Kateqoriyaların ierarxiyası, ali taksonlar


Sürünənlər sinfi, daxili orqanlarının topoqrafiyası



Yüklə 248,72 Kb.
səhifə81/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   77   78   79   80   81   82   83   84   ...   95
heyvan qisaldmis

Sürünənlər sinfi, daxili orqanlarının topoqrafiyası


SÜRÜNƏNLƏR və ya REPTİLİLƏR SİNFİ REPTILIA

Sürünənlər quruluş xüsusiyyətlərinə və inkişaflarına görə suda-quruda ya­şayanlardan kəskin fərqlənirlər. Dəyirmiağızlılar, balıqlar və amfibilər ibti­dai onurğalılar olub, inkişafları bu və ya digər şəkildə su mühiti ilə əlaqədardır.

Sürünənlər ali onurğalılar olub, quru həyat tərzi keçirirlər. Bəzi onurğalı­ların su mühitində yaşaması sonradan qazanılmış uyğunlaşmadır. Quru həyat tərzi ilə əlaqədar olaraq, sürünənlərin bədəni dəri vəzilərindən məhrum olmuş, qərni pulcuq və ya qalxancıqlarla örtülmüşdür. Bu törəmələr orqa­nizmdən su­yun buxarlanma­sının qarşısını alır.Yumurtaları qalın pərdə ilə əhatə olunmuş rüşeym pərdələrinə malikdir.

Sümük skeleti yaxşı inkişaf etmişdir. Bir peysər çıxıntısına malikdir. Bədən temperaturu xarici mühitdən asılıdır. Quruda yaşamaqla əlaqədar olaraq, ətraflar və qurşaqlar qüvvətli və möhkəmdir. Döş qəfəsinin inkişafı ilə əlaqədar olaraq, çiyin qurşağı ox skeleti ilə birləşmişdir. Oma fəqərələri iki ədəddir.

Sürünənlərin baş beyni – ön beyin və beyinciyin inkişaf etməsi ilə əlaqə­dar olaraq, amfibilərin beynindən iridir. Ön beyin yarımkürələrində boz beyin maddəsi - ikinci beyin tağı və ya neopallium inkişaf etmişdir. Ürək 3 və ya bəzi növlərdə dörd kameralıdır. Ürək və arteriya qövsləri daha çox diferensasiya et­mişdir: mədəcik tam olmayan arakəsmə ilə iki hissəyə ayrılmışdır və mə­dəcikdən üç müstəqil arteriya ayrılır (amfibilərdə bir arteriya çıxır). Tənəf­füs orqanları ağciyərlərdir. İfrazat orqanı ça­naq (meta­nef­ros) böyrəklərdir. Si­dik axarları ilə yalnız sidik xaric edilir. Ali onurğalıların ha­mısında maya­lan­ma da­xilidir.

Sürünənlərin sistematikası və taksonomik xüsusiyyətləri İ.Y.Borkin və İ.S.Darevski (1987), xarici quruluşu A.Q.Bannikov (1977) tərəfindən işlən­miş­dir. Qafqazda və Azərbaycanda A.B.Şelkovnikov (1892-1906) tərəfindən öyrə­nil­miş, A.M.Ələkbərov (1978) tərəfindən davam etdirilmişdir.

Sürünənləri təyin edərkən təyinat cədvəllərindən istifadə olunur. Tə­yin­­et­mə zamanı bədən uzunluğu, başın uzunluğu, quyruğun ölçüləri, kəllənin quru­luşu nəzərə alınır.


  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin