144
Milli Qəhrəmanlar
55
illiyi
Yevgeni Karlov
1960-1992
MA
Y
Yevgeni Nikolayeviç Karlov 1960-
cı il may ayının 31-də Tula vilayətinin
Dubovka qəsəbəsində anadan olmuş-
dur. Orta
təhsilini doğma yurdunda al-
mış, 1977-ci il avqust ayının 1-də Uzlov
rayon Hərbi Komissarlığı tərəfindən
ordu sıralarına çağırılmışdır. Y.Karlov
ordudan tərxis edildikdən sonra Sız-
ran Ali Hərbi Təyyarəçilər Məktəbinə
daxil olmuşdur. 1984-cü ildə təhsilini
başa vurub təlimatçı-təyyarəçi kimi
çalışmağa başlamışdır. Öz peşəsinin
vurğunu
olan Yevgeni Azərbaycan
Respublikası Silahlı Qüvvələri yaran-
dığı vaxt burada xidmət etməyi qərara
almışdır. O, əvvəlcə Səngəçalda, son-
ra isə Bakıdakı “N” saylı hərbi
hissədə
təlimatçı pilot işləmişdir.
Milliyyətcə rus olmasına bax-
mayaraq, ermənilərin Azərbaycana
qarşı elan olunmamış müharibəsi
onu da hiddətləndirdiyindən bu ağır
günlərdə Azərbaycan xalqına ba-
cardığı hər cür köməyi göstərməyə
çalışmışdır. O,
xidmət etdiyi hərbi
hissənin tərkibində dəfələrlə Ağdam,
Ağdərə, Füzuli bölgələrində gedən
ağır
döyüşlərdə iştirak etmiş, igidlik
nümunələri göstərmişdir. 1992-ci il
aprel ayının 11-i kapitan Yevgeni Kar-
lovun həyatının ən
faciəli və son günü
oldu. O, Füzuli istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına həlak ol-
muşdur.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Karlov Yevgeni Nikolaye-
viç “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Doğulduğu
Dubovka qəsəbəsində
dəfn edilmişdir.
Dostları ilə paylaş: