196
Mərahim Fərzəlibəyov
1949
İYUN
Mərahim Fərzəli oğlu Fərzəlibəyov
1949-cu il iyun ayının 26-da Bakıda
anadan olmuş, 56 saylı orta məktəbi
bitirmişdir.
Səhnəyə orta məktəbdən maraq
gös-tərmiş, ali təhsil almaq üçün Le-
ninqrada (indiki Sankt-Peterburq) get-
mişdir. Burada Dövlət Teatr Musiqi
Kinematoqrafıya İnstitutunun rejissor-
luq fakültəsinə daxil olmuşdur. Diplom
işi kimi Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının rus bölməsində
dramaturq Maykl Stüartın Bəstəkar
Cerri Germanın “Hello Doli” müzikl-
operettasını tamaşaya hazırlamışdır.
Bundan sonra isə bütün yaradıcılığı
boyu bir daha operetta janrına müraciət
etməmiş, yalnız dram teatrında tama-
şalar hazırlamışdır. İnstitutda təhsilini
başa vurandan sonra təyinatı Çeçenis-
tan Muxtar Respublikasının paytaxtı
Qroznı şəhərindəki Mixail Lermon-
tov adına Dövlət Rus Dram Teatrına
verilmiş, mövcud təyinat qaydasına
əsasən iki il bu teatrda quruluşçu rejis-
sor işləmişdir. Bu təcrübəli kollektivdə
Tennessi Uilyamsın “Arzu tramvayı”
dramına, Jan Batist Molyerin “Tar-
tüf” komediyasına, Boris Vasilyevin
“Qış gecəsinin nağılı” pyesinə, Alla
Sokolovanın “Faryatevin fantaziyası”
psixoloji tragikomediyasına, Yevgeni
Sefip və Nikolay Novitskinin “Yegel-
yanın səadəti”, uşaqlar üçün Sergey
Mixalkovun “Lovğa dovşan” nağılına
maraqlı səhnə quruluşları vermişdir.
Sonra Sumqayıt Dövlət Dram
Teatrında baş rejissor işləmişdir.
Azərbaycan Mədəniyyət Nazirliyinin
əmri ilə 1981-ci ildə Akademik Milli
Dram Teatrına rejissor təyin olunmuş-
dur. Burada əsasən çağdaş Azərbaycan
dramaturqlarının, həmçinin dünya
klassiklərinin əsərlərinə müxtəlif janr-
larda səhnə quruluşları vermişdir.
Teatr sənətinin inkişafında göstər-
diyi xidmətlərə, rejissorluqda qazandı-
ğı nailiyyətlərə görə 1982-ci il dekabr
ayının 1-də “Azərbaycan Respubli-
kasının Əməkdar artisti”, 2000-ci il
oktyabr ayının 28-də isə “Xalq artisti”
fəxri adları ilə təltif olunmuşdur.
2006-cı il yanvar ayının 12-də
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin əmri ilə Akademik Milli
Dram Teatrına baş rejissor təyin olun-
muş, 12 may 2010-cu ildə öz xahişi ilə
teatrın baş rejissoru vəzifəsindən azad
edilmişdir.
Dostları ilə paylaş: