Kateqoriyaların ierarxiyası, ali taksonlar


Buğumayaqlılar tipi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə49/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
heyvan qisaldmis

Buğumayaqlılar tipi, təyin olunma metodları


BUĞUMAYAQLILAR TİPİ – ARTHROPODA

Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğ­u­na və is­tər­sə də müxtəlifliyinə görə onurğasızlar arasında ən zəngin qrup hesab olunur. Buğumayaqlıların növ tərki­bi haqqında müx­tə­lif fikirlər vardır. Bəzi ədə­biy­yat­larda on­la­rın növ tərkibi 850000-dən çox, bəzilərində 1500000-dən çox, bə­­zilə­rində isə daha çox olmaları göstərilir. Bu onunla əlaqədardır ki, hər il bu­ğum­­ayaqlıların minlərlə yeni növləri təsvir edilib, elmə daxil olunur. Buğum­ayaq­lı­lar onurğasız heyvanların yüksək quruluşlu for­ma­la­rın­dan­dır. Onlar ol­duqca müx­­­təlif həyat şəraitinə uyğunlaşmaqla təka­mül prosesində bir çox yeni xüsu­siy­yət­lər qazanmışdır.

Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtü­lü­dür. Ku­ti­ku­la dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ay­rı-ayrı nümayən­də­­lə­rində kutikula qalın və yaxud nazik örtük şək­lində olur. Buğumayaqlıların xitinli kuti­kula qatı həlqəvi qurdların ku­tikula qatın­dan daha davamlıdır. Kuti­ku­la qatının tər­kibində xi­tin­dən başqa, digər üzvi və qeyri-üzvi maddələr də var­­dır. Ali xərçəng­lə­rin və bir çox hörüm­çəkkimilərin kutikulasında müəy­yən miq­­darda kalsium-karbonat vardır.

Xitinli kutikula elastikidir. Digər tərəfdən də buğumayaqlılarda bu qat dar­­tıl­­­ma, gərilmə xüsusiyyətinə malik deyildir. Ona görə də on­­larda böyümə aram­­sız ol­mayıb, qabıq dəyişməklə tamamlanır. Bu za­­man bədən örtü­yü soyu­lur, hipo­der­ma daha yumşaq və zərif kuti­ku­la əmələ gətirir. Sonra köhnə ör­tük atılır və yeni kutikula qatı bərki­yəndən sonra heyvanın böyü­mə­si növbəti qa­bıq­dəyişməyə qədər da­ya­nır. Buğumayaqlılar adətən, inki­şaf zamanı daha çox qa­bıq dəyi­şir­lər, yetkin heyvanlar isə çox nadir hal­larda qabıq dəyişir, ya da ta­ma­milə qabıq­ dəyiş­mir­lər.

Buğumayaqlıların bədəni buğumludur və bu buğumlar hetero­nom­dur. Daha sa­də quruluşlu formalarda (qazıntı halında tapılan trilo­bit­lərdə, bəzi qəl­sə­­mə­­ayaq­lı xərçəngkimilərdə və çoxayaqlılarda) ho­monom buğumluluq da mü­şa­hidə olunur. Bədəndə olan bir qrup bu­ğumlar birləşərək ayrı-ayrı hissə­lə­ri (şöbə­ləri) əmələ gətirmişdir. Buğumayaqlıların bədəni üç hissədən ibarətdir: baş, döş, qarıncıq. Baş hissə bədənin ön tərəfində yerləşmək­lə ağız və hiss or­qan­larına malik­dir. Döş hissədə hərəkətə xidmət edən orqanlar, qarıncıq­da isə daxili orqanların əsas hissəsi yerləş­mişdir.

Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bunun­la əla­qə­dar onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmiş­dir. Bu əzələlər mürək­kəb quru­luşlu olub, hərəkət zamanı daha tez yığılmaq qa­bi­liyyətinə malik­dir­lər. Bu­ğumayaqlılar bədən boşluğuna malikdir. Bə­dən boşluğu qarışıq bədən boş­luğu (miksosel) adlanır və bu ilk bədən boş­luğu ilə selomun birləşməsindən əmələ gəl­mişdir.

Buğumayaqlıların həzm sistemi üç hissədən – ön, orta və dal ba­ğır­saq­dan iba­­rətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qida­lan­mağa uyğunlaş­mış­lar. Bu­nun­la əlaqədar, onlarda həzm sisteminin quruluşunda müəyyən də­rə­cədə dəyi­şik­liklər baş vermişdir. Bağır­saq­da həzmə xidmət edən vəzlər də vardır.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin