85
Texnika
60
illiyi
Natiq Cavadov
1955
MART
Natiq Hacı oğlu Cavadov 1955-ci
il mart ayının 8-də Ağdam rayonunun
Əliağalı kəndində anadan olmuşdur.
1971-ci ildə Bakı şəhərindəki 132
saylı orta məktəbi bitirmiş, həmin il
Azərbaycan Dövlət Universitetinin fi-
zika fakültəsinə daxil olmuş və 1979-
cu ildə oranı bitirmişdir.
Əmək fəaliyyətinə 1974-cü ildə
Bakı Tunel Tikinti İdarəsində fəhlə
kimi başlamışdır. 1975-1977-ci illərdə
hərbi xidmətdə olmuşdur.
1978-2003-cü illərdə Azərbaycan
Milli Aerokosmik Agentliyində tex-
nik, böyük texnik, mühəndis, böyük
mühəndis, aparıcı mühəndis, partiya
komitəsinin katibi, daha sonra Ağdam
Mexaniki və Bakı şəhərindəki Kosmik
Cihazqayırma zavodlarının direktoru
işləmişdir.
2003-cü ildən Azərbaycan Respub-
likası “Sənayeavtomatika” İstehsalat
Birliyinin Baş direktorudur.
Natiq Cavadov 1997-ci ildə texni-
ka elmləri namizədi, 2007-ci ildə tex-
nika elmləri doktoru elmi dərəcələrini
almışdır.
2003-cü ildən Beynəlxalq
Mühəndislik Akademiyasının, 2006-
cı ildən isə Azərbaycan Mühəndislik
Akademiyasının həqiqi üzvüdür.
2008-ci ildən Azərbaycan Texniki
Universitetinin professoru, həmçinin
Beynəlxalq Ekologiya və Təbiətdən
İstifadə Akademiyasının akademiki-
dir.
2009-cu ildən “Azərbaycan
Mühəndislik Akademiyasının
xəbərləri” elmi-texniki jurnalının,
2011-ci ildən isə Moskvada nəşr
edilən “Neft sənayesində avtomatlaş-
dırma, telemexanika və rabitə” elmi-
texniki jurnalının redaksiya heyətinin
üzvüdür.
2011-ci ildə Azərbaycan
Mühəndislik Akademiyasının Nəzarət
Təftiş Komissiyasının sədri seçilmiş-
dir.
2011-ci ildə Beynəlxalq Mühən-
dislik Akademiyasının “Mühəndislik
şöhrəti” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezi-
denti yanında Ali Attestasiya Komis-
siyasının texnika elmləri üzrə Ekspert
Şurasının üzvüdür.
200-dən artıq elmi məqalənin, o
cümlədən 5 monoqrafiya, 1 dərslik, 5
müəlliflik şəhadətnaməsinin müəllifi-
dir. 90-dan çox elmi məqaləsi xarici
ölkələrdə - İspaniya, Yunanıstan, İran,
Türkiyə, Rumıniya, Rusiya, Belarus,
Ukrayna, Avstriya və Latviyada çap
edilmişdir.
18 oktyabr 2011-ci il tarixdə
Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı ilə Respublika-
nın ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatındakı xidmətlərinə görə
“Tərəqqi” medalı ilə təltif edilmişdir.
Dostları ilə paylaş: