96
Teatr.Kino
Hüsеynqulu Sarabski
1879-1945
135
illiyi
Aktyor, rejissor
MART
20
Hüseynqulu Məlik oğlu Rzayev
(Hüseynqulu Sarabski) 1879-cu il mart
ayının 20-də Bakıda kasıb bir ailədə
anadan olmuşdur. Uşaqlıqdan musiqiyə
böyük həvəsi olmuş və yaxşı səsi ilə se-
çilmişdi. 12 yaşlı Hüseynqulu ilk dəfə
teatr tamaşasına - həvəskarların ifasın-
da “Xan Sarabi” adı ilə qoyulmuş Mirzə
Fətəli Axundzadənin “Sərgüzəşti-
Vəziri-Xani-Lənkəran” komediyasına
baxmışdı. Əsl soyadı Rzayev olan Hü-
seynqulunun sonralar götürdüyü səhnə
təxəllüsü - “Sarabski” də bu güclü
təəssüratın əks sədası olmuşdu.
Hüseynqulu Sarabski teatra çətin
bir dönəmdə gəlmişdi. Teatrı “şeytan
əməli”, aktyorluğu isə “kişiyə yaraş-
maz peşə” hesab edənlərin tənəsinə,
bəzən də hədə-qorxusuna sinə gərərək
öz arzuları və xəyallarına doğru inamla
irəliləmişdi.
Hüseynqulu Sarabskinin teat-
ra gəlməsində, aktyorluq sənətini
seçməsində, püxtələşməsində teatr
xadimlərindən, tanınmış ziyalılardan
N.Nərimanovun,
Ə.Haqverdiyevin,
R.Məlikovun, həmkarları - Hüseyn
Ərəblinskinin, Cahangir Zeynalovun
və başqalarının böyük rolu olmuş-
dur. İlk dəfə 1902-ci ildə Nəriman
Nərimanovun “Dilin bəlası” pyesində
Rəsul rolunu ifa edən Hüseynqulu
sonralar teatr səhnəsində Mirzə Fətəli
Axundzadənin, Nəcəf bəy Vəzirovun,
Əbdürrəhim bəy Haqverdiyevin dram
əsərlərində bir sıra müxtəlif xarakter-
li rollar oynamışdır. O, yalnız milli
repertuarda deyil, Azərbaycan dilinə
tərcümədə Vilyam Şekspirin, Heyne-
nin, Şillerin, Qoqolun əsərlərində də
müxtəlif rollarda çıxış etmişdir. Məhz
Henrix Heynenin “Əlmənsur” pyesində
ərəb səyyahının rolunda çıxış edərkən
oxuduğu təsiredici “Hicaz” muğamı
onu Azərbaycan mədəniyyətinin yeni
bir aləminə - musiqili teatra, operaya
gətirmişdi. Hüseynqulu Sarabski o za-
manlar Azərbaycanın və Şərqin ilk ope-
rası olan “Leyli və Məcnun” üzərində
işləyən Üzeyir Hacıbəylinin diqqətini
cəlb etmiş və bəstəkar onu öz opera-
sında baş rola - Məcnun roluna dəvət
etmişdi. Bu rol Hüseynqulu Sarabskiyə
sözün əsl mənasında ümumxalq
məhəbbəti və ümumazərbaycan şöhrəti
gətirmiş, o, Azərbaycan səhnəsinin
əfsanəvi, təkrarolunmaz Məcnunu kimi
tanınmışdır.
Azərbaycan professional musiqi
teatrının banilərindən biri kimi 1908-
ci ildən “Nicat” cəmiyyəti nəzdində
“Müsəlman Opera truppası”nın yaradı-
cılarından biri və eyni zamanda solisti
olmuşdur.
Görkəmli aktyor Hüseynqulu Sa-
rabski teatr tarixindəki xidmətlərinə
görə 1932-ci ildə “Azərbaycanın Xalq
artisti” fəxri adına layiq görülmüşdür.
Hüseynqulu Sarabski 1945-ci il fev-
ral ayının 16-da vəfat etmişdir.
Dostları ilə paylaş: