Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə323/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   319   320   321   322   323   324   325   326   ...   484
7


249
7
Musiqi.Opera.Balet
Əbdül Müslüm Maqomayev
1885-1937
SENTY
ABR
Əbdül Müslüm Məhəmməd oğlu Ma-
qomayev 1885-ci il sentyabr ayının 18-
də Qroznı  şəhərində anadan olmuşdur. 
1899-1904-cü illərdə Qroznıda ikiillik 
şəhər məktəbini bitirdikdən sonra Qori 
Müəllimlər Seminariyasında oxumuş-
dur. Təhsil illərində musiqiyə böyük 
maraq göstərmiş, burada ilk əsərlərini 
yazmış, Ü.Hacıbəyli ilə tanış olmuşdur.
1905-1911-ci illərdə  Şimali Qaf-
qazın Bekoviç kəndində, Lənkəran 
şəhər məktəbində müəllimlik etmişdir. 
Məktəbdə xor, dram dərnəyi, orkestr 
təşkil etmiş, bir çox xalq mahnılarını 
nota yazmışdır. 1911-ci ildə Bakıya köç-
müş, Azərbaycan opera teatrında skrip-
kaçı  işləmişdir. 1912-ci ildən etibarən 
opera tamaşalarına dirijorluq edən Müs-
lüm Azərbaycanın ilk opera dirijoru ol-
muşdur.
1916-cı ildə yazdığı ilk əsəri “Şah İs-
mayıl” operası onun fitri istedada malik 
olduğunu aydın göstərmişdi. Azərbaycan 
opera repertuarında görkəmli və  şərəfli 
yer tutan “Şah  İsmayıl”  əsəri, onun 
gözəl melodiyaları, əsərdə gördüyümüz 
surətlərin musiqi səciyyəsi, mahir usta-
dın sənətə  bəslədiyi saf və  səmimi bir 
məhəbbətin gözəl nümunəsidir.
1927-ci ildə onun ümumi redaktəsi 
ilə “Azərbaycan türk el nəğmələri” 
məcmuəsi nəşr edilmişdir. 1929-cu ildən 
Azərbaycan radio verilişlərinin musiqi 
şöbəsinə  bədii rəhbər təyin olunmuş, 
1934-cü ildən Azərbaycan Opera və Ba-
let Teatrının direktoru, bədii rəhbəri və 
baş dirijoru vəzifələrində çalışmışdır.
Bəstəkarın yaradıcılığında 
ən 
önəmlisi, yeni musiqi əsərinin “Nərgiz” 
operasının yaradılması olmuşdu. Bu 
operada ilk dəfə olaraq baş  qəhrəman 
rolunda sadə kəndli qızı çıxış etmişdir. 
1935-ci ildə böyük yaradıcılıq 
müvəffəqiyyəti olan “Nərgiz” operası 
ictimaiyyətin diqqətini cəlb etmiş, mu-
siqi mütəxəssislərinin yüksək qiymətinə 
layiq görülmüşdür. Klassik opera 
ənənələri əsasında bəstələnmiş “Nərgiz” 
operasının musiqi dili Azərbaycan xalq 
musiqisi intonasiyaları ilə  aşılanmış-
dır. 1938-ci ildə Moskvada keçirilən 
Azərbaycan mədəniyyəti ongünlüyündə 
bu opera çox böyük müvəffəqiyyət qa-
zanmışdır. 
O, həmçinin “Ölülər”, “1905-ci 
ildə” dram tamaşalarına, “Azərbaycan 
incəsənəti”, “Bizim raport” və s. sənədli 
filmlərinə musiqi bəstələmişdir. O, bö-
yük sənətkar, tarzən Q.Pirimovun çalğı-
sından “Rast” muğamını nota yazmış və 
bu, Azərbaycan musiqisində muğamın 
nota yazılması sahəsində ilk təcrübə he-
sab edilmişdir. Həmçinin, 300-dən artıq 
xalq mahnı və rəqslərini nota köçürmüş-
dür. Onun son əsəri “Xoruz bəy” mü-
siqili komediyasına yazmağa başladığı 
musiqi idi, lakin bu iş tamamlanmamış 
qalmışdır.
O, 1936-cı ildə “Azərbaycan SSR 
Əməkdar incəsənət xadimi” fəxri adına 
layiq görülmüşdür. 
Müslüm Maqomayev 1937-ci il iyun 
ayının 28-də Nalçik şəhərində vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyev 2005-ci il sentyabr  
ayının 20-də Müslüm Maqomayevin 
120 illik yubileyinin keçirilməsi haqqın-
da Sərəncam imzalamışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin