83
Kimya.Biologiya.Tibb
90
illiyi
Siddiqə Məmmədova
1925
MART
Siddiqə Rza qızı Məmmədova 1925-
ci il mart ayının 8-də Naxçıvan MR,
Şərur rayonunun Şəhriyar
kəndində ana-
dan olmuş və orda natamam orta məktəbi
bitirmişdir.
1940-cı ildə Gəncə şəhərində Kənd
Təsərrüfatı Texnikumuna daxil olmuş,
1943-cü ildə texnikumu bitirmişdir.
1943-1947-ci illərdə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun aqronom-
luq fakültəsində oxumuşdur.
1948-ci ildə AKTİ-də entomologi-
ya ixtisası üzrə aspiranturaya
daxil ol-
muşdur. Aspiranturanı bitirdikdən son-
ra 1952-ci ildə kənd təsərrüfatı elmləri
namizədi alimlik dərəcəsi almışdır.
1952-ci ildən 1963-cü ilə qədər AKTİ-
də assistent, dosent vəzifələrində, o
cümlədən fakültə partiya təşkilatının ka-
tibi işləmişdir. 1963-cü ildə Azərbaycan
Elmi Tədqiqat Bitki Mühafizə İnstitu-
tunun direktoru təyin edilmişdir. 1971-
ci ildə biologiya elmləri doktoru elmi
dərəcəsi almışdır.
1973-cü ildə professor
elmi rütbəsini
almış, 1983-cü ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 2001-ci
il iyun ayının 29-da Azərbaycan Milli
Elmlər Akademiyasının
həqiqi üzvü se-
çilmişdir.
Hal-hazırda AMEA-nın Biologiya
bölməsi üzrə yaradılan Koordinasiya şu-
rasının Bitkiçilik və Bitki mühafizə üzrə
sədridir.
O, 210-dan artıq elmi əsərin, 5
tədris
vəsaitinin, 2 soraq kitabının, 3 monoq-
rafiyanın, 7 ixtiranın, 2 pestisidlər ka-
taloqunun müəllifidir.Yüksəkixtisaslı
kadrların hazırlanması da alimin daim
diqqət mərkəzindədir. Onun
rəhbərliyi
ilə institutda 5 elmlər doktoru və 70-dən
çox elmlər namizədi hazırlanmışdır. İki
elmlər doktoru, 15 elmlər namizədinin
rəhbəri şəxsən özü olmuşdur. Hal-hazırda
iki doktorantın elmi məsləhətçisidir.
Uzun müddət “Bilik” cəmiyyəti
Gəncə şəhər şurasına sədrlik etmişdir.
Ümumittifaq “Bilik” cəmiyyəti yaran-
masının 30 illiyi və respublikamızda
elmi biliklərin inkişafında
xidmətlərinə
görə 1977-ci ildə ümumittifaq “Bilik”
cəmiyyətinin təşəkkürnaməsi və ordeni
ilə, 1980-ci ildə isə “Fəal işə görə” döş
nişanı ilə təltif edilmişdir.
Akademik Azərbaycanda kənd təsər-
rüfatı elminin inkişafında xidmət-lərinə
görə 1967-ci ildə “Şərəf Nişanı”, 1967-
ci ildə “Əməkdə igidliyə görə”, 1981-ci
ildə “Əməkdar elm xadimi” fəxri adına
layiq görülmüşdür. 1982-ci ildə “Əmək
Veteranı” medalları, 2 dəfə (1971,1978)
“Qırmızı Əmək Bayrağı”, 2000-ci ildə
müstəqil dövlətimizin “Şöhrət”, 2010-
cu ildə “Şərəf”
ordenləri ilə təltif olun-
muşdur. 15 dekabr 2010-cu il tarixdə
akademik S.R.Məmmədova Türkiyə
Cümhuriyyətinin Türk Dünyası Araşdır-
maları Beynəlxalq Elmlər Akademiyası
Rəyasət Heyətinin qərarı ilə Akademiya-
nın üzvü diplomu və Beynəlxalq “Qızıl
ulduz” medalı ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: