Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə93/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   87   88   89   90   91   92   93   94   95
heyvan qisaldmis

Dav­ranış xüsusiyyətləri və ya etologiya sistematikada əhəmiyyətli tədqiqat üsu­lu he­sab olunsa da onun çatışmayan metodik tərəflərindən biri fiksə olun­muş materialda bu xüsusiyyətlərin öyrənilməsinin mümkün olmamasıdır. Çə­tinlik tö­rə­dən daha bir xüsusiyyət canlı heyvanlarda belə davranışın hər zaman izlən­mə­sinin mümkün olmamasıdır, bir sıra davranış xüsusiyyətlərini yalnız ilin mü­­əyyən mövsümlərində, ya da sutkanın müəyyən saatlarında izlə­mək müm­­­kündür. Oxşar növlərin müqayisəli davranış xüsusiyyətlərinin tədqiqi mü­qayi­sə­li etologiya elminə başlanğıc vermişdir. Bu elm sahəsi arı­ların, düz­qa­nadlı­la­rın, qurbağaların, balıqların, quşların və s. sistemləşdirilməsi zamanı qiy­­mətli mə­lu­matlar vermişdir.

Davranış xüsusiyyətləri heyvanlar arasında təcridolunma mexanizmi olub yeni adaptasiyalara şərait yaradır və təkamülə səbəb olur. Heyvanların davranış xüsusiyyətlərinin qeydə alınması sahəsində böyük metodik əhəmiyyəti olan səs­­yazan cihazlar və səsin qrafikasının qeydə alınmasını təmin edən senoqraf quş­­­ların səsini yazmaqla onların növlərinin dəqiq təyin edilməsini mümkün edir. Səsin qrafiki analizi qurbağaların yarımnövlərinin təyin edilməsində, quy­ruq­suz amfibilərin sistematikasının tərtibində mühüm işlər görməyə imkan vermişdir.

Davranış xüsusiyyətləri arasında nikah davranışları xüsusi yer tutur, bu za­man heyvanların çıxardığı səslər onların sistemləşdirilməsində əvəzsiz rol oy­nayır. Çoxalma ərəfəsində gündüz kəpənəklərində, düzqanadlılarda rəng də­yi­şiklikləri, hərəkətlərində özünü nümayiş etdirmə halları müşahidə olunur.

Bu və ya başqa davranış xüsusiyyətləri molyusklar, xərçəngkimilər, hö­rüm­­çəkkimilər, həşərat, balıqlar, sürünənlər, quşlar və məməlilər arasında mü­şa­hidə olunur. Həşəratların bəzi dəstələri, quyruqsuz amfibilər, quşlar və mə­mə­­lilər üçün səs siqnalları xarakterik olsa da, sürünənlər və xərçəngkimilər üçün bu xüsusiyyət təsadüfi xarakter daşıyır.

Çoxalma ərəfəsində yengəclərin erkək fərdinin qısqaclarını qrunt süxur­la­rı­na sürtərək səs çıxarması və bu səsin dişi fərd tərəfindən qəbul olun­masına tez-tez rast gəlinir.

Tam çevrilmə ilə inkişaf edən həşəratlar sürfə mərfələsində mürəkkəb fi­zi­oloji dəyişikliklərə məruz qalır, pup mərhələsi yetkin mərhələyə oxşar olmasa da, onda yetkin formanın əlamətləri özünü göstərir. Əksər həşəratlar puplaş­ma­dan əvvəl özlərinə baramalar düzəldir və xarici mühitin fiziki-kim­yəvi təsir­lərindən qorunur. Bulaqçıların sürfələri puplaşmaq üçün özlərinə qın, bir çox kə­pə­nəklərin tırtılları və minicilərin sürfələri isə barama düzəldir. Mol­yusk­lar­da (Xenophora cinsi) qövqənin əmələ gəlməsi üçün müxtəlif mate­rial­lardan is­ti­fadə olunur ki, bu həmin heyvanların sistemləşdirilməsi üçün qiy­mətli mə­lu­mat mənbəyi hesab olunur.

Onurğalı heyvanlar arasında quşlarda diribaladoğma müşahidə olunmur, quşlar yumurta qoymaqla çoxalır. Çoxalma dövründə əksər quşların toxum­luq­larının həcmi 300-1000 dəfə artır. Quşların çoxalması və balaların bəslənməsi qi­­da bolluğu zamanı baş verir. Quşlar arasında cinsi dimorfizm yaxşı inkişaf et­mişdir. Quşların erkək fərdləri bəzəkli və iri olur (qızılquşların və bay­quş­ların erkək fərdləri kiçik olur), mürəkkəb mahnılar oxuyur. Quşların əksə­riyyəti er­kək və dişi fərd olmaqla cütlər əmələ gətirir, bəzi quşların (qartal, ququşu, qaz­lar) cütləri daimi olur, bəziləri isə (ördəklər) ancaq yumurtlama vaxtı cüt-cüt yaşayır. Belə quşlar


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin