Kateqoriyaların ierarxiyası, ali taksonlar


Heyvanların əsas taksonomik əlamətləri



Yüklə 248,72 Kb.
səhifə89/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   85   86   87   88   89   90   91   92   ...   95
heyvan qisaldmis

Heyvanların əsas taksonomik əlamətləri.


Taksonomiya taxis yunanca yerləşmə, sıra, nomos – qanun demək­dir. 1813-cü ildə bitkiləri sistemləşdirmək üçün O.De-Kandol tərəfindən elmə da­xil edilmişdir. Son vaxtlara qədər taksonomiya və sistematika sinonim hesab olu­nurdu. Taksonomiya elmi orqanizmlərin təsnifat nəzəriyyəsi və praktik təcrü­bəsi barədə elmdir. Məsələn, populyasiya anlayışı, növlərin sayının necə artma­sı, növ strukturunun izahı və populyasiyanın təkamülündə rolu elmə taksono­mi­ya elmi sayəsində daxil olmuşdur. Sistematika orqanizmləri, onların müxtə­lif­liyini və qarşılıqlı əlaqələrini öyrənirsə, taksonomiya növlərin yaran­ma­sı pro­sesini, təkamül amillərini, populyasiya strukturunu, biocoğ­rafiyanı öy­rənir. Bu proseslərin öyrənilməsi 3 mərhələdə yerinə yetirilir. I – alfa taksono­mi­ya mər­hələsində növün təsviri və onun təxminən hansı cinsə aid olduğu müəy­yən­ləşdirilir. II – beta taksonomiya mərhələsində qarşılıqlı əlaqələrin növ və yük­sək taksonomik dərəcələr səviyyəsində daha dəqiq izahı verilir, təsnifat tərtib edilir. III – qamma taksonomiya mərhələsində növdaxili dəyişkənlik, müx­təlif səviyyədə təkamül tədqiqatları, heyvanlar aləminin növmüxtəlifliyinin izahı verilir.

Sistematika və taksonomiya elmi inkişaf etdikcə ayrı-ayrı orqanizm qrup­ları barədə məlumatların artması, onları müasir məlumatlarla tamamlamaq və ye­­ni­dən təsvir etmək problemini qarşıya qoyur. Nəticədə taksonomik analiz (təf­­tiş) aparılması lazım gəlir. Taksonomik analiz növ və digər taksonomik ka­teqori­yalar səviyyəsində aparıla bilər. Hər bir taksonomik analiz taksonomik əla­mət­lərə əsasən aparılır. Müəyyən bir taksonu başqa bir taksondan fərqlən­di­rən hər hansı bir xüsusiyyət –


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin