95
MART
100
illiyi
Teatr rejissoru
Niyaz Şərifov
1914-1982
16
Niyaz Səttar oğlu Şərifov 1914-cü il
mart ayının 16-da Bakıda doğulmuşdur.
Bədəl bəy Bədəlbəyovun məktəbində
əvvəlcə birinci dərəcəli pillədə dörd il
təhsil almış və beş il isə ikinci dərəcəli
təhsil sistemində oxumuşdur.
Bakı Teatr Məktəbini bitirib və
tələbəlik illərindən Bakı Türk İşçi
Teatrında aktyorluq etmişdir. Bu te-
atr 1933-cü ildə Gəncəyə köçmüş və
bundan sonra Niyaz Şərifov bir sıra
mədəniyyət ocaqlarında çalışmışdır.
1938-ci ildə Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı yaradılanda
orada əvvəlcə texniki rejissor, sonra isə
quruluşçu rejissor kimi çalışmışdır.
Müəyyən fasilələrlə ömrünün so-
nuna qədər bu kollektivdə işləmişdir.
Niyaz Şərifov Musiqili Komediya
Teatrında Məhərrəm Əlizadə və Sol-
tan Hacıbəyovun “Qızılgül” (1945 və
1967), Məhərrəm Əlizadə və Fikrət
Əmirovun “Gözün aydın” (1946),
Kərim Kərimov və Zakir Bağırovun
“Kəndimizin mahnısı” (1959), Zülfü-
qar bəy Hacıbəyovun “Evliykən subay”
(1960), “Əlli yaşında cavan” (1972),
Məhərrəm Əlizadə və Əşrəf Abbaso-
vun “Səndən mənə yar olmaz” (1963),
Novruz Gəncəli və Şəfiqə Axundovanın
“Ev bizim, sirr bizim” (1965 və 1979),
Məcid Şamxalov və Zakir Bağırovun
“Qaynana” (1965), Məmməd Səid Or-
dubadi və Səid Rüstəmovun “Beş ma-
natlıq gəlin” (1969), Ədil İsgəndərov
və Əşrəf Abbasovun “Dağlar qoy-
nunda” (1970), Məhərrəm Əlizadə və
Nazim Əliverdibəyovun “Nazxanım
naz eləyir” (1974), Məhərrəm Əlizadə
və Ramiz Mustafayevin “Qonşumuz-
da bir oğlan var” (1976), Süleyman
Rüstəm və Səid Rüstəmovun “Durna”
(1976), Cahangir Məmmədov və Əşrəf
Abbasovun “Həyətim mənim, həyatım
mənim” (1977), Salam Qədirzadə və
Süleyman Ələsgərovun “Gurultulu
məhəbbət” (1980) musiqili komediya-
larına quruluş vermişdir.
Niyaz Şərifov “Azərbaycan Res-
publikasının Əməkdar incəsənət xadi-
mi” fəxri adı ilə təltif edilmişdir.
Görkəmli rejissor 1982-ci il may
ayının 15-də vəfat etmişdir.
Dostları ilə paylaş: