Üzeyir Hacıbəyli 1885-1948 SENTY ABR Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli
1885-ci il sentyabr ayının 18-də
Azərbaycanın dilbər guşələrindən
olan Şuşada anadan olmuşdur. İlk
təhsilini buradakı ikisinifli rus-türk
məktəbində almışdır. Şuşanın zəngin
musiqi-ifaçılıq ənənələri Hacıbəylinin
musiqi tərbiyəsinə müstəsna təsir
göstərmişdir.
Onun ilk müəllimi Azərbaycan
musiqisinin gözəl bilicisi, dayısı
A.Əliverdibəyov olmuşdur. O, 1899-
1904-cü illərdə Qori Müəllimlər Se-
minariyasında təhsil almış, dünyagö-
rüşünün formalaşmasında seminariya
böyük rol oynamışdır. Hacıbəyli se-
minariya illərində qabaqcıl dünya
mədəniyyəti ilə yaxından tanış ol-
muşdur. O, burada Avropa musiqi
klassiklərinin əsərlərini mənimsəmiş,
skripkada çalmağı öyrənmiş, xalq
mahnı nümunələrini nota köçürmüş-
dür. Seminariyanı bitirdikdən sonra
1904-cü ildə Cəbrayıl qəzasının Had-
rut kəndinə müəllim təyin edilmişdir.
Üzeyir bəy Hacıbəyli Rusiyada
1905-1907-ci illər inqilabı ərəfəsində
Bakıya gəlmiş, Bibiheybətdə, sonra-
lar isə “Səadət” məktəbində dərs de-
miş, 1907-ci ildə Bakıda Azərbaycan
türkcəsində “Hesab məsələləri” və
“Mətbuatda istifadə olunan siyasi, hü-
quqi, iqtisadi və əsgəri sözlərin türki-
rusi və rusi-türki lüğəti”ni nəşr etdir-
mişdir.
Bədii yaradıcılığa publisistika ilə
başlamışdır. O, “Kaspi”, “Həyat”, “İr-
şad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”,
“Yeni iqbal” qəzetlərində və “Mol-
la Nəsrəddin” jurnalında “Ordan-
burdan”, “O yan-bu yan” və s. başlıqlar
altında “Ü”, “Filankəs”, “Behmankəs”
və s. gizli imzalarla dövrün mühüm
ictimai-siyasi, maarifçilik məsələlərinə
dair çoxlu məqalə, felyeton və satirik
miniatürlər dərc etdirmişdir.
Dahi bəstəkar, pedaqoq, ictimai
xadim, musiqişünas-alim və publisist
Üzeyir Hacıbəyli milli musiqimizdə
köklü dönüş yaratmışdır. Onun 1908-
ci il yanvar ayının 12-də Bakıda Hacı
Zeynalabdin Tağıyevin teatrında
göstərilən “Leyli və Məcnun” opera-
sı ilə təkcə Azərbaycanda deyil, bütün
müsəlman Şərqində opera sənətinin
əsası qoyulmuşdur. O, operanın lib-
rettosunu Füzulinin eyniadlı poeması
əsasında yazmışdır.
1909-1915-ci illərdə bir-birinin ar-
dınca “Şeyx Sənan” (1909), “Rüstəm
və Söhrab” (1910), “Şah Abbas və
Xurşud banu” (1912), “Əsli və Kərəm”
(1912), “Harun və Leyla” (1915) mu-
ğam operalarının librettosunu xalq
dastanları və rəvayətlər, Firdovsi-
nin “Şahnamə” əsərinin motivləri
əsasında yazmışdır. Xalq dastanı
əsasında bəstələdiyi “Əsli və Kərəm”
operasında muğamatla bərabər aşıq
musiqisindən də istifadə etmişdir.
Azərbaycanda musiqili komediya
janrının yaradıcısı (komediyalarının
mətnini də özü yazmışdır) olmuşdur.
Onun “Ər və Arvad” (1909, ilk tama-
şası: 1910), “O Olmasın, bu Olsun”
(1910, ilk tamaşası: 1911), “Arşın Mal
Alan” (1913) musiqili komediyala-
rında inqilabdan əvvəlki Azərbaycan
məişəti, xalq adət və ənənələri əksini
tapmışdır. Üzeyir bəy 1911-ci ildə