İfrazat funksiyasını Malpigi boruları və bəzi vəzlər (koksal, yaşıl vəzlər) yerinə yetirir.
Sinir sistemi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Buğumayaqlıların bir qrupunda baş beyin adlanan hissə daha yüksək quruluşlu olmaqla, bir çox mürəkkəb davranışların yerinə yetirilməsində mühüm rol oynayır. Buğumayaqlılarda hiss orqanları da yüksək quruluşludur. Müxtəlif formalarında mürəkkəb fasetli göz, toxunma və kimyəvi hiss orqanları, eşitmə orqanları və s. inkişaf etmişdir.
Buğumayaqlılar müxtəlifcinsli heyvanlardır. Cinsi yolla çoxalırlar. İnkişafları ya mürəkkəb çevrilmə ilə (metamorfozla), ya da düzünədir.
Buğumayaqlılar tipi 4 yarımtipə ayrılır:
Dostları ilə paylaş: |