Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə92/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   87   88   89   90   91   92   93   94   95
heyvan qisaldmis

Adaptasiya – (adaptatio) latınca uyğunlaşma deməkdir. Popul­ya­­si­­ya­nın (fərd, növ) quruluş və funksiyalarının, həmçinin onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Məsələn, soyuq mühitdə uzun zaman yaşa­maq­la əlaqədar heyvanlarda tük örtüyünün əmələ gəlməsi, mimikriya prosesi və s. adaptasiyanın nəticəsidir. Mühit şəraitinə uyğunlaşma nəticəsində əmələ gələn əlamət adaptiv əlamət adlanır və çox vaxt xüsusi taksonomik əhəmiyyət kəsb edir. Dəniz onurğasızlarının sürfələrində kirpik örtüyünün əmələ gəlməsi plankton həyat tərzinin nəticəsində yaranan uyğunlaşma olsa da, bu əlamət bir sinfin və ya tipin xarakterik əlaməti hesab olunur. Hər bir adaptasiya biogeo­se­nozlarda davam edən uyğunlaşma prosesinin nəticəsidir. Adaptasiya – orqa­nizm­­lərin ilkin verilmiş qabiliyyəti deyil, üzvi aləmin üç əsas amili – dəyiş­kən­lik, irsiyyət və təbii seçmənin təsiri ilə daim əmələ gəlib inkişaf edən prosesdir. Adaptasiyalar çoxlu ölçülərə malikdir, orqanizmlər yaşadığı mühit şəraitinə uyğunlaşaraq hətta bədən ölçülərini də dəyişə bilirlər. Xüsusi adaptasiyalar da­ha kəskin nəzərə çarpan taksonomik əlamətlər qazanılmasına səbəb olur. Ark­ti­kada yaşayan quşların və məməlilərin ağ rəngdə olması, səhrada yaşayan hey­vanların qum rənginə uyğunlaşması, tropik ölkələrin quşlarının əlvan rəngi, Mül­ler mimikriyalarının müxtəlif tipləri bu adaptasiya formalarındandır. Mimi­kri­yalar müxtəlif tipli olur, Müller mimikriyası iki və daha çox yeyilməyən növ­­lər arasında oxşarlığın olması, xəbərdaredici rəng deməkdir. Mimikriyanın bu növü ilk dəfə F.Müller tərəfindən təsvir olunmuşdur. İki yeyilməyən növ bir-birinə nə qədər oxşar olarsa bu hər iki növ üçün mühafizə əhəmiyyəti daşı­yır. Heyvanlar arasında bu cür oxşar növlər yırtıcıların hücumundan qorun­maqda faydalıdır.

Taksonomik əlamətlərin tiplərindən biri morfoloji əlamətlərdir. Hər bir əla­mət taksonomik dəyər kəsb edir, xüsusən bu əlamət digər taksondan olan növ­­lərin əlamətlərindən fərqlənirsə təsnifatda daha çox əhəmiyyətli hesab olu­nur. Morfoloji əlamətlərin dəyərləndirilməsi və müqayisəsi üçün kolleksiya ma­te­ri­al­ları çox böyük elmi əhəmiyyətə malikdir. Fiksə olunmuş materiallar mor­fo­loji əlamətləri özündə toplayan qiymətli təsnifat elementləri mənbəyidir. Hər bir orqanizm qrupu - molyusklar, kəpənəklər, quşlar morfoloji və digər tak­­­so­nomik əlamətləri tamamilə özündə əks etdirir. Morfoloji əlamətlər – xari­ci mor­­­­foloji əlamətləri, daxili anatomik quruluş xüsusiyyətlərini, embriogenezi, orqanizmin ayrı-ayrı hissələrini, karioloji və digər sitoloji fərqləri əhatə edir. Hey­­vanların xarici quruluş xüsusiyyətləri müxtəlifdir. Bu xüsusiyyətlər sırasına quş­ların lələk örtüyü, məməlilərin tük örtüyü, balıqlar və sürünənlərin pul­cuq­larının sayı, buğumayaqlıların skleriti və xitin örtüyü üzərindəki tikişlər da­xil­dir. Ali heyvan qruplarında daxili orqanların anatomik quruluşu əsas taksono­mik əlamətlər mənbəyidir. Məməlilərdə kəllənin və dişlərin quruluşu mühüm təs­­­nifat əlamətidir. Spirtdə saxlanılan balıqlar, amfibilər sürünənlər istənilən za­­­man tədqiq edilə bildiyi üçün onların anatomik quruluşunu öyrənmək asan­dır.

Qazıntı halında tapılan orqanizmlərin qalıqları adətən skelet, dişlər və qöv­­qə­dən ibarət olur. Taksonomik əlamətlər qazıntı halında tapılan heyvanlara da eyni qayda ilə tətbiq olunur, məsələn, dinozavrlar bu qaydalara əsasən təyin olu­­nur. İbtidai onurğasızlardan götürülən mikroskopik hissələrin tədqiqi onla­rın morfologiyasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Buğumayaq­lıların sistematikasında morfoloji əlamətlər kimi xarici skeletin, qarınayaqlı mol­­yusklarda qövqənin quruluşunun, foraminiferlərin, qövqəli amöblərin təsni­fa­tında qövqənin quruluşu, sistanın forması, qamçılılarda qamçının quruluşu, dərisitikanlılarda kalsiumlu iynələrin yerləşmə vəziyyəti təsnifat xa­rak­terlidir (şəkil 4).

Morfoloji əlamətlərdən biri də heyvanların müxtəlif rəngləridir. Təsnifat xü­susiyyətləri müəyyən edilərkən rənglər daha tez nəzərə çarpır, heyvanları rəng­­lə­rinə əsasən daha asan təyin etmək mümkün olur. Rənglərinə görə bir ne­çə cins müstəsna olmaqla quşları, balıqları, mərcan poliplərini və mərcan riflə­ri­ni, kəpənəkləri təyin etmək mümkündür. Bu eyni zamanda məməlilərə də aid edi­lə bilər. Yarımnövləri olan taksonlarda da bu prosesi həyata keçirmək olur. Hey­­vanların rəngləri o qədər müxtəlifdir ki, onları bəzən sözlə ifadə etmək çə­tin­lik törədir, bununla belə fərdləri müqayisə edərək onları düzgün təyin etmək olar.

Morfoloji əlamətlərdən cinsi orqanların quruluş tipləri təsnifat əlamətləri kimi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif heyvanlarda cinsi aparat xüsusi qu­ru­luşa malikdir, bu həşəratlarda özünü daha kəskin büruzə verir.

Həşəratın cinsi aparatı yüksək ixtisaslaşma ilə bərabər tərkibində olan xi­tin onun fiksə olunması və müqayisə olunmasına imkan verir, onurğalı heyvan­lar­da bu müqayisəni həyata keçirmək çətindir, bu heyvanların cinsi orqanları yum­­şaq toxumalardan ibarət olduğuna görə fiksə olunarkən morfoloji quru­lu­şu­nu saxlaya bilmir.

Sürfə mərhələsi və embriogenez taksonomik əlamətlərin dəqiqləşdiril­mə­sin­də lazımi məlumatların toplanmasına imkan verir. Malyariya ağ­ca­qa­­nad­larının yarımnövləri yumurtanın və sürfənin quruluşuna görə təyin olu­nur.

Sürfə mərhələsinin morfoloji əlamətlərinə əsasən qurbağalardan anura və qa­zı­cı arılar (Sphecidae) təyin olunmuşdur. Müxtəlif qrup heyvanların sürfə mər­­­­­hə­lələri onların sistematikasının tərtibində xüsusi əhəmiyyətə malikdir. Sün­­­­­gər­lərin təsnifatının tərtibi zamanı Levi (1956) inki­şafın embriogenez mər­hə­ləsi­nin morfoloji xüsusiyyətlərini əsas götürmüşdür.

Fizioloji əlamətlər daha çətin müəyyən olunur. Bütün heyvan qrupları fizi­o­loji proseslərə məruz qalır, bu proseslər müxtəlif fermentlərin təsiri ilə tənzim olunur. Fizioloji əlamətlər sırasına böyümə, mühit amillərinə qarşı reaksiyalar və digər fizioloji proseslər daxildir. Növlərin fizioloji əlamətləri çoxsaylıdır, an­caq bu əlamətlər fiksə olunmuş materiallar üzərində müşahidə olunmur və bu əlamətləri təyin etmək çətinlik törədir.

Biokimyəvi əlamətlərin öyrənilməsi çox vaxt tələb edir. İlk müqayisə zü­­lal­­ları təyin etməklə başlayan, seroloji üsulun tətbiqidir. Bu üsula görə bir or­qa­­niz­min zülalı bu orqanizmlə eyni mənşədən olan digər orqanizmin antitel­lərinə aktiv reaksiya verir. Orqanizmlər fərqli qruplara aid olduqda bu reaksiya ca­­vab­­­sız qalır. Biokimyəvi analiz zamanı istifadə olunan seroloji üsuldan hel­min­­to­logiyada geniş istifadə olunur. Bu üsul allergik-seroloji üsul adlanır, əgər hey­vanın helmintozla yoluxduğu güman edilirsə helmintin zülal­larından alın­mış antitellər heyvanın əzələsi daxilinə yeridilir, bir sutkadan sonra antilelin vu­­rul­duğu yer şişib qızarırsa demək heyvan helmintozla yolux­muşdur. Seroloji üsul çətin olsa da 40 ildən artıqdır ki, tətbiq olunur.

Qan qrupunun genlərə əsasən təyin olunması (immunogenetika) göyərçin növ­­ləri arasında qohumluq əlaqələrinin müəyyən olunmasında istifadə olun­muş­dur. Müasir dövrdə DNK-nın ilkin strukturunun genetik proqramının açıl­ması üzərində tədqiqat aparılır. Bu tədqiqat işləri baha başa gəlsə də növün də­qiq təyin olunmasına tam zəmanət verir.

Heyvanların davranış xüsusiyyətləri də mühüm taksonomik əlamətlər mən­­bəyi hesab oluna bilər. Bir çox heyvan növlərinin, xüsusən əkiz növlərin davra­nış xüsusiyyətləri morfoloji əlamətlərdən daha əhəmiyyətli məlumatlar əl­də edilməsinə səbəb olur. Davranış xüsusiyyəti – heyvanın zoopsixologiyası olub onun həyati proseslərini digər əlamətlərdən daha dəqiq xarakterizə edir.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin