231
Mədəniyyət.Maarif.Elm
Akademik
60
illiyi
Rafael Hüseynov
1955
AV
Q
U
S
T
Rafael Baba oğlu Hüseynov 1955-
ci il avqust ayının 12-də Kürdəmir
şəhərində anadan olmuşdur. 1971-ci ildə
burada 12 saylı şəhər orta məktəbini bi-
tirmiş, 1971-1976-cı illərdə ADU-nun
şərqşünaslıq fakültəsində, fars filologi-
yası ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1976-cı ildə,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
Fəlsəfə tarixi şöbəsində başlamışdır.
1978-1982-ci
illərdə həmin institutun
İran filologiyası şöbəsində kiçik elmi
işçi, 1982-1988-ci illərdə isə Orta əsrlər
Şərq yazılı mən-bələrinin tədqiqi və
nəşri şöbəsində baş elmi işçi vəzifəsində
çalışmışdır. 1980-ci
ildə namizədlik,
1992-ci ildə doktorluq elmi dərəcələrini
almışdır. Bir neçə il AMEA-nın Nizami
Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Milli Muzeyinin şöbə müdiri işləmiş,
1993-cü ildən muzeyin direktorudur.
Ədəbi fəaliyyətə 1975-ci
ildə Kürdə-
mir rayonunda çıxan “İrəli” qəzeti
səhifələrində dərc olunan şeirləri ilə
başlamışdır. Dövri mətbuatda vaxtaşı-
rı məqalələri dərc edilmiş,
Azərbaycan
xalq musiqisi və onun görkəmli ifaçıları
haqqında hazırladığı “Nəğməli ömürlər”
və “Axşam görüşləri” adlı həftəlik
verilişlər silsiləsi efirdə səslənmişdir.
“Qobustan” incəsənət toplusunda
“Görməyən gözlərin aydınlığı”, “Əsas
odur ki, xalq sizi sevir”, “Həsrət qatarı”
və s. publisistik yazıları çap olunmuş-
dur. Orta əsrlər fars və türkdilli poeziya-
nın müxtəlif
problemlərinə həsr edilmiş
30-dan artıq ədəbiyyatşünaslıq əsərinin
müəllifidir. AYB-nin və Teatr Xadimləri
İttifaqının üzvüdür.
M.Gəncəvinin rübailərini, R.Rza
və N.Rəfibəyli haqqında “İki ömrün
işığı” (1987) adlı xatirələr kitabını
tərtib etmişdir. ADU-da “Fars ədəbiy-
yatı” (1987-1989), konservatoriya-
da “Mədəniyyət tarixi” (1990-1991),
Xəzər Universitetində “Azərbaycan
ədəbiyyatı” və “Azərbaycan mədəniy-
yəti” (1995) fənlərindən dərs demişdir.
1995-1998-ci
illərdə Xəzər Uni-
versitetində Azərbaycan filologiyası və
şərqşünaslıq kafedrasının müdiri olmuş-
dur. Onlarla monoqrafiyanın, dərslik və
dərs vəsaitinin, 300 elmi araşdırmanın,
500-dən
çox publisistik məqalənin, 3
tammetrajlı sənədli-publisistik filmin
ssenarisinin, 200-dən çox televiziya və
radio verilişinin və proqramın müəllifi-
dir.
Hacıqabul-Kürdəmir seçki dairəsin-
dən deputat seçilmişdir. Milli Məclisin
Mədəniyyət
məsələləri daimi komissi-
yası sədrinin müavinidir. Azərbaycan-
Bosniya-Hersoqovina, Azərbaycan-İs-
paniya, Azərbaycan-İsveç, Azərbaycan
- İtaliya parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun, Avropa Şurasının Par-
lament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin üzvüdür.
2005-ci ildə “Əməkdar
incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
2014-cü ildə AMEA-nın həqiqi üzvü
seçilmişdir.
Dostları ilə paylaş: