Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə326/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   322   323   324   325   326   327   328   329   ...   484
Ə d ə b i y y a t
Rəhimli, R. Həmişə 
təravətli sənət 
/R.Rəhimli; red. 
S.Niyazqızı.- Bakı: Nağıl 
evi, 2005.-350 s.
İltifat. Səyavuş Aslanı 
itirdik: Milli səhnədə 
daha “mogikan” qal-
madı /İltifat //Ekspress.- 
2013.- 28 iyun.- S.2;11.
Səyavuş Aslan 
təkrarolunmaz 
sənətkardır: Əliqismət 
Lalayev: “O, Musi-
qili Komediya Teatrı 
tarixində yadda qalacaq 
böyük aktyorlardandı” 
//Üç nöqtə.- 2013.- 10 
iyul.- S. 13.
Vahid, T. Səyavuş Aslan 
“Fəxri diplom” la təltif 
edildi: Görkəmli sənətkar 
bu mükafata Azərbaycan 
incəsənətindəki 
xidmətlərinə görə 
layiq görülüb /T.Vahid 
//Mədəniyyət.-2010.- 8 
sentyabr.- S. 4.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.medeniyyet.az
5
Aktyor


252
0
Teatr.Kino
75 
illiyi
Vasif Babayev 
1940
SENTY
ABR
Vasif Hacıağa oğlu Babayev 1940-cı il 
sentyabr ayının 16-da Bakı şəhərində anadan 
olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət 
İncəsənət İnstitutunu bitirmişdir.
1964-cü ildən Azərbaycan Dövlət Tele-
viziya və Radio Verilişləri Komitəsində 
əvvəlcə rejissor köməkçisi, assistenti, re-
jissoru olmuş, 1966-cı ildə Leninqrad Te-
leviziyası nəzdində Ali Televiziya rejissoru 
kurslarını bitirmişdir. 1969-cu ildən isə tele-
viziyanın baş rejissoru, 1969-1987-ci illərdə 
onlarla genişformatlı “Yeni il mavi işıq” tele-
viziya proqramları və bayram ve-rilişlərinin 
quruluşçu rejissoru olmuşdur.
1967-1986-cı illərdə Bolqarıstan, Yuqos-
laviya, Avstriya, Macarıstan, Yunanıstan, 
İran, Türkiyə, Malta, İspaniya Fransa, İtali-
ya kimi xarici ölkələrdə çəkilişlər apararaq 
verilişlər və kinofilmlər yaratmışdır. O, jur-
nalist Nadejda İsmayılova ilə birlikdə 1988-
ci ilin əvvəllərində kino-televiziya tarixində 
ilk dəfə olaraq araşdırmalar apararaq “Mi-
kayıl Müşfiq”, “Abbaz Mirzə  Şərifzadə”, 
“Ülvi Rəcəb”, “Ruhulla Axundov”, “Hüseyn 
Rəhmanov”, “Salman Mümtaz” kimi “siya-
si məhbuslar”ın şəxsi işləri əsasında bir sıra 
silsilə verilişlər hazırlamışdır.
1991-ci ildə Azərbaycan Dövlət Tele-
radio Verilişləri Komitəsinin bədii rəhbəri 
vəzifəsinə  təyin edilmişdir. 1994-1996-
cı illərdə “MİR” dövlətlərarası Teleradio 
şirkətinin direktoru, 1996-1999-cu illərdə 
“Sara” müstəqil Teleradio şirkətinin icraçı 
direktoru, 2001-2006-cı illərdə Moskvada 
Rusiyanın “İnter-Az” müstəqil Teleradio 
şirkətinin vitse-prezidenti olmuşdur. 40-a 
yaxın sənədli filmin müəllifi və rejissorudur. 
Bu filmlərin bəziləri müxtəlif kinoforumlar-
da mükafatlara layiq görülmüşdür. 
1970-1982-ci illərdə ulu öndər Heydər 
Əliyevin iştirakı ilə keçirilən, demək olar, 
bütün vacib dövlət və hökumət tədbirlərinin, 
televiziya verilişlərinin və canlı yayımlanan 
proqramların aparıcı rejissoru olmuşdur. 
1973-cü ildən Kinematoqrafçılar  İttifaqları 
Konfederasiyasının üzvüdür.
O, 1972-1987-ci illərdə R.Həsənoğlu ilə 
birlikdə iki ildən bir SSRİ Mərkəzi televizi-
yasından İntervideniye sistemi ilə Avropaya 
yayımlanan iki saatlıq Azərbaycan haqqında 
proqramların müəllifi və rejissoru olmuşdur. 
V.Babayev ümummilli lider Heydər 
Əliyevin televiziya və kino salnaməsinin ya-
radıcılarından biridir. 2000-ci ildən Peşəkar 
Azərbaycan kinorejissorları gildiyasının üz-
vüdür. Dövri mətbuatda dəfələrlə  çıxış et-
mişdir.
Görkəmli televiziya və kino rejissoru Va-
sif Babayev 1967-ci ildə Azərbaycan SSR 
Ali Sovetinin Fəxri fərmanı ilə  təltif edil-
miş, 1977-ci ildə “Azərbaycanın Əmək-dar 
artisti”, 1981-ci ildə “SSRİ Televiziya və 
radio  əlaçısı”, 1989-cu ildə “Xalq artisti” 
fəxri adına respublikamızda layiq görül-
müş ilk televiziya rejissorudur. 1995-ci ildə 
“MİR” Dövlətlərarası teleradio şirkətinin 
Azərbaycan nümayəndəliyinin direktoru 
işləyərkən beynəlxalq “Humay” mükafa-
tını almış, 1999-cu ildə “Akademik Yusif 
Məmmədəliyev” medalı ilə  təltif edilmiş-
dir. 2004-cü ildə Beynəlxalq Televiziya və 
Radio Akademiyasının akademiki olmuş, 
2005-ci ildə Azərbaycan Respublikası 
Prezidentinin fərdi təqaüdçüsüdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin