249
7
Musiqi.Opera.Balet
Əbdül Müslüm Maqomayev
1885-1937
SENTY
ABR
Əbdül Müslüm Məhəmməd oğlu Ma-
qomayev 1885-ci il sentyabr ayının 18-
də Qroznı şəhərində anadan olmuşdur.
1899-1904-cü illərdə Qroznıda ikiillik
şəhər məktəbini bitirdikdən sonra Qori
Müəllimlər Seminariyasında oxumuş-
dur. Təhsil
illərində musiqiyə böyük
maraq göstərmiş, burada ilk əsərlərini
yazmış, Ü.Hacıbəyli ilə tanış olmuşdur.
1905-1911-ci illərdə Şimali Qaf-
qazın Bekoviç kəndində,
Lənkəran
şəhər məktəbində müəllimlik etmişdir.
Məktəbdə xor, dram dərnəyi, orkestr
təşkil etmiş, bir çox xalq mahnılarını
nota yazmışdır. 1911-ci ildə Bakıya köç-
müş, Azərbaycan opera teatrında skrip-
kaçı işləmişdir. 1912-ci ildən etibarən
opera tamaşalarına
dirijorluq edən Müs-
lüm Azərbaycanın ilk opera dirijoru ol-
muşdur.
1916-cı ildə yazdığı ilk əsəri “Şah İs-
mayıl” operası onun fitri istedada malik
olduğunu aydın göstərmişdi. Azərbaycan
opera repertuarında görkəmli və şərəfli
yer tutan “Şah İsmayıl” əsəri, onun
gözəl melodiyaları, əsərdə gördüyümüz
surətlərin musiqi səciyyəsi,
mahir usta-
dın sənətə bəslədiyi saf və səmimi bir
məhəbbətin gözəl nümunəsidir.
1927-ci ildə onun ümumi redaktəsi
ilə “Azərbaycan türk el nəğmələri”
məcmuəsi nəşr edilmişdir. 1929-cu ildən
Azərbaycan radio verilişlərinin musiqi
şöbəsinə bədii
rəhbər təyin olunmuş,
1934-cü ildən Azərbaycan Opera və Ba-
let Teatrının direktoru, bədii rəhbəri və
baş dirijoru vəzifələrində çalışmışdır.
Bəstəkarın yaradıcılığında
ən
önəmlisi, yeni musiqi əsərinin “Nərgiz”
operasının yaradılması olmuşdu. Bu
operada ilk dəfə olaraq baş qəhrəman
rolunda sadə kəndli qızı çıxış etmişdir.
1935-ci ildə böyük yaradıcılıq
müvəffəqiyyəti olan “Nərgiz” operası
ictimaiyyətin
diqqətini cəlb etmiş, mu-
siqi mütəxəssislərinin yüksək qiymətinə
layiq görülmüşdür. Klassik opera
ənənələri əsasında bəstələnmiş “Nərgiz”
operasının musiqi dili Azərbaycan xalq
musiqisi intonasiyaları ilə aşılanmış-
dır. 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan
mədəniyyəti ongünlüyündə
bu opera çox böyük müvəffəqiyyət qa-
zanmışdır.
O, həmçinin “Ölülər”, “1905-ci
ildə” dram tamaşalarına, “Azərbaycan
incəsənəti”, “Bizim raport” və s. sənədli
filmlərinə musiqi bəstələmişdir. O, bö-
yük sənətkar, tarzən Q.Pirimovun çalğı-
sından “Rast” muğamını nota yazmış və
bu, Azərbaycan musiqisində muğamın
nota yazılması sahəsində ilk təcrübə he-
sab edilmişdir. Həmçinin, 300-dən artıq
xalq mahnı və rəqslərini
nota köçürmüş-
dür. Onun son əsəri “Xoruz bəy” mü-
siqili komediyasına yazmağa başladığı
musiqi idi, lakin bu iş tamamlanmamış
qalmışdır.
O, 1936-cı ildə “Azərbaycan SSR
Əməkdar incəsənət xadimi” fəxri adına
layiq görülmüşdür.
Müslüm Maqomayev 1937-ci il iyun
ayının 28-də Nalçik şəhərində vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev 2005-ci il sentyabr
ayının 20-də Müslüm Maqomayevin
120 illik yubileyinin keçirilməsi haqqın-
da Sərəncam imzalamışdır.
Dostları ilə paylaş: