Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə84/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   80   81   82   83   84   85   86   87   ...   95
heyvan qisaldmis

Ağız orqanları. Qidanın müxtəlifliyindən asılı olaraq, həşəratda ağız or­qan­ları müxtəlif dəyişikliyə uğramışdır. Lakin, ayrı-ayrı hissələrinin quruluşu­na və yerləşməsinə görə bir-biri­nə oxşardırlar.

Ağız orqanları üst dodaqdan (labrum), 3 cüt ağız ətraflarından və dilə­bən­zər çı­xıntıdan (hypopharynx) ibarətdir. 3 cüt ağız ətraflarına bir cüt üst çə­nə­lər və ya mandibula (mandibulae), bir cüt alt çənələr və ya maksilla (maxil­lae) və xari­cən cüt olmayan buğumlu alt dodaq (labium) daxildir.

Həşəratın ağız orqanlarının quruluşu onların təsnifatında mühüm əlamət hesab edilir. Qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız or­qanları inkişaf etmişdir: gəmirici, gəmirici-yalayıcı, sorucu, san­cıcı-sorucu, kəsici-so­rucu, yalayıcı. Hər bir ağız orqanlarının özünəməxsus xüsusiyyətləri və quru­luşları vardır.

Döş (thorax) bədənin ikinci hissəsi olub, 3 buğumdan ibarətdir. Bu bu­ğum­­lar ön (prothorax), orta (mesothorax) və dal (metathorax) döş adlanır. Hər bir buğum üst yarımhəlqədən – terqit və ya arxacıq­dan (notum), alt yarımhəlqə­dən – sternit və ya döşcükdən (sternum) və 2 yan yarımhəlqələrdən – pleyrit­dən ibarətdir.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin