Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə85/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   81   82   83   84   85   86   87   88   ...   95
heyvan qisaldmis

Dəri örtüyü. Həşəratın dəri örtüyü 3 qatdan ibarətdir: kutikula, hipoder­ma və bazal pərdəsi.

Kutikula həşəratın dərisinin xarici hissəsi olub, hüceyrəvi quruluşu yox­dur. Kutikula xarici skelet rolunu oynamaqla yanaşı, əzə­lələri özündə birləş­dirir, bə­dəndə olan suyun buxarlanmasının qar­şısını alır və bədəni xarici təsir­lər­dən mühafizə edir. Kutikula iki əsas qatdan ibarətdir. Onun xarici qatı epi­ku­tikula, daxili qatı isə prokutikula adlanır. Xarici epikutikula qatı çox nazikdir (1-4 mikron) və 2-5 qatdan ibarətdir. Tərkibində mum və yapışqanlı maddə var­­dır. Ona görə də suyu bədənə buraxmır və ən çox quru mühitdə yaşayan hə­şəratda yaxşı inkişaf etmişdir. Daxili prokutikula qatı xarici qata nisbətən qa­lındır (bir neçə yüz mikron) və 2 qatdan ibarətdir.



Qarıncıq (abdomen) bədənin üçüncü hissəsi olub, buğumludur və yet­kin for­ma­lar­da ayaqlardan məhrumdur. Primitiv quruluşlu formalar­da (bığcıq­sız­lar) qarın 11, düzqanadlılarda 9-10, bəzi pərdəqanadlı­larda, ikiqanadlılarda isə 4-6 buğumludur. Qarın buğumları (uromeres) döş buğumlarına nisbətən sadə qu­­ruluşlu olub, terqit, sternit və pleyritdən ibarətdir. Qarının qurta­raca­ğında tel­son (telson) adlanan his­­­sə vardır.

Qarın hissənin döşlə birləşməsi müxtəlifdir. Bu müxtəlifliyə görə, həşə­rat­da oturan, saplaqlı və asılqan qarın formaları vardır.



Həzm sistemi. Həşəratın həzm sistemi ağız dəliyi ilə başlayır və qarın his­səsinin axırıncı buğumunda anal dəliyi ilə nəhayətlənir. Bu dəliklər arasında bağırsaq kanalı yerləşmişdir. Bağırsaq üç hissədən – ön, orta və dal bağır­saq­dan ibarətdir. Bağırsaq həşəratın qidasından asılı ola­raq müxtəlif uzunluqda olur. Adətən, qansoran və bitki şirəsi ilə qidalanan həşəratda ba­ğır­saq daha uzun olur.

Həşəratda 3-4 cüt və daha çox tüpürcək vəzləri vardır. Bu vəzlər əsasən çə­nə­lərlə və üst dodaqla əlaqədardır. Vəzlərin axarı ağız boşluğuna və ya xor­tu­ma açılır. Qidalanmasından asılı olaraq həşəratda həzm sistemi müxtəlif quruluş­dadır.



Ön bağırsaq udlaq, qida borusu, çinədan və əzələli mədəni təş­kil edir. Ud­­laq və qida borusu qidanın bağırsağa keçməsinə xidmət edir. Çinədan qida an­barı vəzifəsini görür. Əzələli mədə və ya pro­ventrikul qa­lın əzələli divara ma­lik­dir və möhkəm xitin dişciklə təchiz olunmuş­dur. Bu xitin dişciklər qida­nın mexaniki xırdalan­ma­sına xidmət edir. Düzqanadlılar, tarakankimilər, bö­cək­lər və s. gəmirici ağız or­qan­­ları olan həşəratda əzələli mədə yaxşı inkişaf etmişdir. Arı və iki­qanadlıların böyük əksəriyyətində isə əzələli mədə zəif inkişaf et­mişdir. Həşəratın ön və orta bağırsağın sər­həddində həlqəvi bü­küş­lü kar­dial klapan vardır. Bu klapan qida­nın orta bağırsaqdan önə qayıtma­sının qarşısını alır və qidanı orta bağırsağa ötürür.

Orta bağırsaq müxtəlif quruluşludur və əsasən boruşəkillidir. Əksər hal­da ön hissəsində bir neçə kor çıxıntısı olur. Bu kor çıxıntılar büküşlüdür və orta bağır­sa­ğın epiteli səthini genişləndirir. Bağırsağın bu hissə­sin­də həzm fer­ment­lərinin iştirakı ilə qida həzm olunur, bədənə sorulur və tullantı mad­dələri isə dal bağırsağa ötürülür.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin