Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə143/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   139   140   141   142   143   144   145   146   ...   484
Ə d ə b i y y a t
Bir ailənin tarixi           
//Konsilium.- 2005. - 
№2.- S.32-33.
Əbülfəz Fərəc oğlu 
Qarayev //Konsilium.-
2005.- №2.- S.31.
Şərif, A. Qara Qarayev 
epoxası //Şərif A. XX  
əsr Azərbaycanının ya-
radıcı nəsilləri.- Bakı, 
2007.-S.34.
 
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
20
Həkim-pediatr  


114
Tarixdə bu gün 
Ümumdünya Gülüş Günü 
  1564
APREL
1 aprel beynəlxalq bayram kimi 
qeyd edilməsə  də, bir çox ölkələrdə 
bu günü əylənmək, zarafat etmək və 
bir-birini aldatmaqla keçirirlər. Bəzi 
ölkələrdə 1 aprel “Gülüş günü”, bə-
zilərində isə “Axmaqlar günü” adla-
nır. Amma bayramın necə yarandığını 
söyləmək çox çətindir. 1 apreldə bir-
birini aldatmaq adətinin meydana gəl-
məsilə bağlı müxtəlif fərziyələr var. 
Bəziləri bayramın yaranmasını 
Qədim Roma ilə  əlaqələndirirlər. La-
kin burada aprelin əvvəllərində deyil, 
fevralın ortasında “Axmaqlar bayra-
mı” qeyd edilirdi. 
Digərləri iddia edirlər ki, bu bayram 
Hindistanda yaranmış, amma burada 
da əsasən, 31 martı “gülüş günü” kimi 
qeyd etmişlər. Başqa fərziyəyə görə 
isə 1 aprelin kökləri orta əsrlər Avropa 
karvanlarında nümayiş etdirilən küçə 
tamaşalarına (balaqan) gedib çıxır.
Bir-birilə zarafat etmə adətini yeni 
illə əlaqələndirənlər də var. 16-cı əsrin 
ikinci yarısına qədər Avropada yeni il 
hazırlıqları martın sonunda başlamış, 
aprelin 1-də isə yeni il qarşılanmışdır. 
Daha sonra Fransa kralının fərmanı ilə 
Yeni il rəsmi olaraq 1 yanvarda qeyd 
edilməyə başlanmışdır. Amma çoxları 
ənənələrə sadiq qalaraq 1 apreli bay-
ram kimi qeyd etməyə davam etmişdi. 
Köhnə adətləri yox etmək məqsədilə 
1 apreldə bayram keçirənləri “1 aprel 
axmaqları” adlandırmağa və  ələ sal-
mağa başlamışlar. 
Rusiyada isə bu gün tam başqa 
əlamətdar hadisə ilə  əlaqədardır. Bir 
dəfə Peterburq əhalisi səhər tezdən 
yanğından xəbər verən həyəcan siqna-
lının səsinə yuxudan oyanmış, amma 
yanğın siqnalı yalandan verilmiş  və 
həmin gün 1 aprelə  təsadüf etmişdi. 
Bundan sonra Rusiyada 1 aprel günü 
zarafat günü kimi qəbul edilmişdir. 
1 apreli gülüş günü kimi qeyd etmək 
Azərbaycana keçmiş SSRİ-dən xatirə 
qalmışdır. Hazırda dünya əhalisinin 70 
faizi aprel ayının birinci gününü Gü-
lüş Günü kimi qeyd edir, dost-tanışla 
zarafatlaşır. 
Könlümüzü xoş tutmaq, əhval-ru-
hiyyəmizi yüksəltmək, mənfi enerjidən 
azad olmaq üçün gülüş  ən yaxşı 
vasitədir. Gülüş günündə yeni zara-
fatlar fikirləşin və gülməli vəziyyətlər 
yaradın. Sizi aldadanda da qətiyyən 
inciməyin, eyni əhval-ruhiyyə ilə ca-
vab verməyə hazır olun. Çünki gülüş 
insanın ömrünü uzadır... 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin