87
Folklor
MART
20
20
8
30
21
90
illiyi
Mikayıl Cabbar oğlu Zeynalov (Mi-
kayıl Azaflı) 1924-cü il mart ayının 21-
də Tovuz rayonunun Azaflı kəndində
anadan olmuşdur. Erkən yaşlarında
“Coşğun” təxəllüsü ilə şeirlər yazan
aşıq-şair az sonra öz doğma kəndinin
adını təxəllüs götürmüşdür.
Mikayıl Azaflı Ümumittifaq Musi-
qi Cəmiyyətinin Rəyasət Heyətinə üzv
seçilmişdir. 1954-cü ildə o, ilk dəfə
Moskvada festivalda iştirak etmək
üçün dəvət olunmuş, sonralar dəfələrlə
orada olmuş və medallarla təltif olun-
muşdur.
Azaflı poeziyası xalq arasında ge-
niş yayılsa da, XX əsrin 80-ci illərinin
ortalarına qədər mətbuat üzünə həsrət
qalmışdı.
Aşıq şeirinin bütün növlərində ya-
zan Azaflının gəraylı və qoşmaları
daha məşhurdur. Şeirlərinin əsas möv-
zusu sevgi, təbiət və sosial məsələlər
olmuşdur. “Mikayıl Azaflı və Narinc
xatın” dastanının və “Azaflı dübeyti”
və “Azaflı gəraylısı” məcmuələrinin
müəllifidir. O, həmişə aşıq musiqisinin
təbliğinə və zənginləşməsinə xidmət
etmişdir.
1987-ci ildə “Yazıçı” nəşriyyatı
sənətkarın “Qoca qartal” adlı kitabı-
nı çap etdirmişdi. Kitab 1989-cu ildə
Türkiyədə nəşr olunmuşdur.
Onun yaratdığı “Azaflı gözəllə-
məsi”, “Azaflı sənəti”, “Azaflı dünya-
sı”, “Azaflı gəraylısı”, “Azaflı himni”,
“Mikayılı”, “Azaflı dağları”, “Azaflı
bəhri”, “Məzahiri”, “Azaflı mü-xəm-
məsi”, “Şah sarayı” kimi saz havaları
dillər əzbəri olmuşdur.
1988-ci ildə A.M.Şərifzadə adına
Aktyor Evində M.Azaflının özünün
iştirakı ilə məclis keçirilmiş və geniş
şəkildə televiziya vasitəsilə nüma-
yiş etdirilmişdir. Sənətkar dünyasını
dəyişəndən sonra da dəfələrlə yubi-
leyləri qeyd edilmişdir. 1994-cü ildə
aşığın 70 illiyi Azərbaycan Dövlət
Filarmoniyasında, 75 illiyi Yazıçılar
Birliyində, 80 illiyi Mədəniyyət Nazir-
liyinin xətti ilə Dövlət Musiqili Kome-
diya Teatrında qeyd olunmuşdur.
1984-cü ilin mart ayında Aşıqların
IV qurultayında sənətkara böyük ehti-
ram göstərilmiş, aşıq sənətinin inkişa-
fında göstərdiyi fədakarlıq və xidmətlər
xüsusi qeyd edilərək o, Aşıqlar Birliyi-
nin sədr müavini seçilmişdi.
1989-cu il may ayının 17-də Mi-
kayıl Azaflı ədəbiyyat və incəsənətin
inkişafında böyük xidmətlərinə görə
Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyətinin Fərmanı ilə “Əməkdar
mədəniyyət işçisi” fəxri adına layiq
görülmüşdür.
Görkəmli aşıq Mikayıl Azaflı 1990-
cı il oktyabr ayının 11-də vəfat etmiş-
dir. Ölümündən sonra Tovuz şəhərində
bir küçəyə aşığın adı verilmiş və Azaf-
lı kəndində oxuduğu məktəbin önündə
büstü qoyulmuşdur.
Aşıq
Dostları ilə paylaş: