Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə213/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   209   210   211   212   213   214   215   216   ...   484
Ə d ə b i y y a t
Güləhmədova-Martınova, 
G. “Məni buraxmırlar. 
Deyirlər ki, hələ vaxtı 
çatmayıb”: Hər yerə səs 
salan tamaşaların müəllifi 
və Azərbaycanın ilk qadın 
rejissoru haqqında nə bir 
kitab, nə də böyük məqalələr 
yazılıb /G.Güləhmədova-
Martınova; müsahibəni 
apardı T.Məhərrəmova //
Kaspi.- 2010.- 23 iyun.- 
S.14.
Güləhmədova-Martınova 
Gülcahan //Azərbaycan qa-
dını ensiklopediyası.- Bakı, 
2002.- S.148. 
Elsevər, S. Gülcahan 
Güləhmədova-Martınova-
85: Sadəcə Gülcahan xa-
nım... /S.Elsevər //Ekspress.- 
2010.- 25 iyun.- S.23.
Гюльджахан 
Гюлахмедова: «Пока мы 
есть…» /Гюльахмедова 
Г.; интерьвю вел 
Н.Исмайлова //Зеркало.- 
2010.- 24 июля.- С.23-24
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
23
Rejissor
Teatr.Kino


168
100 
illiyi
Əliheydər Ələkbərov
1915-1974  
İYUN
Əliheydər  Əbdüləli oğlu  Ələkbərov 
1915-ci il 
iyun (iyul) 
ayının 26-da Bakı 
şəhərində anadan olmuşdur. 
1931-1934-cü illərdə Bakı Teatr 
Məktəbində  təhsil almışdır. 1964-cü 
ildə Azərbaycan Dövlət Teatr İnstitutu-
nu bitirmişdir. 
1931-ci ildən əvvəlcə kütləvi səhnələrə 
çıxmış, sonra rejissor köməkçisi, rejis-
sor laborant və rejissor assistenti kimi 
çalışmışdır. 1960-1967-ci illərdə Mu-
siqili Komediya Teatrında baş rejis-
sor işləmişdir. 1967-ci ildən ömrünün 
sonunadək Azərbaycan Dövlət Dram 
Teatrının direktoru olmuşdur. Teatrın 
repertuar qurumunun formalaşmasın-
da, rejissor sənətinin yeni peşəkarlıq 
keyfiyyətləri  əxz etməsində, aktyor 
truppasının kamilləşməsində Əliheydər 
Ələkbərovun böyük xidmətləri var. O, 
bu teatrda bir sıra uzunömürlü tamaşa-
lara maraqlı quruluşlar vermiş, onlara 
monumental ruh verməyə çalışmışdır. 
Xor və baletdən komponent-obraz kimi 
istifadəyə xüsusi meyl göstərmişdir. 
Onun rejissurası dolğun ifadə vasitələri, 
dərin realizmi və təbii yumorun obrazlı 
bədii həlli ilə seçilmişdir. Bu baxımdan 
onun teatrda hazırladığı “Bir dəqiqə” 
(M.Əlizadə  və H.Xanməmmədov. 17 
oktyabr 1961), “Ulduz” (S.Rəhman 
və S.Ələsgərov. 6 dekabr 1964), “Ha-
radasan, ay subaylıq?” (S.Qədirzadə 
və S.Ələsgərov. 16 fevral 1968), 
“Özümüz bilərik” (Ş.Qurbanov və 
S.Ələsgərov. 5 yanvar 1963), “Olma-
dı elə, oldu belə” (15 mart 1964) və 
“Milyonçunun dilənçi oğlu” (20 may 
1966) “Hacı Qara” (M.F.Axundzadənin 
eyniadlı komediyası  əsasında, libretto 
müəllifi  Ş.Bədəlbəyli. Bəstəkarlar V.və 
R.Mustafayev. 14 oktyabr 1962), “Keç-
mişin məişət səhnələri” (M.Ə.Sabirin 
şeirləri  əsasında, librettonun müəllifi 
S.Dadaşov və  bəstəkar V.Adıgözəlov) 
musiqili komediyaları repertuarda daha 
uzunömürlü olmuşlar.
O, 1966-cı ildə Bolqarıstanın Şumen 
şəhərindəki Türk teatrında Üzeyir bəy 
Hacıbəylinin “O olmasın, bu olsun” 
operettasına quruluş vermişdir. 1967-
ci ildə filarmoniyada fəaliyyət göstərən 
“Gəlməli, görməli, gülməli” miniatür 
satirik teatrının rejissoru olmuşdur. Te-
leviziyada bir neçə  əsərə quruluş ver-
mişdir. 1965-ci ildən Azəbaycan Dövlət 
Teatr  İnstitutunda aktyor və rejissor 
sənətindən dərs demişdir. 
Əliheydər Ələkbərov “Milyonçunun 
dilənçi oğlu” musiqili komediyasına 
görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov 
adına Dövlət mükafatına, “Mahnı dağ-
larda qaldı” tamaşasına görə isə 1972-ci 
ildə Azərbaycan Respublikasının Dövlət 
mükafatına layiq görülmüşdür. 1949-cu 
il iyul ayının 21-də ona “Azərbaycan 
Respublikasının  Əməkdar artisti” fəxri 
adı verilmişdir. Qırmızı Əmək Bayrağı 
ordeni və medallarla təltif edilmişdir.
Əliheydər  Ələkbərov 1974-ci ildə 
Bakı şəhərində vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin