93
Aktyor
Teatr.Kino
115
illiyi
13
MART
Məmmədəli Vəlixanlı
1899-1969
Məmmədəli Hacı Heydər oğlu
Heydərzadə (Vəlixanlı) 1899-cu il mart
ayının 13-də Bakının Fatmayı kəndində
doğulmuşdur.
Baqqallıqla məşğul olan atası onu
təhsil almaq üçün “Səfa” mədəni-
maarif cəmiyyəti nəzdindəki məktəbə
qoymuşdur. Azərbaycan realist akt-
yor məktəbinin banisi, “Səfa”nın teatr
truppasında əsas simalardan biri olan
Cahangir Zeynalov 1912-ci ildə quru-
luş verdiyi Mirzə Fətəli Axundzadənin
“Hacı Qara” komediyasının tamaşasın-
da Bədəl rolunu təbiətən çevik və hər
şeyə maraq göstərən Məmmədəliyə tap-
şırmışdı. Aktyorun teatr sənətinə mara-
ğı uşaq vaxtlarında gördüyü dini şəbih
tamaşalarından, “Qaravəlli”, “Kosa-
kosa” məzhəkəli xalq oyunlarından
oyanmışdı.
O, 1920-ci ildə Milli Dram Teatrının
xor heyətinə işə qəbul olunmuş, opera
və operetta tamaşalarında müxtəlif rol-
lar oynamışdır. İşə başladığı ilk illərdə
“Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“Şah İsmayıl” operalarında xorda oxu-
yan Məmmədəli Vəlixanlı tədricən
dram tamaşalarında sözsüz rollarda
səhnəyə çıxmışdır.
Məmmədəli
Vəlixanlı
teatrda
işləməklə bərabər 1927-1930-cu illərdə
Bakı Teatr Texnikumunda təhsilini da-
vam etdirmişdir.
Aktyor milli xarakter yaratmaq-
da, xalq teatr tamaşaları estetikasını
səhnədə yaradıcılıqla realizə etməkdə
mahir ustad idi.
XX əsrin 30-cu illərinin sonların-
da realist aktyor məktəbinin duzlu ko-
mik aktyoru kimi tanınan Məmmədəli
Vəlixanlı bir sıra pyeslərinin səhnə
təfsirlərində son dərəcə şirin, duzlu və
koloritli yumoristik və komik-dramatik
rollara səhnə ömrü bəxş etmişdir.
Məmmədəli Vəlixanlının səhnədə
son işi Sabit Rəhmanın “Əliqulu
evlənir” tamaşası olmuşdur.
Teatr sənətimizin inkişafındakı
xidmətlərinə görə 1938-ci il dekabr ayı-
nın 4-də “Azərbaycan Respublikasının
Əməkdar artisti”, 1949-cu il iyul ayının
21-də isə “Xalq artisti” fəxri adlarına la-
yiq görülmüşdür.
Görkəmli aktyor 1961-ci ildə qəfildən
iflic xəstəliyinə düçar olmuş və altmış
iki yaşlı sənətkar bir daha səhnəyə çıx-
mamışdır.
Məmmədəli Vəlixanlı 1969-cu il ap-
rel ayının 12-də dünyasını dəyişmişdir.
Məzarı Bakıda İkinci Fəxri xiyabanda-
dır.
Dostları ilə paylaş: