Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə106/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   102   103   104   105   106   107   108   109   ...   484
90 
illiyi
Tarix
24
MART


81
Mədəniyyət.Maarif.Elm
100 
illiyi
Əkbər Ağayev 
1915-1989
MART
Əkbər Məmməd oğlu Ağayev 1915-
ci il mart ayının 21-də  Şuşada anadan 
olmuşdur. 
1937-ci ildə Azərbaycan Pedaqoji 
İnstitutunun dil və  ədəbiyyat  şöbəsini 
bitirmişdir. 
Moskva Ali Diplomatiya Məktəbində 
oxumuş, bir müddət “İzvestiya” qəzeti 
və Sovet İttifaqı Teleqraf Agentliyi re-
daksiyalarında çalışmışdır.
Sonradan Bakıya qayıdan  Əkbər 
Ağayev bir sıra mətbuat orqanlarında 
ədəbi işçi, məsul katib, şöbə müdiri və 
redaktor kimi fəaliyyət göstərmişdir. O, 
Azərbaycan Pedaqoji, Xarici Dillər ins-
titutlarında, BDU-da müəllim, kafedra 
müdiri və fakültə dekanı  vəzifələrində 
işləmişdir. Nizami adına  Ədəbiyyat 
İnstitutunda fəaliyyətinə davam etmiş, 
burada da şöbə müdiri vəzifəsində ça-
lışmışdır.
Ədəbi fəaliyyətə XX əsrin 30-
cu illərində başlayan  Əkbər Ağa-
yev Azərbaycan  ədəbiyyatının aktual 
məsələləri ilə bağlı araşdırmalar apa-
raraq, qısa zamanda tələbkar tənqidçi 
kimi tanınmışdır. 
Tərcümə  sənəti ilə  də yaxından 
məşğul olan müəllif   dünya ədəbiyyatının 
görkəmli nümayəndələrinin  əsərlərini 
dilimizə  tərcümə etmişdir. A.S.Puşkin, 
M.Y.Lermontov, A.A.Çexov, L.N. 
Tolstoy və başqa rus ədiblərindən 
tərcümələri vardır. Xarici ölkə yazıçı-
larından D.Defonun “Robinzon Kru-
zo”, F.Lankerin “Uşaqlar və  xəncər”, 
O.Sekoranın “Qarışqalar təslim olmur”, 
N.Kalmanın “Qara Salli”, Jül Vernin 
“Arxipelaq alovlanır”, Ç.Dikkensin 
“Oliver Tvistin macəraları”,  A.Qaydarın 
“Seçilmiş hekayələri”, N.K.Karamzinin 
“Zavallı Liza”, V.Korolenkonun “Qəribə 
qız”, Bualonun “Poeziya sənəti”, 
V.Belinskinin “Seçilmiş məqalələri” və 
s. kitab halında nəşr olunmuşdur.
O, bir ədəbiyyatşünas kimi ədəbiyyat 
tarixi, onun bilavasitə nəzəri məsələləri 
haqqında, eləcə  də Nizami Gəncəvi
Məhəmməd Füzuli, Qasım bəy Zakir, 
Əbdürrəhim bəy Haqverdiyev və digər 
Azərbaycan klassiklərinin yaradıcılığı-
na güzgü tutaraq sanballı əsərlər yarat-
mışdır. 
Əkbər Ağayev eyni zamanda, başqa 
xalqların ədəbi nümunələrini tədqiq et-
miş, bu sahədə də mükəmməl tədqiqatçı 
kimi tanınmışdır. Onun “Qədim yunan 
ədəbiyyatı tarixinin oçerkləri” (1938), 
“M.Y.Lermontov və Azərbaycan” 
(1941), “A.I.Gertsen” (1962) adlı kitab-
ları dediklərimizə nümunədir. 
Sağlığında 6 kitabı, 20-yə yaxın 
tərcümə nəşri işıq üzü görüb.
Azərbaycanın  Əməkdar ali məktəb 
işçisi,  filologiya elmləri doktoru, pro-
fessor  Əkbər Ağayev 1989-cu il mart 
ayının 2-də Bakıda vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin