197
90
illiyi
Məlik Dadaşov
1924-1996
İYUN
Məlik Yusif oğlu Dadaşov 1924-
cü il iyun ayının 27-də Bakı şəhərində
doğulmuşdur. 1950-ci ildə Azərbaycan
Teatr İnstitutunu bitirdikdən sonra
M.Əzizbəyov adına Akademik Dram
Teatrına işə gəlmiş və burada ilk dəfə
H.Muxtarovun “Ailə namusu” pyesində
oynamışdır.
Onun yaradıcılığının başlanğıcı
Azərbaycan milli teatr sənətinin güc-
lü inkişaf dövrünə təsadüf etmişdir. O
vaxt səhnəmizdə Ələsgər Ələkbərov,
Mehdi Məmmədov, Adil İsgəndərov və
onlarla digər sənət korifeyləri çalışırdı.
Bu münbit sənət mühiti onun yaradıcı-
lıq bioqrafiyasına güclü təsir göstərmiş
və tezliklə onu səhnəmizin qüdrətli
sənətkarları sırasına çıxarmışdır.
Məlik Dadaşovun Azərbaycan akt-
yorluq məktəbinin formalaşmasında
xüsusi xidmətləri olmuşdur. O, klassik
və müasir aktyor sənətinin sintezindən
yaranan bir ifa tərzi seçmişdi. Aktyor
dramatik rolların mahir ifaçısı idi. Ya-
ratdığı obrazların ifası üçün elə gözəl
ifadə vasitələri tapırdı ki, hətta tarixi
qəhrəmanlar belə reallığa çox yaxın-
laşırdı. Tarixi səxsiyyətlər aktyorun
ifasında çox real alınırdı. Kinorejissor
Əjdər İbrahimov onu bir neçə filmində
çəkmişdi. “İyirmialtılar” və “Ulduzlar
sönmür” filmlərində o, M.Əzizbəyovun
və N.Nərimanovun çox real obrazlarını
ekranda əbədiləşdirə bilmişdi. Xalq ya-
zıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi”
pyesi əsasında hazırlanmış televiziya
tamaşasında M.Dadaşovun yeni amplu-
ada yaratdığı Atayev obrazı çox uğurlu
ekran qəhrəmanı idi.
Məlik Dadaşov teatrda ömrünün so-
nuna kimi çalışmışdır. V.Şekspirin “On
ikinci gecə”, L.Tolstoyun “Canlı me-
yit”, S.Vurğunun “Fərhad və Şirin”,
Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun
“Nağıl başlananda” və s. tamaşalar-
da onun yaratdığı obrazlar bu gün də
xatirələrdən silinməmişdir.
1980-ci illərdən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universite-
tində aktyor sənətindən dərs demişdir.
Məlik Dadaşov bir çox filmlərdə baş
rollara çəkilmiş və yadda qalan obrazlar
yaratmışdır. Bunlardan “Bir məhəlləli
iki oğlan”, “26 Bakı komissarı”, “Dəli
Kür”, “Ulduzlar sönmür”, “Axırıncı aşı-
rım”, “Mezozoy əhvalatı”, “Fəryad” və
s. misal göstərmək olar.
Aktyor ömrünün son illərində
S.Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrında çalışmışdır. Bu teatrda
direktor kimi çalışdığı dövrdə teatrın re-
pertuarı xeyli zənginləşmiş, buraya yeni
yaradıcı qüvvələr cəlb olunmuşdur.
Aktyorun fəaliyyəti yüksək qiy-
mətləndirilmiş və ona 1974-cü ildə
“Azərbaycan SSR Xalq artisti” fəxri adı
verilmiş, müxtəlif orden və medallarla
təltif olunmuşdur.
İstedadlı aktyor, Dövlət mükafatı la-
ureatı Məlik Dadaşov 1996-cı il dekabr
ayının 3-də vəfat etmişdir.
Dostları ilə paylaş: