Tənəffus sistemi müxtəlif quruluşlu olmaqla, müxtəlif orqanlarla yerinə yetirilir. Suda yaşayan formalar qəlsəmələrlə, quruda yaşayanlar ağciyər və traxeyalarla tənəffüs edirlər.
Qan-damar sistemi buğumayaqlılarda qarışıq bədən boşluğunun əmələ gəlməsi ilə əlaqədar açıqdır. Qan boşluq mayesi ilə qarışdığına görə, buğumayaqlıların qarışıq bədən boşluğunda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi ürək adlanır. Ürək boruşəkillidir və yanlarda yerləşən ostiy adlanan dəliklərə malikdir. Qan ürəyə bu dəliklərdən daxil olur. Ürəkdən çıxan qan, damarlarla axaraq bədən boşluğuna tökülür.