Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə105/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   101   102   103   104   105   106   107   108   ...   484
80 
illiyi
Tarix
23
MART


80
Ə d ə b i y y a t 
Siyasi tarix - XX 
əsr /İ.Məmmədov, 
Ç.Məmmədov; red. 
İ.Əliyev.- Bakı: Adiloğlu, 
2004.- 358 s.
Siyasi tarix - ХХ əsr: 
Ümumdünya ictimai-siyasi 
proseslər /İ.Məmmədov, 
Ç.Məmmədov; red. 
H.Aslanov.- Bakı: Çıraq, 
2003.- 330 s. 
 Siyasi tarix XX əsr: 
[dərslik] /İ.Məmmədov, 
Ç.Məmmədov; red. 
B.Abdullayev; rəyçi.: 
H.Aslanov, H.Hacıyev.- 
Bakı: Çıraq, 2006.- 346 s. 
Azərbaycan tarixi: XX 
əsr - XXI əsrin əvvəlləri: 
mühazirələr kursu: dərs 
vəsaiti /İ.Məmmədov, 
Ç.Məmmədov.- Bakı:   
UniPrint, 2010.- 336 s. 
İ n t e r n e t d ə
www.elibrary.azlib.net
www.az.wikipedia.org
www.anl.az
www.muallim.edu.az
Alim
İsaq Məmmədov 
1925-2011  
İsaq Mustafa oğlu Məmmədov  
1925-ci il mart ayının 24-də Qubadlı 
rayonunun Qaracalı  kəndində anadan  
olmuşdur. 
Onun atası,  bölgədə  adlı-sanlı şəx-
siyyət kimi tanınan Mustafa kişi  rep-
ressiyanın qurbanı olmuş, balaca İsaq 
atasız yaşamış, anasının və yaxın qo-
humlarının himayəsində böyümüşdü.
1942-ci ildə  kənd orta məktəbini  
və  Şuşa pedaqoji kurslarını bitirərək 
doğma kəndindəki natamam orta 
məktəbdə  müəllimlik etmiş, dərs hissə 
müdiri vəzifəsində çalışmış, kənd  so-
vetinin katibi işləmişdi. 1944-cü ildə 
Azərbaycan Dövlət Universitetinin 
(indiki BDU) tarix fakültəsinə daxil 
olaraq, fərqlənmə diplomu ilə  təhsilini  
başa vurmuş, 1949-cu ildə aspirantura-
ya qəbul olunmuşdu. 
1952-ci ildə ADU-ya müəllim 
vəzifəsinə təyin edilmiş və  beləliklə
istedadlı gəncin  həyatında  yeni dövr  
başlamışdı. Ömrünün 30 ilini bu 
təhsil müəssisəsinə həsr etmiş, burada 
assistentdən professora  qədər ucal-
mışdı.
İsaq Məmmədov 1955-ci ildə 
namizədlik, 1974-cü ildə doktorluq 
dissertasiyasını  müdafiə etmiş, 1976-
cı ildə professor adını almışdı.
1977-1978-ci illərdə Azərbaycan 
Dövlət Tibb Universitetində kafedra 
 
müdiri, 1978-1984-cü illərdə Naxçı-
van Dövlət Pedaqoji Universitetinin 
rektoru, daha sonra 10 il ADNA-da 
Tarix kafedrasının müdiri, 2005-ci 
ildən ömrünün sonuna qədər kafedra-
nın professoru vəzifəsində çalışmışdır.
O, 200-ə  qədər  elmi  məqalənin, 
“Qəhrəmanlıq tarixindən səhifələr”, 
“Unudulmaz rəşadət”, “İnqilabi 
ənənələr və gənclik”, “Ənənələr tərbiyə 
edir” kitablarının, “XX əsrdə ümum-
dünya tarixi proseslər”, “Azərbaycan  
tarixi”, “Yeni tarix”, “Ümumdünya 
ictimai prosesləri”, “Təlatümlü illər” 
və “Siyasi tarix” dərslikləri və  dərs  
vəsaitlərinin müəllifidir. 
Elm sahəsində  böyük  xidmətlərinə 
görə professor İsaq Məmmədov 1981-
ci ildə Azərbaycan Respublikası Ali 
Soveti Rəyasət Heyətinin fərmanı ilə  
“Əməkdar elm xadimi” fəxri adına,  
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi  təqaüdünə layiq görülmüş-
dür.  
O, çoxsaylı  İttifaq və respublika 
 
miqyaslı elmi konfransların iştirakçısı 
olmuş və məruzələrlə çıxış etmişdir.
Professor İsaq Məmmədov respub-
likamızın ictimai həyatında fəal iştirak 
etmiş, 1980-1985-ci illərdə Naxçıvan 
Muxtar Respublikası Ali Sovetinin de-
putatı seçilmiş, Naxçıvan şəhər rəhbər 
orqanlarının, müxtəlif müdafiə şurala-
rının üzvü kimi fəaliyyət göstərmişdir.
İsaq Mustafa oğlu Məmmədov 
2011-ci il sentyabr ayının 8-də  vəfat 
etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin