Balıqlar sinifüstlüyü – Pisces
─ Zirehli balıqlar sinfi – Placodermi
─ Çənəsiqəlsəməlilər sinfi – Aphetohyoidi
Qığırdaqlı balıqlar sinfi – Chondrichthyes
─ Primitiv (qədim) akulalar yarımsinfi – Cladoselachii
─ Ksenakantidlər – Xenacanthida yarımsinfi
Yastıqəlsəməlilər yarımsinfi – Elasmobranchii
Bütövbaşlılar və ya Ximerlər yarımsinfi – Holosephali
Sümüklü balıqlar sinfi – Osteichthyes
Kürəküzgəclilər yarımsinfi – Sarcopterygii
Şüaüzgəclilər yarımsinfi – Actinopterygii
Nəsli kəsilmiş heyvan qruplarının qarşısında ” ─” işarəsi qoyulmuşdur.
Balıqların növlərini təyin etmək üçün təyinetmə cədvəllərindən istifadə edilir. Bu cədvəllər tezis və antitezis olmaqla tərtib olunmuşdur. Məsələn, təyin edilən növün tezis hissəsində 1(2) piy üzgəci vardır, əgər axtarılan əlamət yoxdursa, onda 2(1) antitezis hissəsində piy üzgəci yoxdur, əlaməti qəbul olunur.
Dostları ilə paylaş: |