsrə qədərki dövr – eksperimental istiqamət dövrü; 4)XX əsr­dən başlayan helmintologiyanın çiçəklənməsi dövrlərinə bölünür.

Helmintlərin öz-özünə əmələ gələn ət qurdları olması barədə təsəvvürlər hələ Aristotel dövründən məlumdur. F.Redi “Canlı heyvanların daxilində yaşa­yan heyvanlar üzərində müşahidələr” (1684) adlı əsərində helmintlərin biolo­giyası və onların sahibləri olan müxtəlif onurğalı heyvanlar barədə öz müşa­hidələrini təsvir etmişdir. O, digenetik sorucuların sürfə mərhələlərini izləmiş, ilk dəfə insan askaridinin cinsi yolla mayalanmış yumurtadan inkişaf etdiyini qeyd etmişdir.

K.Linney qurdları Vermes sinfində birləşdirmiş, parazit qurdların sərbəst yaşaya bilməsi fikrini səhv olaraq təsdiq etmişdir. Bu dövrdə Karl Asmund Rudolfi (1771-1832) Nematoda, Acanthocephala, Trematoda, Cestoidea sinif­lərinə daxil olan qurdları təsvir etmiş, trematodların hermafrodit orqanizmlər olduğunu ilk dəfə elmə daxil etmişdir (hermafrodit termini Rudolfiyə məxsus­dur). Bu tədqiqatlara görə Rudolfi “helmintologiyanın atası” adlandırılmışdır.

Helmintologiyanın inkişaf tarixində Steyenstrupun (1842) helmintlərin inki­şafında generasiya prosesinin olduğunu, serkarinin sərbəst yaşayan bir or­qa­nizm deyil, trematodların qeyri-cinsi çoxalma mərhələsindən əmələ gələn sür­fə mərhələsi olduğunu sübut etməsi böyük dönüş yaratmışdır.

1852-ci ildə Kyuxenmeyster teniidlərin inkişaf dövriyyəsi barədə təc­rü­bələr aparmış, Cysticercus fasiolaria ilə yoluxmuş siçan və siçovulların qara­ci­yərini pişiklərə yedizdirmiş, nəticədə pişiyin bağırsağında cinsi yetkin mərhə­ləyə çatmış Hydatigera taeniaeformis sestodunu tapmışdır. Kyuxen­mey­ster qoyun beyin qurdunun Multiceps multiceps cinsi yetkin mərhələsini də təcrübə ilə əldə etmişdir.

1861-ci ildə Leykart öküz soliterinin Taeniarhynchus saginatus insan or­qa­­nizmindən xaric olunmuş buğumları ilə cavan buzovları yoluxdurmuş, bu­zov­­ların finna ilə yoluxmasını təcrübə ilə təsdiq etmişdir.

Helmintologiyanın müasir tədqiqatları qurdların Vermes tipində birləş­di­ril­məsini məqsədəuyğun hesab etmir, bu tipdə müxtəlif taksonomik əlamətlərə malik qurdlar birləşdirildiyi üçün Skryabin və Şults (1929, 1931, 1940) bu tipi süni tərtib olunmuş tip hesab edirlər. V.N.Beklemişyev (1944) “Onurğasızların müqa­yisəli anatomiyası” əsərində qurdların morfoloji və filogenetik əlaqələrini tədqiq edərək, helmintoloji sistematikada müasir tipləri qeyd etmişdir.

Vermes tipinin müasir müstəqil tiplərə - Plathelminthes, Nemathelmin­thes, Nemertini, Annelida bölünməsi sahəsində Skryabin, Şults, Paromonov, Do­gel və s. alimlərin böyük xidmətləri olmuşdur.

Yastı qurdlar tipinə daxil olan orqanizmlərin bədəni yarpaqşəkilli və ya­xud lentşəkilli olub, adətən, dorzoventral (bel və qarın) istiqamətdə yastılaş­mış­dır. Bunlar ikiyansimmetriyalı quruluşa malikdirlər. Yastı qurdlar sadə qu­ru­luşlu, üçqatlı heyvanlardır. Yastı qurd­la­rda ektoderma və entoderma qatla­rı ilə yanaşı mezoderma qatı da in­ki­şaf etmişdir.

Bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə çatır. Bəzi növ­­lər­də or­qan­lar qanunauyğun şəkildə təkrar olunur. Bu da bədənin bu­ğum­lu olmasına sə­bəb olmuşdur.

Yastı qurdların bədəni üst hissədən dəri-əzələ kisəsi ilə örtül­müş­dür. Də­ri-əzələ kisəsi çoxqatlı və mürəkkəb quruluşlu epiteli və onun altında yerləşən əzə­­lə liflərindən təşkil olunmuşdur. Dəri-əzələ kisə­sində əzələlərin yığılması nə­ti­cəsində qurdvari hərəkət əmələ gə­lir. Parazit formalarda bədən xaricdən möh­kəm kutikula ilə örtül­müş­dür.

Yastı qurdlarda bədən boşluğu yoxdur. Daxili orqanların arası pa­ren­xima adlanan mezoderma mənşəli toxuma ilə dolmuşdur. Ona görə də yastı qurdları çox vaxt parenximatoz qurdlar adlandırırlar.

Həzm orqanları iki şöbədən - ektodermal mənşəli ön bağırsaq ad­lanan ud­­laq­dan və entodermal orta bağırsaqdan ibarətdir. Orta ba­ğırsaq əksər halda şaxə­lənərək kor qurtaracaqla nəhayətlənir. Onlarda dal bağırsaq və anal dəliyi yoxdur. Bir çox parazit formalarda (lent­­şəkilli qurdlarda) həzm sistemi tama­milə reduksiya olunmuşdur.

Yastı qurdlarda bağırsaqboşluqlulardan fərqli olaraq, ilk dəfə ifrazat sistemi əmələ gəlmişdir.

Bütün yastı qurdlarda qan-damar və tənəffüs sistemi olmur. Tənəf­füs pro­­sesi bədən səthi vasitəsilədir. Parazit formalarda isə tənəf­füs anaerob olur. Sinir sistemləri baş hissədə yerləşən cüt sinir dü­yünlərindən və onlardan uza­nan çox­lu uzununa sinir sütunlarından iba­rətdir. Onlardan da qarın və yan sü­tun­lar adla­nan iki sinir sütunu da­ha yaxşı inkişaf etmişdir.

Cinsi orqanlar sistemi mürəkkəb quruluşlu olub, nadir hal müs­təs­na ol­maqla hermafroditdirlər. Cinsi sistem cinsi vəzlərin, cinsi ka­nal­ların, cütləşmə or­qanı­nın, ümumiyyətlə cinsi aparatın mürəkkəb­liyi ilə xarakterizə olunur.

Yastı qurdlar tipi 4 sinfə bölünür:

1.Kirpikli qurdlar və ya turbel­larilər (Tur­bell­aria);

2.Digenetik sorucular (Trematoda, Digenea);

3.Mo­nogenetik sorucular (Monogenea);

4.Lentşəkilli qurdlar (Cestoidea).

Kirpikli qurdlar dəniz və şirin sularda sərbəst həyat tərzi keçirirlər. Digər sinif­lərin nümayəndələri parazit formalardır. Parazitlik edən yastı qurdların quruluşunda və biologiyasında həyat şəraitindən asılı olaraq müxtəlif xüsusiy­yətlər əmələ gəlmişdir.


Yastı qurdları təyin etmək üçün təyinetmə cədvəllərindən istifadə olunur. Bu cədvəllər ümumi qayda üzrə tezis və antitezis əsasında tərtib olunur. Axta­rılan əlamətlər birinci bəndin göstəricilərinə uyğun gəlirsə, antitezisdə göstə­rilən əlamətə əks olmalıdır, bu üsulla təyin olunan növ düzgün hesab olunur. Məsələn, yastı qurdları təyin edərkən cədvəldə aşağıdakı göstəricilər olmalıdır:

1(2) Bədən yarpaq şəklindədir.

2(1) Bədən lent şəklindədir.

Təyinetmə cədvəllərində yastı qurdlar üçün xarakterik olan xüsusiyyətlər öz əksini tapmalıdır: ağız və qarın sormaclarının quruluşu, yerləşmə vəziyyəti, həzm sisteminin quruluş tipi (qapalı və ya açıq) bağırsaq şaxələri və cinsi orqanların quruluşu, cinsi vəzilərin quruluş xüsusiyyətləri, cinsi dəliyin ağız və qarın sormaclarına nisbətən yerləşməsi və s.


  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin