230
Şahbaz Muradov
1940
AV
Q
U
S
T
Şahbaz Musa oğlu Muradov 1940-
cı il avqust ayının 10-da Laçın
rayonu-
nun Xumarta kəndində doğulmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Uni-
versitetini fərqlənmə diplomu ilə bitir-
miş, gənc mütəxəssis kimi Azərbaycan
SSR EA-nın İqtisadiyyat İnstitutuna
elmi işçi kimi göndərilmişdir.
1961-1966-cı illərdə kiçik elmi
işçi, 1966-1968-ci
illərdə baş elmi
işçi vəzifələrində çalışmış, 1968-ci
ildən isə İnstitutun Demoqrafiya və
iş qüvvəsinin təkrar istehsalı şöbəsinə
rəhbərlik etmişdir. 1965-ci ildə iqti-
sad elmləri namizədi, 1972-ci ildə iq-
tisad elmləri
doktoru alimlik dərəcəsi
almış, 1977-ci ildə isə professor elmi
rütbəsinə layiq görülmüşdür. 1991-ci
ildən institutun elmi işlər üzrə direktor
müavini vəzifəsində çalışmış, 1999-cu
ilin əvvəlindən instituta rəhbərlik et-
mişdir.
1966-cı ildən BDU, ADİU, ADNA
və s. təhsil ocaqlarında “Siyasi iqti-
sad”, “İqtisadi nəzəriyyə”, “Demoq-
rafiya”, “Əməyin iqtisadiyyatı və so-
siologiyası”
fənlərindən dərs deməklə,
ali təhsil sahəsində kadr hazırlanması
işinə köməkliyini göstərməkdədir.
Professor apardığı başlıca tədqiqat
işlərinin nəticələri 350 çap vərəqi
həcmindən çox olan 300 əsərdə öz
əksini tapmışdır. Həmin əsərlərin 25-i
iri həcmli monoqrafiyalar, kitab və
broşürlardan ibarətdir.
Əsas elmi fəaliyyəti demoqrafi-
yanın
sosial iqtisadi problemləri, iş
qüvvəsinin təkrar istehsalı və əmək
ehtiyatlarından istifadənin sosial iq-
tisadi problemləri; məşğulluq, iş-
sizlik və demoqrafiya
siyasətinin
nəzəri-metodoloji əsasları və regional
aspektlərinin, habelə müxtəlif sosial-
demoqrafik qruplardan olan əhalinin
məşğulluq problemlərinin tədqiqi ol-
muşdur.
2001-ci ildən AMEA-nın
müxbir
üzvü seçilmişdir. Onun rəhbərliyilə
50 nəfərdən çox namizədlik və 10
nəfər doktorluq dissertasiyası müdafiə
etmişdir. 40-dan çox namizədlik və
doktorluq dissertasiyasına rəsmi op-
ponentlik etmiş, onlarca elmi kitabın
redaktoru və rəyçisi olmuşdur.
O, AMEA İqtisadiyyat İnstitutunun
nəzdində fəaliyyət gostərən İxtisaslaş-
dırılmış doktorluq elmi şurasının sədri,
YUNESKO-nun
Azərbaycan Respub-
likasında “Bioetika elmi bilikləri və
texnologiyaların etikası” üzrə Milli
Komitənin üzvü, bir sıra elmi şurala-
rın və jurnalların redaksiya şuraları-
nın üzvü və s.
kimi də mühüm ictimai
fəaliyyət göstərir.
Şahbaz Muradov 2000-ci ildə
Beynəlxalq İslam Xeyriyyə Təşkilatı
Asiya Müsəlmanları Komitəsinin Elmi
Şurasının I dərəcəli mükafatı ilə, 2004-
cü ildə isə Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: