Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə112/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   108   109   110   111   112   113   114   115   ...   507
Mikayıl Azaflı

1924-1990

Ə d ə b i y y a t

Qoca Azaflıyam [Mətn] 

/M.Azaflı; tərt.ed.və ön söz. 

Q.Paşayev, M.Azaflı; red. 

M.Qasımlı, G.Azaflı.-Bakı: 

Nurlan, 2008.-758 s.

Özüm ölsəm, sözüm 

ölməz [Mətn]: [şeirlər] 

/M.Azaflı; red. Q.Əcaib; 

tərt. M.Quliyev.- Bakı: Şur, 

1994.-167 s.

Azərbaycan, Azər oğluyam 

[Mətn] /M.Azaflı //Yeni 

Azərbaycan.-2011.- 15 

oktyabr.- S.11.

Bakıda “Azaflı gecəsi”  

[Mətn] //Mədəniyyət.-

2013.- 9 yanvar.- S.5.

Hüseynli, M. Məni ağladan 

nə oldu [Mətn] /M.Hüseynli 

//Hürriyyət.-2010.- 2-5 

avqust.- S.14.

İ n t e r n e t d ə

www. anl.az

www.az.wikipedia.org


88

Dünya ədəbiyyatı

200  

illiyi

Taras Şevçenko

1814-1861

MART

Taras Qriqoryeviç Şevçenko 1814-

cü il mart ayının 9-da (bəzi mənbələrdə 

25 fevral) kəndli ailəsində doğulmuş-

dur. İlk təhsilini kənd keşişindən al-

mış, 1831-ci ildə ailəsi ilə Peterburq 

şəhərinə gəlmişdir.

İlk  kitabı  “Kobzar”  1840-cı  ildə 

nəşr  olunmuşdur.  Onun  milli  azad-

lıq  mübarizəsindən  bəhs  edən  “Kor 

qadın”  (1842),  “Muzdur  qadın” 

(1845),  “Marina”  (1848)  və  s.  ro-

manları, “Taras gecəsi” (1838) tarixi 

poeması məşhurdur. Əsərləri Ukray-

na ədəbiyyatında siyasi lirika və sa-

tira  janrlarının  inkişafında  mühüm 

rol  oynamışdır.  T.Şevçenko  1847-ci 

ildə  xəyanət  nəticəsində  həbs  edil-

miş,  Orsk  qalasına  sürgün  edilmiş-

dir.  10  il  (1847-1857)  sürgündə  qa-

lan  Şevçenko  yalnız  I  Nikolayın 

ölümündən  sonra  azad  edilmişdir. 

Sürgün  illərində  rus  dilində  avtobi-

oqrafik  səciyyəli  “Çalğıçı”  (1854-

1855),  “Bədbəxt”,  “Kapitan  arva-

dı”,  “Əkizlər”,  “Rəssam”  (1856) 

və  s.  realist  povestlərini  yazmışdır. 

Ukrayna  ədəbiyyatının  inkişafında 

Şevçenkonun  müstəsna  xidmətləri 

olmuşdur.  Ukrayna  ədəbiyyatı  və 

təsviri sənətində tənqidi realizmin və 

inqilabi-demokratik  cərəyanın  bani-

si olmuşdur. Əsərləri dünya xalqları 

dillərinə tərcümə edilmişdir.

Taras  Şevçenko  rəssam  kimi  də 

məşhurdur.  O,  1838-1845-ci  illərdə 

Peterburq  Rəssamlıq  Akademiya-

sında  oxumuş,  K.P.Brullovdan  dərs 

almışdır.  Realist  meyllər  Şevçen-

konun  erkən  yaradıcılığında  mey-

dana  gəlmiş,  sürgündə  yaratdığı 

rəsmlərində  kəskin  ifşaedici  qüvvə 

kəsb etmişdir.

Sürgündən qayıtdıqdan sonra Şev-

çenko çoxlu qravürlər yaratmış, 1860-

cı ildə mis üzərində qravürlərinə görə 

akademik  adı  almışdır.  Şevçenko-

nun “Çimən Virsaviya” (1860) əsəri 

R.Mustafayev  adına  Azərbaycan 

Dövlət  İncəsənət  Muzeyində  saxla-

nılır.

Görkəmli Ukrayna şairi, mütəfək-



kir,  ictimai  xadim  Taras  Şevçenko 

1861-ci ildə fevral ayının 26-da (bəzi 

mənbələrdə mart ayının 10-da) vəfat 

etmiş, öz vəsiyyətinə görə Kaver ya-

xınlığında,  Dnepr  sahilindəki  Çer-

neçyada dəfn edilmişdir.

SSRİ-də Şevçenko adına Respub-

lika Mükafatı təsis edilmişdir.

Bakıda adına küçə və məktəb var-

dır.  Paytaxtın  Azadlıq  prospektində 

görkəmli  şair  Taras  Şevçenkonun 

abidəsi ucaldılmışdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin