Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə122/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   118   119   120   121   122   123   124   125   ...   507
Ə d ə b i y y a t

Ədalətqızı, S. Opera 

sənətimizin ölməz fədaisi 

Hüseynqulu Sarabski-

130 [Mətn] /S.Ədalətqızı        

//Kredo.- 2009.- 21 mart.- 

S.4.

İbişova, R. Ustad 

sənətkarlarımız - Hüseyn-

qulu Sarabski [Mətn] 

/R.İbişova //Palitra.-

2010.- 13 yanvar.- S.10.

Səhnəmizin əfsanəvi 

Məcnunu: Hüseynqulu 

Sarabski 400 dəfə bu 

rolu tamaşaçıya sevdirdi 

[Mətn] //Şərq.- 2011.- 14 

iyun.- S.11.

Zümrüd. Bu gün “Leyli 

və Məcnun” operasının 

ilk səhnə həyatı yaşadığı 

tarixdir [Mətn] /Zümrüd 

//Səs.- 2012.- 12 yanvar.- 

S. 12.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org


97

Teatr.Kino

100 

illiyi

Hüsеynağa Sadıqоv 

1914-1983

MART

Hüseynağa  Ələsgər  oğlu  Sadıqov 

1914-cü il mart ayının 21-də Bakıda tacir 

ailəsində doğulmuşdur. Hüseynağa hələ 

orta  məktəbdə  oxuyarkən  həvəskar  te-

atr truppalarına maraq göstərmiş, özünü 

uzaqdan-uzağa da olsa teatr səhnəsində 

hiss  etmişdi.  Gənc  Tamaşaçılar  Teatrı 

yaranandan  bir  il  sonra,  1930-cu  ildə 

müsabiqə ilə kollektivin aktyor truppa-

sına  sınaq  müddətinə  qəbul  olunmuş, 

1931-ci il iyun ayının 1-də teatr truppa-

sına  aktyor  götürülmüş,  ilk  vaxtlardan 

ona məsul rollar tapşırılmışdır.

Uşaqların sevimli səhnə personajları 

-  ayı,  tülkü,  xoruz  rolundan  tutmuş,  el 

qəhrəmanlarına qədər ən mürəkkəb ob-

razların ifasında uğurlar qazana bilmiş, 

“Xoruz baba”, “Piri baba” obrazları ilə 

uşaqların sevimlisinə çevrilmişdi.

Gənc Tamaşaçılar Teatrında 50 ildən 

çox aktyorluq etmiş sənətkarın əsas rol-

ları bunlardır: Pitli (“Əfilər”, Rabindra-

nat  Taqor),  Xasay,  El  oğlu,  Məlik  ibn 

Səid  (“Xasay”,  “El  oğlu”  və  “Bir  saat 

xəlifəlik”, Abdulla Şaiq), Azad (“Azad”, 

Əyyub  Abbasov),  Mirzə  Qoşunəli 

(“Bəxtsiz  cavan”,  Əbdürrəhim  bəy 

Haqverdiyev),  Həsən  (“Yaşar”,  Cəfər 

Cabbarlı),  Trufadino  (“İki  ağanın  bir 

nökəri”,  Karlo  Haldoni),  Rəcəb  (“Şi-

rinbala  bal  yığır”,  Salam  Qədirzadə), 

Səlim  (“Anacan”,  Yusif  Əzimzadə), 

Spid  (“İki  veronalı”,  Vilyam  Şekspir), 

Qey (“Qar Kraliçası”, Yevgeni Şvarts), 

Hacı  Murad  (“Tamahkar”,  Süleyman 

Sani  Axundov),  Mirpaşa  (“Komso-

mol  poeması”,  İsgəndər  Coşqun),  Şah 

Ələmgir (“Əlvida, Hindistan!”, Qeybul-

la  Rəsulov),  aptekçi  (“Romeo  və  Cül-

yetta”,  Uilyam  Şekspir),  Şamdan  bəy 

(“Şamdan  bəy”,  Nəriman  Nərimanov), 

Abbas  (“Mənim  nəğməkar  bibim”, 

Əkrəm  Əylisli).  Onun  filmlərinə,  tele-

viziya tamaşalarına baxanda aydın hiss 

olunur  ki,  aktyor  klassik  Azərbaycan 

aktyor  sənətindən  bəhrələnmiş,  yalnız 

öz yolu, öz üslubu olan aktyor kimi for-

malaşmışdır.

“Komsomol  poeması”  tamaşasında 

oynadığı  Mirpaşa  roluna  görə  1967-ci 

ildə Respublika Lenin komsomolu mü-

kafatına layiq görülmüşdür.

Hüseynağa Sadıqovun “Azərbaycan-

film” də - “Sehirli xalat”, “Səhər”, “Yeddi 

oğul istərəm”, “O qızı tapın”, “Yenilməz 

batalyon”, “Telefonçu qız”, “Babamızın 

babasının babası”, M.Qorki adına kinos-

tudiyada çəkilən “Ələddinin sehirli çıra-

ğı” filmlərində müxtəlif səpkili obrazlar 

yaratmışdır.

Teatr  və  kino  sənətinin  inkişafında, 

xüsusən  gənc  tamaşaçıların,  məktəb 

şagirdlərinin,  yeniyetmələrin  estetik 

zövqlərinin münbit zəminə düşməsində 

göstərdiyi  səhnə  xidmətlərinə  görə 

1956-cı  ildə  “Azərbaycan  Respublika-

sının Əməkdar artisti”, 1979-cu ildə isə 

“Xalq artisti” fəxri adları ilə təltif edil-

mişdir.


Hüseynağa Sadıqov 1983-cü il fevral 

ayının 23-də Bakıda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin