Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə322/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   318   319   320   321   322   323   324   325   ...   484
18
130 
illiyi
Bəstəkar


musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, 
həmin il burada filarmonik cəmiyyətin musiqi kurs-
larında, 1913-cü ildə isə Peterburq konservatoriya-
sında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin 
yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal 
alan” musiqili komediyasını  məhz burada yarat-
mışdır.
Görkəmli bəstəkar 1921-ci ildə Bakıda 
Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini 
- Azərbaycan Dövlət Türk Musiqi Məktəbini 
(sonralar texnikum) təşkil etmişdir. 1926-cı 
ildən Azərbaycan Dövlət Konservatoriyasında 
fəaliyyət göstərmiş  və burada nəzəriyyə, harmo-
niya, Azərbaycan musiqisinin əsasları fənlərindən 
dərs demiş, konservatoriya yanında ilk çoxsəsli 
Azərbaycan xor kollektivini yaratmış, 1931-ci ildə 
Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq 
çalğı alətləri orkestrini təşkil etmişdir.
1937-ci ildə Ü.Hacıbəyli Avropa operası-
nın prinsiplərini milli musiqimizin üslubu ilə 
mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı 
əsasında özünün şah  əsəri - “Koroğlu” operasını 
yazmışdır. Bu operada ilk dəfə olaraq klassik opera 
formasına riayət edərək bitkin ariyalar, kütləvi xor 
səhnələri, müxtəlif ansambllar, balet nömrələri, 
reçitativlər yaratmışdır.
Onun musiqi səhnə əsərləri içərisində məhəbbət 
və xeyirxahlığı tərənnüm edən, cəhalətə qarşı çıxan 
“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal 
alan” musiqili komediyaları xüsusi qeyd olunma-
lıdır. Bəstəkarın “Arşın mal alan” musiqili kome-
diyası ingilis, alman, çin, ərəb, türk, fars, polyak, 
ukrayna, rus, belarus, gürcü və s. dillərə tərcümə 
edilmiş, Moskvada, Nyu Yorkda, Parisdə, London-
da, Tehranda, İstanbulda, Qahirədə, Berlində, Var-
şavada, Pekində, Sofiyada, Budapeştdə, Buxarestdə 
və s. şəhərlərdə tamaşaya qoyulmuş, dəfələrlə ek-
ranlaşdırılmışdır.
O, həmçinin bir neçə kantatanın xalq çalğı 
alətləri orkestri üçün “Çahargah” və “Şur” fanta-
ziyalarının, “Aşıqsayağı”, “Şəfqət bacısı”, “Yax-
şı yol” və digər mahnıların, Nizaminin sözlərinə 
məşhur “Sənsiz” və “Sevgili canan” romansları-
nın müəllifidir. Azərbaycan Respublikasının ha-
zırki, eləcə  də keçmiş himnini məhz Üzeyir bəy 
Hacıbəyli bəstələmişdir. 
Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk 
musiqi təhsil ocağı - konservatoriya (hazırki Bakı 
Musiqi Akademiyası) 1921-ci ildə  məhz onun 
səyi nəticəsində yaradılmışdır. Üzeyir bəy özü də 
konservatoriyada dərs demiş, 2 dəfə Azərbaycan 
Dövlət Konservatoriyasının rektoru (1928-1929, 
1939-1948) vəzifəsində çalışmışdır. Azərbaycan 
musiqisinin görkəmli xadimləri Qara Qarayev, 
Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Ağaba-
cı Rzayeva, Şəfiqə Axundova və başqaları Üzeyir 
Hacıbəylinin sinfində  təhsil almışdır. Ölkəmizdə 
ilk çoxşaxəli xoru, notla çalan ilk çalğı orkestrini 
də Üzeyir bəy yaratmışdır.
Hacıbəyli həm də böyük musiqişünas alim idi. 
O, müasir Azərbaycan elmi musiqişunaslığının 
əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr 
yazmış, tədqiqatlar aparmışdır. Milli musiqimizin 
tədqiqinə son dərəcə böyük əhəmiyyət verən dahi 
bəstəkar 1927-ci ildə Müslüm Maqomayevlə birgə 
Azərbaycanda ilk dəfə el nəğmələrinin not yazıla-
rını  dərc etdirmişdir. “Azərbaycan xalq musiqisi-
nin əsasları” adlı sanballı elmi əsərin müəllifidir. 
1935-ci idə “Azərbaycanın  əməkdar incəsənət 
xadimi”, 1938-ci ildə “SSRİ Xalq artisti” fəxri ad-
larına layiq görülmüş, 1941-ci ildə Stalin Müka-
fatı, “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” 
ordeni laureatı olmuşdur.  
O 1940-cı ildə professor, 1945-ci ildə Elmlər 
Akademiyasının (indiki AMEA) akademiki olmuş-
dur. 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar 
İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan 
EA (indiki AMEA) İncəsənət İnstitutunun direkto-
ru  olmuşdur.
Ü. Hacıbəyli təmiz qəlbli, yüksək mənəviyyatlı, 
təvazökar və xeyirxah bir insan kimi də xüsusi 
məhəbbətlə xatırlanır.
Dünya  şöhrətli bəstəkar, görkəmli musiqişü-
nas alim, publisist, dramaturq, pedaqoq və icti-
mai xadim, müasir Azərbaycan professional mu-
siqi sənətinin və milli operasının banisi Üzeyir 
Hacıbəyli 1948-ci il noyabr ayının 23-də vəfat et-
mişdir. 
Üzeyir bəy Hacıbəylinin anadan olmasının 
100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. 
UNESKO-nun görkəmli  şəxsiyyətlərin ildönümü 
və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən 
Ü. Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da 
qeyd edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab            
İlham  Əliyevin 23 fevral 2010-cu il tarixli 
Sərəncamı ilə Üzeyir Hacıbəylinin 125 illik yubi-
leyi təntənəli şəkildə keçirilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin