26
Siyasət.Hüquq.Hərbi iş
195
illiyi
120
illiyi
İsmayıl xan Naxçıvanski
1819-1918
Bahadır Vəlibəyov
1894-1940
YANV
AR
İsmayıl xan Ehsan xan oğlu Naxçı-
vanski 1819-cu il yanvar ayının 5-də
Naxçıvanda anadan olmuşdur.
1839-cu ildə Tiflis hərbi gimnaziya-
sını bitirmiş, bir il sonra poruçik rütbəsi
almışdır. Uzun müddət Qafqaz Əlahiddə
Ordusunda xidmət edən Naxçıvanskiyə
1844-cü ildə ştabs-kapitan, 1860-cı
ildə isə alay komandiri kimi polkov-
nik rütbəsi verilmişdir. 1877-1878-ci
illər Rusiya-Türkiyə müharibəsində
göstərdiyi sərkərdəlik fəaliyyətinə görə
isə o, süvari qoşunu general-mayoru
rütbəsinə layiq görülmüşdür.
Ordudan general-leytenant rütbəsi
ilə tərxis olunan Naxçıvanski vətənində
abadlıq işləri ilə məşğul olmuş, Naxçı-
vana su çəkdirmiş, kəhrizlər qazdırmış
və tarixi abidə kimi bugünədək qorunan
günbəzli hamam tikdirmişdir.
Birinci
və
üçüncü
dərəcəli
“Müqəddəs Stanislav”, üçüncü və dör-
düncü dərəcəli “Müqəddəs Vladimir”,
dördüncü dərəcəli “Müqəddəs Georgi”
ordenləri ilə təltif olunmuşdur.
İsmayil Xan Naxçıvanski 1918-ci
ildə Naxçıvanda vəfat etmişdir.
Bahadur Qasım oğlu Vəlibəyov 1894-cü il yan-
var ayının 12-də Şuşa qəzasının Çəmənli kəndində
anadan olmuşdur. 1912-ci ildə Bakıda gimnaziya-
nı bitirdikdən sonra Kiyev Universitetinin hüquq
fakültəsinə daxil olmuş və 1913-cü ildə inqilabi
hərəkata qoşulduğu üçün universitetdən xaric edil-
miş, sonradan sosial-demokrat partiyasının 3-cü
dumasınin tələbinə əsasən hüquq fakultəsinə bərpa
olunmuşdur.
1918-ci ildən Rusiya Kommunist (bolşeviklər)
Partiyasının (sonradan Sov.İKP) sıralarında ol-
muş, Oktyabr inqilabından sonra Minsk quberni-
yasının milis komissarı, Smolensk Qızıl qvardiya
qərargahı hərbi-təsərrüfat idarəsinin komissarı
işləmişdir. 1920-1937-ci illərdə AK(B)P Naxçıvan
Ölkə Komitəsinin katibi, Azərbaycan SSR Maarif
Komissarının müavini, Ədliyyə komissarı, Naxçı-
van MSSR MİK sədri, Vilayət Partiya Komitəsinin
Birinci Katibi, Gürcüstan K(b)P Borçalı Qəza
Komitəsinin Katibi, Azərbaycan SSR Baş Proku-
roru, SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının sədr müavini olmuşdur.
21 iyul 1937-ci ildə Bahadır Vəlibəyov Vətənə
xəyanətdə günahlandırılaraq həbs olunmuş, ən ağır
cəzaya - ölüm hökmünə məhkum edilmiş və hökm
dərhal icra edilmişdir.
Dostları ilə paylaş: