Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə191/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   187   188   189   190   191   192   193   194   ...   484
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3 cilddə 
/C.Xəndan.- Bakı: Çaşıoğ-
lu, 2010.
Əhmədalılar, T. Şan-
lı adlardan-böyük 
elm, mədəniyyət, 
ədəbiyyat, ictimaiyyət 
və həyat adamı-Cəfər 
Xəndan /T.Əhmədalılar                  
//Mədəniyyət.- 2013.- 8 
mart.- S.12.
Əhmədov, T. Cəfər Xəndan 
/T.Əhmədov //Azərbaycan 
yazıçıları (XX-XX1 
yüzillikdə).- Bakı, 2011.- 
S.154-155.
Əliyev, R. Cəfər Xəndan 
şəxsiyyəti və ədəbiyyat 
/R.Əliyev //Ədəbiyyat 
qəzeti.- 2011.- 30 dekabr.- 
S.5.
Qafarlı, R. “Cəfər Xəndan 
Hacıyev: həyatı və yara-
dıcılıq yolu” /R.Qafarlı 
//Xalq qəzeti.- 2012.- 5 
fevral.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
8
Ədəbiyyatşünas


148
Mədəniyyət.Maarif.Elm
85 
illiyi
Qara Namazov
1930
MA
Y
Qara Mustafa oğlu Namazov 1930-cu 
il may ayının 8-də Qərbi Azərbaycanın 
Dilican qəzasının (indiki Krasnoselo 
rayonunun)  Əmirxeyir kəndində ana-
dan olmuşdur.  İlk təhsilini  Əmirxeyir 
və Gölkənd məktəblərində almış, orta 
məktəbi Qazax rayonunun Dağkəsəmən 
kəndində bitirmişdir. Ordu sıraların-
da xidmət edərkən Suxumi şəhərində 
təyyarəçilik məktəbini bitirmiş, 1951-
1955-ci illərdə Türkmənistanın Nebit-
dağ şəhərində Qırıcı Təyyarə Alayının 
gizli  şöbəsinin rəisi işləmişdir. 1956-
1961-ci illərdə ADU-nun filologiya 
fakültəsinin kitabxanaçılıq  şöbəsini 
bitirmişdir. 1959-1967-ci illərdə uni-
versitetin mərkəzi kitabxanasında şöbə 
müdiri, sonra AEA-nın Tarix İnstitutu 
kitabxanası  və arxivinin direktoru ol-
muşdur. Eyni zamanda AEA-nın Ni-
zami adına  Ədəbiyyat  İnstitutu  şifahi 
ədəbiyyat  şöbəsinin qiyabi aspirantu-
rasında təhsilini davam etdirmişdir. 
1968-ci ildə “Azərbaycan aşıq şei-
rinin inkişafı tarixindən (1920-1950)” 
mövzusunda namizədlik dissertasiyası 
müdafiə etmişdir. 1966-1970-ci illərdə 
ADU-nun kitabxanaçılıq fakültəsində 
müəllim, baş müəllim işləmiş, sonra 
filologiya fakültəsinin  Azərbaycan 
Sovet  ədəbiyyatı kafedrasına dosent 
keçmişdir. 1987-ci ildə “Azərbaycan 
Sovet uşaq və  gənclər  ədəbiyyatının 
inkişaf mərhələləri (1920-1985)” 
mövzusunda doktorluq dissertasiyası 
müdafiə etmişdir. 1989-cu ildən BDU-
nun professorudur.  
Əsas yaradıcılıq istiqaməti-şifahi 
xalq  ədəbiyyatı, aşıq yaradıcılığı, 
ədəbiyyat tarixi, müasir Azərbaycan 
ədəbiyyatı  və  ədəbiyyatşünaslığın 
ayrı-ayrı problemləri olmuşdur. 
1983-cü ildən Azərbaycan Yazıçılar 
Birliyinin, 1987-ci ildən Aşıqlar Bir-
liyinin üzvüdür. 10 monoqrafiyanın, 
30 kitabın, 300 elmi-kütləvi  əsərin 
müəllifidir.  İndiyə  qədər 20 elmlər 
namizədi yetişdirmişdir. 
Ədəbi fəaliyyətə 1956-cı ildə  çap 
olunan “Vətən”, “Kəndimizin qız-
ları” adlı ilk şeirləri ilə başlayan 
Q.Namazovun silsilə  şeirləri, “Bir 
qərinədə” poeması  dərc olunmuşdur. 
Azərbaycan, Türkiyə, Türkmənistan, 
İsveç və digər ölkələrdə keçirilmiş 
beynəlxalq seminar, simpozium və 
konfranslarda iştirak etmişdir. 
Qara Namazov 2002-ci ildə 
“Əməkdar müəllim” fəxri adına layiq 
görülmüşdür. 2006-cı ildə Türkiyədə 
keçirilən uluslararası simpoziumda 
türk sözünün açımına və Türkmən-
Azərbaycan-oğuz folklor əlaqələrinə 
görə mükafat almışdır. 2008-ci ildə 
Mir Cəlal adına  mükafata, “Vətən 
andı” diplomuna layiq görülmüşdür. 
2009-cu ildən “Qızıl qələm” mükafatı 
laureatı, “Şöhrət” ordeni təltifçisidir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin