Cinsi orqanları və inkişafı
Hörümçəkkimilər ayrıcinslidir. Hörümçəklərdə və gənələrdə cinsi dimorfizm kəskin nəzərə çarpır. Hörümçəklərdə erkək fərdlər dişi fərdlərə nisbətən kiçik olurlar, onların pedipalpları isə cütləşmə orqanına çevrilmişdir. Əqrəblərin dişi fərdlərində cinsi vəzilər və cüt yumurta borusundan, erkək fərdlərdə isə cüt toxumlu və cütləşmə orqanından ibarətdir. Hörümçəklərin erkək və dişi fərdlərində cinsi dəlik qarıncığın əsasında, ağciyərlərin stiqmalarının arasında yerləşmişdir. Dişilərin cinsi dəliyinin ön hissəsində epiqin adlanan cinsi şişkinlik vardır. Yumurtalıq və toxumluq cütdür. Yumurtalıqdan cüt yumurta borusu çıxır və genişlənərək balalığı əmələ gətirir. Toxumluqdan cüt toxum boruları çıxır və xüsusi dəliklə xaricə açılır. Əksər hörümçəkkimilərin inkişafı düzünədir. Gənələrdə inkişaf metamorfozladır. Bəzi nümayəndələrində partogenez çoxalma xarakterikdir. Rüşeymin miqdarı 5-6 və bəzən də onlarla ola bilir.
Təsnifatı
Hörumçəkkimilər 1 yarımsinfə və 10-dan çox dəstəyə bölünür:
Qamçılıayaq hörümçəklər (Amblypygi) dəstəsi
Hörümçəklər (Araneae) dəstəsi
Otbiçənlər (Opiliones) dəstəsi
Ayağıqamçılılar (Palpigradi) dəstəsi
Yalançı əqrəblər (Pseudoscorpiones) dəstəsi
Tropik hörümçəyəbənzərlər (Ricinulei) dəstəsi
Şizomidlər (Schizomida) dəstəsi
Əqrəblər (Scorpiones) dəstəsi
Böv (Solifugae) dəstəsi
Telifonlar (Uropygi) dəstəsi
Akariform gənələr (Acariformes) dəstəsi
Parazitiform gənələr (Parasitiformes) dəstəsi
Dostları ilə paylaş: |